Xəyalə İsmayılova bu dəfə başqa klinikada fəaliyyət göstərir

Gündəm / Cəmiyyət 26-03-2026, 10:11


Bir müddət əvvəl uğursuz estetik əməliyyat iddiaları ilə ölkə gündəmini zəbt edən Dr. Xəyalə İsmayılova ilə bağlı müzakirələr yenidən aktuallaşıb.

Məlum olduğu kimi, Nəsimi rayonu ərazisində yerləşən “Uğur 777” klinikasında fəaliyyət göstərən Xəyalə İsmayılovanın heç bir rəsmi lisenziya və tibbi diplom olmadan estetik əməliyyatlar həyata keçirdiyi iddia olunurdu.

Həmin dövrdə onun əməliyyatlarının qurbanı olduqlarını bildirən vətəndaşlar kütləvi şəkildə hüquq-mühafizə orqanlarına müraciət etmişdilər.Şikayətlərin artması və ictimai təzyiq fonunda məsələ mediaya sızmış, nəticədə klinikanın fəaliyyəti dayandırılmışdı.

Bununla yanaşı, Nəsimi rayon prokurorluğunda Xəyalə İsmayılova ilə bağlı araşdırmalara başlanılmışdı. Məlumatlara görə, istintaq prosesi hələ də davam edir və məsələ hüquqi müstəvidə tam həllini tapmayıb.Bütün bunlara baxmayaraq, iddialara əsasən, Xəyalə İsmayılova hazırda fəaliyyətini başqa bir tibb müəssisəsində – “Nova Med” tibb mərkəzində davam etdirir.

Məlumat verən mənbələr bildirir ki, sözügedən mərkəzdə uzun müddətdir çalışan anası, Məlahət xanım, ona dəstək göstərərək klinikada əməliyyat aparmasına şərait yaradıb.İddialara görə, o, həyata keçirdiyi estetik müdaxilələri sosial şəbəkələr vasitəsilə də aktiv şəkildə reklam edir.

Belə ki, xüsusilə TikTok platformasında fəaliyyət göstərən “Bakı-Estetik” adlı səhifədə əməliyyat prosesləri, əvvəl-sonra görüntüləri və pasiyentlərin nəticələri mütəmadi olaraq paylaşılır. Bu paylaşımlar vasitəsilə yeni müştərilərin cəlb edildiyi, tibbi prosedurların isə açıq şəkildə nümayiş etdirildiyi bildirilir. Mütəxəssislər isə qeyd edir ki, bu cür həssas tibbi müdaxilələrin sosial şəbəkələrdə nəzarətsiz şəkildə reklam olunması həm etik, həm də hüquqi baxımdan ciddi suallar doğurur.

Artıq yeni fəaliyyət dövründə də narazılıqların ortaya çıxdığı bildirilir. Bəzi vətəndaşların yenidən onun keçirdiyi əməliyyatlardan şikayətçi olduğu qeyd olunur. Bu isə məsələni yenidən ictimai müzakirələrin mərkəzinə gətirib.

Mütəxəssislər bildirir ki, estetik və cərrahi müdaxilələrin yalnız rəsmi icazəsi və peşəkar ixtisası olan şəxslər tərəfindən həyata keçirilməsi vacibdir. Əks halda, bu cür halların insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı danılmazdır.Ümid edirik ki, aidiyyəti dövlət qurumları məsələni diqqətdə saxlayaraq vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün lazımi addımlar atacaq və iddialara hüquqi qiymət veriləcək.

AzTimes.az

Xəbər lenti

Tovuz icra başçısı şəhid anasına "Biz sizə ev verən deyilik" cavabını verib - Şəhid anası müraciət etdi
15:18
Turizm sektoru çöküb - Ölkəyə gələn turistlərin sayı və otellərin sayı azalıb
14:52
Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
14:22
 Təhsildə BAĞIROVŞİNA... - Eşqi müəllimi bir təftiş edən olsa...
14:10
Şagirdlərin sinifdə saxlanılması - məktəb direktorlarının qara bazarı
12:21
Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir — Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət
11:15
"Effekt-İnşaat" MTK-nın dövlətə 294 min manatdan çox BORCU VAR
10:44
“Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
10:11
Zabratda Ulu Öndərin şərəfinə salınan park məhv edilir – VİDEO
09:41
Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
09:06
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
18:27
Nəsimidə ağac soyqırımı - Qanunsuz tikililərə kim icazə verir?
18:11
MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir
17:11
Rafiq Quliyev parkı və piyada səkisini PUB-a çevirmək üçün hansı qaydanı işlədib? - VİDEO
16:49
Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının təmirinə xərclənən pullar və reallıqlar
15:58
Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
15:24
Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
14:29
Rusiya və Belarus vətəndaşlarını ölkəyə bu şərtlə buraxacaqlar
13:48