Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı – Bu pullar hara gedir

Gündəm / Cəmiyyət Сегодня, 13:08


Azərbaycan Tibb Universiteti bir mənbədən satınalma metodu tətbiq etməklə nəqliyyat vasitələrinə təmir xidmətinin satın alınması üzrə “AUTO BADAMDAR” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 712.484 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 27.08.2026-cı ildə dərc edilib. Portalda müqavilənin başlanma tarixi 27.08.2026-cı il, bitmə tarixi 30.12.2026-cı il göstərilir.

Xatırlatmaq istərdik ki, “Dövlət Satınalmaları Haqqında” Qanunun 49-cu maddəsinə görə bir mənbədən satınalma metodu satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda.

Qeyd edək ki, “AUTO BADAMDAR” MMC nəqliyyat vasitəsinin təmiri xidmətləri və ehtiyyat hissələrinin və sürtgü yağlarının satın alınması üzrə iştisalaşmış bir şirkətdir. Amma bu sözügedən MMC ilə bir mənbədən satınalma metodu ilə müqavilə bağlamağa əsas ola bilərmi?

Satınalmaların portalı üzərindən apardığımız araşdırmalar zamanı məlum oldu ki, “AUTO BADAMDAR” MMC bir çox dövlət qurumları ilə nəqliyyat vasitəsinin təmiri xidmətləri və ehtiyyat hissələrinin və sürtgü yağlarının satın alınması üzrə onlarla kotirovka sorğusu müsabiqilərinin qalibi olub.

Göründüyü kimi Azərbaycan Tibb Universiteti isə “AUTO BADAMDAR” MMC ilə dəyəri 712.484 manat olan müqavilə bağlayıb. “AUTO BADAMDAR” MMC-nin 30.12.2026-cı ilə qədər bu müqavilənin icra etməyə maddi texniki bazası varmı?

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AUTO BADAMDAR” (VÖEN: 1001470551) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 16.09.2008-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 500 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, BİNƏQƏDİ ŞOSSESİ , ev.185, m.128, qanuni təmsilçisinin isə İsmayılov Qüdrət Nizami oğlu olduğu qeyd edilib. MMC Nəsibov Cavanşir Cahangir oğlu tərəfində təsis edilib.

Açıq nənbələrdə “AUTO BADAMDAR” MMC barəsində olan məlumatlar bu qədərdir.

Buradan suallar yaranır. Birinci, Azərbaycan Tibb Universitetinin baılansında nə qədər nəqliyyat vasitələri var ki, təmirinə yeddi yüz min manatdan çox vəsait ayırıb? İkincisi, məlum olduğu kimi Azərbaycan Tibb Universitetinin balansında olan nəqliyyat vasitələrinin əksəriyyəti xidməti avtomobillərdir. Bu avtomobillər nə qədər köhnəlib ki, təmirinə bü qədər dövlət vəsaiti xərclənir?

Qeyd edək ki, Azərbaycan Tibb Universiteti balansında olan nəqliyyat vasitələrinin ehtiyat hissələrinin dəyişdirilməsi xidmətinin satın alınması üzrə 09.07.2026-cı ildə “AUTO BADAMDAR” MMC ilə 15.776,6 manat dəyərində bir müqavilə də bağlayıb. Bu katirovka sorğusunda da bir mənbədən satınalma metodu tətbiq edilib.

Göründüyü kimi Azərbaycan Tibb Universiteti iyul ayında nəqliyyat vasitələrinin ehtiyat hissələrinin dəyişdirilməsi xidməti üzrə 15.776,6 manat dəyərində, cəmi bir ay sonra nəqliyyat vasitələrinə təmir xidmətinin satın alınması üzrə 712.484 manat dəyərində müqavilə bağladığını açıqlayıb.

Maraqlıdır, Azərbaycan Tibb Universiteti balansında nə qədər nəqliyyat vasitələri var. Yaxud da 712.484 manata Azərbaycan Tibb Universiteti nə qədər yeni nəqliyyat vasitəsi ala bilər.

Qeyd edək ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Dövlət satınalmalarının təşkili və bu sahə üzrə əsas audit nəticələri” mövzusunda fevral ayının 27-də keçirilən seminarda deyib ki, “elektron satınalmaların tətbiqi və prosedurların rəqəmsallaşdırılması şəffaflığın artırılmasına xidmət etsə də, bu, səmərəsizlik risklərini tam aradan qaldırmır: “Bəzən problemlər məhz satınalan təşkilatların fəaliyyəti nəticəsində yaranır. Satınalma şərtləri dəyişdirilə, rəqabət formal xarakter daşıya bilər. Auditlər zamanı ehtiyacın düzgün müəyyən edilməməsi, ehtimal olunan qiymətin düzgün hesablanmaması, bir mənbədən satınalma metoduna üstünlük verilməsi və müqavilə şərtlərinin icra dövründə dəyişdirilməsi halları aşkarlanıb”.

Sədr vurğulayıb ki, dövlət satınalmalarının mühüm hissəsinin müsabiqəsiz qaydada həyata keçirilməsi rəqabət mühitinə və büdcə vəsaitlərinin səmərəli istifadəsinə mənfi təsir göstərir: “Şəffaflıq və rəqabət mühitinin gücləndirilməsi bu sahədə əsas prioritet olaraq qalır”.

Hesab edirik ki, Azərbaycan Tibb Universitetində satınalmaların müsabiqəsiz qaydada həyata keçirilməsi Hesablama Palatası sədrinin dediyi kimi rəqabət mühitinə və büdcə vəsaitlərinin səmərəli istifadəsinə mənfi təsir göstərməklə yanaşı, bir çox ciddi şübhələrə də yol açır.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylidir. O, sözügedən vəzifəyə 11 aprel 2016-cı il tarixində təyin edilib. Tibb Universitetində dövlət satınnalmalarına nəzarəti isə Gəray Gəraybəylinin ən yaxın adamlarından biri olan İlqar Mehrabov edir. O, rektorun əmri ilə 2024-cü ildə təhsil müəssisəsinin İnzibati – təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə gətirilib. İlqar Mehrabov 2016-cı ildən 2024-cü ilin sentyabr ayına kimi Azərbaycan Tibb Universitetində Baş Mühasib vəzifəsində, 2018-ci ildən isə həm də rektorun müşaviri vəzifəsində çalışıb.

Aktualinfo.net

Xəbər lenti

İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
16:02
Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... - sakinlər HARAY ÇƏKİR
15:28
"Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
14:59
Ağacların dibinə beton tökülür? – Nizami rayonundan şok görüntü - VİDEO
14:28
Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı – Bu pullar hara gedir
13:08
Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... - FOTOFAKT
12:40
Yasamalda başçını gör... DÜNYANI DAĞIT... - BU DA FAKT...
12:04
'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
11:24
Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB
10:39
Pensiyalarda artım oldu: 594 manat nədir? – DETALLAR
10:23
Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
09:58
Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
09:27
“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
19:03
Yasamalda 98 saylı dövlət bağçası ilə bağlı şok iddia: uşağın qanında psixotrop maddə aşkarlandığı bildirilir
18:29
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
17:33
Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
17:14
Elnur Əliyevin layihə imperiyası: Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
16:32
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
15:53