Qubanın korrupsiya bazarı - Sakinlərə qənim kəsilən Şahin israfilov kimə arxalanır?

Gündəm / Cəmiyyət 13-07-2026, 17:40

Yerli idarəetmə orqanlarının əsas vəzifəsi vətəndaşın rifahını təmin etmək, rayonda sosial-iqtisadi inkişafa təkan vermək olduğu halda, Qubada tamamilə fərqli və acınacaqlı bir mənzərə hökm sürür

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən xəbər verir ki, rayon sakinlərinin şikayətləri Quba Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişaf və proqnozlaşdırılması şöbəsinin müdiri Şahin İsrafilovun öz vəzifə səlahiyyətlərini şəxsi maraqlarına tabe etdirdiyini göstərir. Əslən Xaçmazdan olan bu məmurun Qubada yaratdığı dözülməz bürokratik maneələr və qeyri-qanuni tələblər artıq narazılığı pik həddə çatdırıb.

Qeyd edilir ki, Şahin İsrafilovun rəhbərlik etdiyi şöbə kağız üzərində "inkişaf və proqnozlaşdırma" ilə məşğul olsa da, reallıqda o, rayonun "qara kassası" funksiyasını yerinə yetirir. Tikinti sektorunu tamamilə nəzarətə götürən şöbə müdiri, rəsmi dövlət portallarını və qanunları heçə sayaraq öz şəxsi "tarif və rüsumlarını" tətbiq edir. Məlumatlara görə, rayonda baş qaldıran qanunsuzluqların miqyası belədir:

Fərdi yaşayış evləri: İddia olunur ki, sadə vətəndaşın öz torpağında başını soxmağa bir daxma tikməsi və layihənin təsdiqi üçün 2000 manat "haqq" tələb olunur.

Kommersiya obyektləri: İddiaya görə, sahibkarlığın inkişafına dəstək vermək əvəzinə, hər yeni tikilən obyektdən 10 000 manat rüşvət yığılır.

Rəqəmsal korrupsiya: Hətta dövlətin şəffaflıq üçün yaratdığı Şəhərsalma və Tikinti Portalı sisteminə daxil edilən layihələr belə bu məmurun maliyyə süzgəcindən keçməsə, təsdiqini tapa bilmir.

Bildirilir ki, korrupsiya şəbəkəsi təkcə fərdi tikintilərlə bitmir. Rayonun abadlaşdırılması və sosial layihələr üçün ayrılan dövlət vəsaitləri də bu talançılıqdan payını alır. İddialara görə, Qubada udulan tenderlərin düz 20%-i hələ işə başlanılmamışdan öncə birbaşa Şahin İsrafilova çatmalıdır. Bu isə o deməkdir ki, rayonda görülən işlərin keyfiyyəti kökündən kəsilir, dövlət büdcəsi talan edilir.

Maraqlıdır ki, İcra Hakimiyyətinin memarı Murad Qədirov bu iyerarxiyada sadəcə bir "imza funksiyası" yerinə yetirir. Şahin İsrafilovun "yaşıl işıq" yandırmadığı, "haqqı" ödənilməyən heç bir memarlıq layihəsi Murad Qədirov tərəfindən təsdiq edilə bilməz. Baş memar öz peşə prinsiplərini və qanunun tələblərini deyil, şöbə müdirinin korrupsioner tapşırıqlarını icra etməklə məşğuldur.

Məlumatda qeyd edilir ki, Şahin İsrafilovun bu qədər rahat və cəzasız hərəkət etməsinin arxasında rayon rəhbərliyinin ona olan sonsuz etibarı dayanır. Lakin gələn xəbərlər göstərir ki, İsrafilov bu güvəndən sui-istifadə edərək təkcə xalqı yox, öz rəhbərliyini də aldatmağı bacarır. Özünə yaxın və güvəndiyi şəxslər vasitəsilə topladığı külli miqdarda qeyri-qanuni vəsaitləri gizlətməklə, o, əslində rəhbərlikdən də oğurluq edir, özünə gizli maliyyə imperiyası qurur. /Poliqon/

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56