165 ailədən Kəmaləddin Heydərova MÜRACİƏT - "Çıxarış yoxdur deyə..."

Gündəm / Cəmiyyət 2-06-2026, 12:14


Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi A-B massivində yerləşən “Sahil-S İnşaat” MTK-nın sakinləri Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət edib. Anaxeber.info.az-ın məlumatına görə, sakinlər FHN rəhbərinə müraciətdə yaşadıqları binanın nəzarətə götürülməsini, istismar aktı verilməsini xahiş edirlər. Vətəndaşlar ötən ay FHN-də olub, səlahiyyətli şəxslərlə görüşüb, amma indiyə qədər onların müraciətinə bir cavab olmayıb.
Sakinlərin sözlərinə görə, FHN binanı yoxlayıb istismar aktı verdikdən sonra 165 ailə mənzillərin Çıxarışını əldə edə bilər. K.Heydərovdan köməklik istəyən sakinlər xahiş ediblər ki, bu məsələnin həlli ilə 165 ailəni sevindirə bilər. Onların bildirdiyinə görə, binada hər hansı qeyri-qanuni hal yoxdur və FHN mütəxəssisləri də yerindəcə baxış keçirib yoxlaya bilər.
Müraciəti təqdim edirik: Cənab nazir, ilk növbədə qeyd etməliyik ki, “Sahil- S İnşaat” MTK-dan mənzil alan 165 ailə illərdir üzləşdiyi problemlərin həlli və hüquqlarının bərpası uğrunda hüquqi mübarizə aparır. Şirkət rəhbərliyinin qanunsuz və dələduz hərəkətləri ucbatından indiyə qədər 165 ailənin mülkiyyət hüquqları pozulub. Belə ki, MTK rəhbəri Taley Alaverdiyev və şəriki Pənah Kərimovun bir mənzili bir neçə vətəndaşa satması ifşa olunub, istintaqa cəlb edilib. Artıq bu günlərdə hər iki şəxsə hökm də oxunub. Lakin istintaq və məhkəmə dövründə binada xeyli problemlərin yarımçıq qalmışdı.
MTK rəhbərliyində olan şəxslərin həbsindən sonra biz sakinlər banklardan kredit və borc götürərək binanın yarımçıq qalan işlərinin başa çatdırılması istiqamətində xeyli iş görmüşük. Yəni tikinti tamamlanıb, liftlər quraşdırılıb və digər infrastruktur reallaşdırılıb. Eyni zamanda, hörmətli Mehriban xanım Əliyevanın tapşırığı və dəstəyi ilə binada kommunal təchizat təmin edilib. Hazırda binanın daimi qaz, su, işığı var. Bu işdə Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin də dəstəyi az olmayıb. Ona görə həm Mehriban xanıma, həm prokurorluğa çox minnətdarıq!
Cənab nazir, indi isə təqsirləndirilən MTK rəhbərliyinin məhkəməsi də başa çatıb, hökm də oxunub və 165 ailənin bircə Çıxarış (kupça) məsələsi qalıb. Ona görə də binanın istismara götürülməsi, müvafiq rəyin verilməsi, bunun müqabilində mənzillərə Çıxarış əldə olunması üçün Sizin dəstəyinizə ehtiyacımız var. Hazırda ən böyük problemimiz də məhz mənzillərin Çıxarışının olmamasıdır. Bu səbəbdən ciddi hüquqi əngəllərlə üzləşmişik. Nəticədə mənzil sahibləri evlərinin qeydiyyatına düşə bilmir, ərazi üzrə sənəd işləri, məktəb qeydiyyatı, poliklinika və digər məsələlərdə çətinliklər yaranır. Onlarla mənzil sahibi isə binanın işlərinin görülməsi üçün vaxtilə götürdüyü krediti qaytara bilmir. İndi gözləyirlər ki, Çıxarış olsun, mənzillərini satışa çıxarsınlar, kreditlərini qaytarsınlar. Amma Çıxarış yoxdur deyə alqı-satqı etmək mümkün olmur. Bütün bunları nəzərə alaraq, binanın FHN tərəfindən istismara götürülməsində cənab nazirin göstərişinə böyük ehtiyac var.
Hörmətli Kəmaləddin Heydərov, onu da deməliyik ki, ötən ay FHN-də olduq. Bizə məsələnin araşdırılacağı bildirildi. Lakin indiyə qədər hər hansı cavab almamışıq. Ümid edirik ki, bu müraciətimizə operativ reaksiya veriləcək, iş dərhal araşdırılacaq. Biz Sizə güvənirik. İnanırıq ki, 165 ailənin üzünü güldürəcək tapşırıq verəcəksiniz. Məhz bu göstərişiniz əsasında binamıza istismar aktı verilə bilər.
İnanırıq ki, başda Mehriban xanımın dəstəyi olmaqla, digər strukturların da nəzarəti, köməyi sayəsində həmin problemlər necə həllini tapıbsa, Siz də bizi sevindirəcək bir tapşırıq verəcəksiniz. İnanırıq ki, illərdir başı bəlalar çəkən bu sakinlərin bir-bir həll olunan məsələlərinə bir nazir olaraq Sizin də töhfəniz, qatqınız olacaq. Çünki Sizə edilən vətəndaş müraciətlərinə həmişə diqqətli, həsaslıqla yanaşmısınız, əlinizdən gələn köməklik göstərmisiniz.
Artıq binanı istismara götürmək, lazımı tədbirlər görmək üçün hər hansı problem də qalmayıb. Yəni bizi aldadan şəxslərə hökm oxunub. Ona görə bu müraciətimizə FHN-dən müjdə gələcəyini gözləyirik. Bununla 165 ailəni, övladlarımızı sevindirmiş olarsınız. Nəhayət, illərlə çəkdiyimiz zəhmət və əziyyətin sonunda mənzillərimizin Çıxarışlı olacağına ümid bəsləyirik.
Anaxeber.info.az

Xəbər lenti

ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13