"UĞUR-777" Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

Gündəm / Cəmiyyət 20-07-2026, 18:09

Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi, eləcə də, "UĞUR-777" estetik mərkəzində qanunsuz tibbi fəaliyyətin aparılmasına dair məlumat və videogörüntülər yayılıb.


Bildiririk ki, qeyd olunan faktlar Nəsimi rayon prokurorluğunda araşdırılaraq cinayət işi başlanıb.
(https://genprosecutor.gov.az/az/post/8975]https://genprosecutor.gov.az/az/post/8975]https://genprosecutor.gov.az/az/post/8975)

İbtidai istintaq zamanı toplanmış mötəbər sübutlar əsasında Xəyalə İsmayılovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2, 139-1.2, 142.2, 309.2, 310 və 322.1-ci, Müşfiq Bağırovun 131.2, 139-1.2, 32.5, 309.2, 310 və 322.1-ci, Rəna Quliyevanın isə 142.2, 32.5, 309.2, 310 və 322.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmələri təmin edilib.

Cinayət işi üzrə ittiham aktı 22 aprel 2026-cı il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə baxışı davam etdirilir.

Sözügedən cinayət işi üzrə Gülbadə Abdullayeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə cinayət təqibinə "Konstitusiyaya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının tətbiqi ilə əlaqədar xitam verilib.

Habelə, aparılmış istintaqla onun əməllərində Cinayət Məcəlləsinin 142.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri müəyyən edilməyib.

Bununla yanaşı, Gülbadə Abdullayeva tərəfindən zərərçəkmiş şəxsə vurulmuş 2 min manat məbləğində maddi ziyan, habelə dövlət büdcəsinə ödənilməli olan 5 yüz manat məbləğin tam həcmdə ödətdirilməsi təmin olunub.

Eyni zamanda, G.Abdullayeva barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 428.1-ci maddələri ilə inzibati xəta haqqında icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə müvafiq dövlət orqanlarına göndərilib və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunub.

Baş Prokurorluq bir daha bildirir ki, vətəndaşların həyat və sağlamlığına təhlükə yaradan qanunsuz tibbi fəaliyyət halları ilə bağlı daxil olan bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırılır, hər bir fakt üzrə hüquqi qiymət toplanmış sübutlar əsasında verilir.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56