AHİK-də böyük qalmaqal - Sahib Məmmədov bütün otaqlara dinləyici qurğular yerləşdirib?

Gündəm 8-07-2026, 12:24


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinin son aylar qurumla bağlı mətbuatda yayımlanan məlumatlardan sonra mənbə axtarışına çıxması barədə məlumat vermişdik. Bildirmişdik ki, AHİK sədri Sahib Məmmədov ətrafına göstəriş verərək içəridəki “mənbə”nin tapılmasını istəyir.
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaradıb. Belə ki, AHİK sədrinin yaxın adamlarının “mənbə axtarışı” bir çox işçilərin otağına gizli şəkldə dinləyici quraşdırılması ilə nəticələnib. Ancaq bir müddət sonra dinləyiciləri üzə çıxması qalmaqala və işçilərin qəzəbinə səbəb olub.
Məlumata görə AHİK sədrinin yaxın çevrəsi qurumdakı “mənbə”ni tapdıqlarını sədrə məruzə ediblər. Ancaq sədrin yaxın ətrafında yer alan və mənbə məsələlərini daim qabardan Aparat rəhbərinin müavini olan şəxs sadəcə olaraq Sahib Məmmədovun qəzəbindən yayınmaq üçün işçilərdən birini yalançı mənbə göstərək hədəfə gətirdiyi iddia olunur. Həmin şəxs dərhal işdən azad olunsa da, sonradan məlum olub ki, o sadəcə intriqanın qurbanı olub.
Qeyd edək ki, işçilərin otağından dinləyici qurğuların tapılması AHİK-də böyük qalmaqala səbəb olub. Narazılıq o səviyyəyə çatıb ki, bəzi işçilər AHİK rəhbərliyini, xüsusən də Sahib Məmmədovu açıq şəkildə psixoloji problemlərin olmasındə ittiham etməkdən çəkinməyiblər. İddia olunur ki, AHİK-in baş ofisində demək olar ki, bütün otaqlara dinləyici qurğular yerləşdirilib.
Bu qalmaql isə AHİK-in rəhbərliyinin iki qrupa bölünməsi ilə nəticələnib. İddiaya görə bu qruplar arasında gedən mübarizə Sahib Məmmədovun maraqlarına xidmət etsə də, bütövlükdə AHİK-də qeyri-sağlam atmosfer yaradıb və artıq AHİK-də hamı bir-birindən şübhələnməyə başlayıb. /Azfakt.com/

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56