Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO

Gündəm / Cəmiyyət 27-07-2026, 09:28



Şəki Rayon Mərkəzi Xəstəxanasında nə baş verir? Keçmiş rəhbər Məcid Əliyevin TƏBİB tərəfindən vəzifəsindən azad edilməsindən sonra xəstəxanada islahatların aparılacağı gözlənilsə də, iddialara görə, onun idarəçilik sistemi hələ də kök salmaqda davam edir. Tibb müəssisəsinin ən strateji nöqtələrindən biri – Kadrlar Şöbəsi hazırda ciddi narazılıq və qanunsuzluq iddiaları ilə gündəmdədir."

Məsələnin ən qəribə və düşündürücü tərəfi xəstəxananın kadrlar şöbəsinin rəisi Tural Səfərovun kimliyi və ixtisası ilə bağlıdır. İddia olunur ki, Tural Səfərov əslində bir tarix müəllimidir! Bəli, səhv eşitmədiniz. Tibb elmindən, xəstəxana idarəçiliyindən və spesifik kadr siyasətindən tamamilə uzaq olan bir tarix müəllimi, bu gün yüzlərlə həkimin, tibb bacısının və texniki heyətin taleyini həll edən masada əyləşib. Aidiyyatı qurumlara və xüsusilə TƏBİB-ə sual olunur: İxtisası tarix müəllimliyi olan bir şəxs, səhiyyə müəssisəsində hansı meyarlarla kadrlar rəisi vəzifəsinə gətirilib və hansı peşəkarlıqla kadr siyasəti yürüdür?

Lakin məsələ təkcə qeyri-peşəkarlıqla bitmir. Şəki Rayon Mərkəzi Xəstəxanasından gələn səs-küylü iddialar daha dəhşətlidir. Bildirilir ki, keçmiş rəhbərin 'adamı' kimi tanınan Tural Səfərov xəstəxanada əsl 'bazar' açıb. Əldə olunan iddialara görə, kadrlar rəisi xəstəxanada çalışan 65 yaşlı, təcrübəli və ahıl həkimləri bir-bir otağına çağırır. Məqsəd isə tibbi xidmət deyil, qanuni müqavilə müddətinin uzadılmasıdır. İddia edilir ki, o, yaş sənədi çatmış bu həkimlərdən külli miqdarda pul (rüşvət) tələb edir və yalnız bu şərtlə onların müqaviləsini uzadır. Tibb müəssisəsinə yeni işçi qəbulunun da tamamilə maddi maraqlar çərçivəsində tənzimləndiyi gələn məlumatlar arasındadır.

Tibb sahəsindən və kadr idarəçiliyindən anlayışı olmayan bir şəxsin xəstəxanada rəis statusu ilə özbaşınalıq etməsi, Şəki səhiyyəsini uçuruma aparır. Təcrübəli həkimlərin rüşvət təzyiqi ilə üzləşməsi və kadr siyasətinin şəxsi maraqlara qurban verilməsi barədə səslənən bu ciddi iddialar təcili araşdırılmalıdır!Biz media olaraq müvafiq hüquq-mühafizə orqanlarını, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsini və TƏBİB rəhbərliyini Şəki Rayon Mərkəzi Xəstəxanasında baş verən bu iddiaları nəzarətə götürməyə və geniş araşdırma aparmağa çağırırıq.(1xeber.media)

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56