Sahib Məmmədovdan gözləntilər puç oldu? - “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar

Gündəm / Cəmiyyət 21-04-2026, 12:19


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) fəaliyyəti uzun illərdir müxtəlif istiqamətlərdə tənqid olunur. Düz 31 il AHİK-ə rəhbərlik etmiş Səttar Möhbalıyev 2024-cü ildə vəzifədən uzaqlaşdırıldıqdan sonra onun yerinə hüquqşünas, iqtisadçı, həmçinin İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışmış Sahib Məmmədov gətirildi.

Uzun illər haqsızlıqla, sosial dəstək və xidmət mexanizmlərinin kifayət qədər effektiv işləmədiyi ilə bağlı narazılıqlarını səsləndirən AHİK üzvləri bu dəyişikliyə sevinərək vəziyyətin düzələcəyinə inanırdı. Bu səbəbdən yeni rəhbərlikdən - Sahib Məmmədovdan gözləntiləri yüksək idi.

Lakin görünənlər, çoxsaylı davamlı narazılıqlar və daxil olan məlumatlar göstərir ki, əvvəlki problemlər nəinki aradan qaldırılıb, daha ciddi və təhlükəli hal alıb. Əsas narzılıqlar arasında isə AHİK-in tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrindəndir.

Onlardan biri də Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Buzovna” Fizioterapiya Mərkəzidir.

"Kurort" QSC - “Buzovna” Fizioterapiya Mərkəzi, yoxsa...?

“Buzovna” Fizioterapiya Mərkəzi 2024-cü ilin oktyabr ayında fəaliyyətə başlayıb. Buzovna qəsəbəsində yerləşən Mərkəz AHİK-in nəzdində fəaliyyət göstərən "Kurort" Qapalı Səhmdar Cəmiyyətinin balansına daxil olan bir neçə sanatoriya və müalicə Mərkəzindən biridir. AHİK sədri Sahib Məmmədov, "Kurort” QSC-nin baş direktoru isə Çingiz Hacıyevdir.

Bizimesr.com-a daxil olan məlumatlara görə, “Buzovna” Fizioterapiya Mərkəzi yarandığı gündən etibarən son bir həftəyədək lisenziyasız fəaliyyət göstərib. Olduqca maraqlı faktdır və bu Mərkəz 2 ilə yaxın necə lisenziyasız tibbi müalicələr həyata keçirib?. Bu hal həm qanunvericiliyin pozulması, həm də vətəndaşların sağlamlığı baxımından ciddi risklər yaradan hallardır.

Mərkəzdə müalicə alan bir şəxslərin redaksiyaya bildirdiyinə görə, Mərkəzdə müxtəlif xarakterli qanun pozuntuları baş verir.

"Həkim" Reyhanə Hüseynova?

Məlumatlarda qeyd olunur ki, Mərkəzin baş həkimi Nüşabə Əlişovadır və ixtisasca ginekoloqdur. Fizioterapiya profilli bir müəssisəyə rəhbərlik edən şəxsin ixtisas uyğunluğu məsələsi də diqqət çəkən məqamlardandır.

Şikayətlərdə daha çox adı hallanan şəxslərdən biri də, Buzovna Fizioterapiya şöbəsinin müdiri kimi təqdim olunan Reyhanə (Rena) Hüseynovadır. Onun ali tibbi təhsilinin olub-olmaması ilə bağlı suallar mövcuddur və bu məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinə rəsmi sorğu ünvanlanacaq.

Ümumiyyətlə, son illər əsasən özəl klinikalarda ali tibbi ixtisaslı həkim olmayan, hansısa kursları bitirərək həkim kimi çalışmaq halları sürətlə artmaqdadır. Bu əsasən kosmetoloq, plastik əməliyyatlar və sair hallarda baş verir. Amma dövlətə aid olan bir tibb müəssiəsində - “Buzovna” Fizioterapiya Mərkəzində həklim olmadan işləmək həqiqətən də qəbuledilməzdir. Bu istiqamətdə araşdırmalarımız davam edir və aidiyyatı üzrə sorğular ünvanlanacaq.

Şikayətlərdə daha çox hallanan "həkim"lərdən biri də Fuad Baxşəliyevin adıdır. Onun sözügedən Mərkəzdəki fəaliyyəti ilə bağlı böyük suallar var.

Məlumatlara görə, əvvəllər “med brat” kimi çalışan və orta ixtisas təhsilli olduğu bildirilən bu şəxsin sonradan daha yüksək vəzifəyə təyin olunması diqqət çəkir. Eyni zamanda kobud davranlşlarına görə, dəfələrlə xəstələr tərəfindən rəhbərliyə şikayətlər edilsə də, baş həkim Nüşabə Alışova buna məhəl qoymayıb. O özünü AHİK sədri Sahib Məmmədovun “Buzovna” Fizioterapiya Mərkəzindəki adamı olaraq tanıdıb.

Ölkənin ali tibb ocağını bitirən insanlar işsiz qaldığı bir dönəmdə kollec təhsilli birinin tibbi ocaqda yüksək vəzifə tutması da bir böyük sualdır. Təbii ki, bu faktlar da araşdırılmalıdır.

Yoxlamalar və sənədləşmə...

İddialarda yer alan digər mühüm məqamlardan biri isə Mərkəzin lisenziyasız fəaliyyət göstərdiyi dövrdə dövlət yoxlamalarından necə keçməsi ilə bağlıdır. Qeyd olunur ki, faktiki olaraq müxtəlif tibbi prosedurlar həyata keçirilsə də, rəsmi sənədlərdə yalnız tək masaj xidmətlərinin göstərildiyi qeyd olunub.

Xəstələrdən əlavə ödənişlər?...

Məlumatlarda diqqət çəkən digər məsələ AHİK tərəfindən göndərilən xəstələrə əlavə ödənişli prosedurların tətbiq edilməsi ilə bağlıdır. Şikayətçilərin sözlərinə görə, rəsmi göndərişlə Mərkəzə qəbul olunan şəxslərə əlavə prosedurlar yazılır və bunun müqabilində ödəniş tələb olunur. Bu ödənişlərin bəzi hallarda 80 manatdan başladığı və sistemli xarakter daşıdığı qeyd olunur.

Redaksiyaya daxil olan diğər məlumatları araşdırma çərçivəsində aidiyyəti qurumlara sorğular göndərilir.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bizimesr.com

Xəbər lenti

Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31
Peşə mətkbələrində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi, görə bilmir?
17:55
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
16:43
Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi - Nazirliyin məlum susqunluğu
15:52
Nazirlik təmir işlərinə 2.5 milyon manat xərcləyəcək
14:57
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI... - VİDEO
13:54
Zabratda BUDAMA adı altında yaşıl soyqırım... - FOTOFAKT
13:07
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
12:17
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
11:38
Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik
11:31
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
11:05
Ceyhun Bayramovun ailəsinin biznes xəritəsi:OMNİ-dən SABAH-s, LANDAU-dan Şuşaya
10:10
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır - VİDEO
09:29
“Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” - GİLEY
16:39
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
16:08
Abortdan ölən qadın əvvəlcə bu hospitalda olub – Həkimi ŞOK DETALLAR açıqladı
15:21
Generalın adı “Aqro Park” qalmaqalında - Təsərrüfatların suyu kəsilib
14:43