Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparılıb

Gündəm / Cəmiyyət 31-07-2026, 16:58


Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Vital Hospital” kimi tanınan “SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ” MMC-də plandankənar yoxlama keçirilib.

Bu barədə AEM-dən məlumat verilib.

Bildirilib ki, yoxlama nəticəsində insan həyatı və ya sağlamlığına zərər verəcək bir sıra qanun pozuntuları aşkar edilib: "Belə ki, klinikada tibbi təyinatlı məmulatların dezinfeksiyası və sterilizasiyası, dezinseksiya və deratizasiya tədbirlərinin, alətlərin sterilizasiyanın sanitariya norma və qaydalarının tələblərinə uyğun aparılmadığı, həmçinin “Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun, 27-ci maddəsinin pozulması, lisenziyanın şərtlərinə riayət olunmaması aşkarlanıb.

Bu sırada aşağıdakı qanun pozuntularını sadalamaq olar: müəssisədə ambulator xidmət üzrə “terapevtik”, “kardioloji”, “ginekoloji” işlər üzrə prosedur otaqları təşkil edilməyib. “Qastroenteroloji” işin sahələri qaydalara uyğunlaşdırılmayıb. “Nefroloji”, “endokrinoloji”, “revmatoloji”, “neyrocərrahi”, “üz-çənə cərrahi”, “diyetoloji”, “hematoloji”, “dermatoloji”, “psixiatrik”, “otorinolarinqoloji”, “plastik cərrahi”, “ümumi cərrahi”, “uroloji”, “travmatoloji–ortopedik”, “anestezioloji-reanimatoloji”, “pediatrik”, “rentgenoloji”, “kompyuter tomoqrafiyası”, “nüvə maqnit rezonansı” işlər üzrə otaqlar təşkil edilməyib. Pediatriya ixtisası üzrə pediatrik işi otağında peyvənd sahəsi yaradılıb. Kardioloq və ginekoloq həkimlərin qəbul otağı birgə təşkil olunub. Peyvənd sahəsində məişət tipli soyuducudan istifadə olunur. Biomateriallar ilə reagentlərin soyuducuda bir yerdə saxlanması aşkar edilib.

“Rentgenoloji” iş üzrə fəaliyyət aşkar olunsa da, müəssisəyə dair “Xüsusi icazə” sənədinin müddətinin bitməsi müəyyən edilib. “Radioloji gigiyenik pasport” sənədi yoxlamaya təqdim edilməyib. Tibbi tullantıların idarə olunmasına dair tələblərə müvafiq olaraq cavabdeh şəxs təyin olunmayıb, müvəqqəti saxlanılma otağı qaydalara uyğun təşkil edilməyib, iri konteynerlər açıq şəkildə, əlçatan yerdə, təhlükəsizlik qaydalarına riayət olunmadan saxlanılıb. Müəssisə daxilində tibbi tullantıların idarə olunması (çeşidlənməsi, toplanması) təsnifatı üzrə aparılmır, qarışdırılır, təhlükəsizlik qaydalarına riayət olunmur, kəsici və deşici tullantılar üçün karton sərt qutudan iynə ucunun çıxıntısı aşkar edilib.

Lakin, sadalananlar aşkar edilən qanun pozuntularının heç də hamısı deyil. Belə ki, müəssisədə Özəl tibb fəaliyyəti subyektinin tabeliyində çalışan tibb mütəxəssislərini ixtisaslarına uyğun vəzifəyə təyin etmədiyi müəyyən edilib. Məsələn, ixtisasca “laborant”ın “baş tibb bacısı” vəzifəsinə təyin olunması aşkar edilibr. “Şüa diaqnostika” ixtisaslı həkim “radioloq” vəzifəsinə təyin edilib. Bəzi şəxslərin əmək müqaviləsi yoxlamaya təqdim edilməyib.

Bundan əlavə, müəssisədə lisenziyadan kənar “kosmetoloji” iş və fəaliyyətin olması faktı aşkar edilib. Bu işi ixtisasca dermatoveneroloq həkim-mütəxəssisin icra etdiyi aşkarlanıb. Həmçinin, müəssisədə yararlılıq müddəti bitmiş dərman və tibb vasitələri aşkar edilib, dərman vasitələrinin saxlanılmasına dair tələblərə riayət olunmaması faktı üzə çıxıb.

Yuxarıda qeyd edilən hallar Qanunun 28.2.10-cu maddəsi əsas götürülərək müəssisənin fəaliyyətinin insan həyat və sağlamlığı üçün ciddi təhlükə daşıdığını sübut edir. Bu səbəbdən, “SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ” MMC-də stasionar tibbi xidmətin fəaliyyətinin dayandırılması qərara alınıb və qeyd edilən nöqsanların 10 iş günündə aradan qaldırılması barədə sahibkara göstəriş verilib. Müddət bitdikdən sonra müəssisədə yenidən yoxlama keçiriləcək və nəticəyə uyğun müvafiq addımlar atılacaq", - məlumatda bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl "Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilirdi.

Bizimesr.media

Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31