Tərtər Su Meliorasiya İdarəsinə bu MMC ilə müqaviə bağlamağa ADSEA-dan kim tapşırıq verib

Gündəm / Cəmiyyət 23-04-2026, 11:55


Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi bir mənbədən satınalma metodu tətbiq etməklə “HİDROGEO ARTEZYAN” MMC ilə 280.000 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 21.04.2026-ci ildə dərc edilib.

Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə “HİDROGEO ARTEZYAN” MMC arasında Hüsənli kəndi 09/259,T-6 Qaynaq kəndi 09/219, Buruc kəndi 09/U-14,Qapanlı kəndi 09/130, Rəcəbli 09/321,Qazyan kəndi 09/400, 09/272, reper nömrəli subartezian quyularının iş rejiminin bərpası (yeni quyu kalonunun qazılması, elektrik təsərrüfatının təmiri, su sayğacının quraşdırılması və abadlıq işləri) üzrə bir müqavilə də 30.06.2025-ci ildə bağlanılıb. Bu müqavilənin də dəyəri 280.000 manat təşkil edib. Bu müqavilə də bir mənbədən satınalma metodu tətbiq etməklə bağlanılıb.

Qeyd edək ki, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin bir mənbədən satınalma metodu ilə müqailə bağladığı “HİDROGEO ARTEZYAN” MMC barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “HİDROGEO ARTEZYAN” (VÖEN: 2001697161) Məhdud Məsuliyyətli Cəmiyyətinin 29.03.2010-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, ADİL MƏMMƏDOV 9 MKR, ev.11, GİRİŞ 3, m.118, qanuni təmsilçisi kimi isə Babayev Ənvər Məmməd oğlu qeyd olunub. MMC-nin hazırkı günə 10 244.56 manat vergi var.

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC-nin müvafiq lisenziya alması barədə məlumat yoxdu.

Maraqlıdır, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi lisenziyası belə olmayan bir MMC ilə bir mənbədən satınalma metodu ilə müqaviləni hansı əsaslarla bağlayıb? “Dövlət Satınalmaları Haqqında” Qanunun 49-cu maddəsinə görə: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda.

Göründüyü kimi Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi xüsusi hüquqlara malik olmayan, analoji işlərdə təcrübəsi olmayan bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da satınalmada qanun pozuntusuna yol verildiyinə əsaslı şübhələr yaradır. Sözügedən MMC-nin müvafiq sahədə peşəkarlığı, ixtisas göstəriciləri, texniki və maliyyə imkanların, işçi qüvvəsi, uyğunluğun digər meyarı tələbləri ilə üst-üstə düşürmü?

Bütün bunlara aydınlıq gətirilməsi məqsədi ilə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Satınalma Komissiyasının üzvü, mühasibi Eldar Məmmədovla əlaqə saxladıq. O bildirdi ki, şirkətlə indi bağlanan müqavilə ötən il bağlanmış müqavilənin davamıdır. Şirkətin analoji işlərdə təcrübəsi və digər uygunluğu barədə sualımıza isə Eldar Məmmədov bildirdi ki, bizə nazirlikdən tapşırdılar ki, bu şirkətlə müqavilə bağlayaq.

Göründüyü kimi Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə analoji işlərdə heç bir təcrübəsi olmayan MMC ilə müqavilə bağlamağı yuxarıdan tapşırılıb.

Qeyd edək ki, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Regional Su Meliorasiya Xidmətinə tabedir. Regional Su Meliorasiya Xidmətinin rəisi isə uzun illər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini olmuş Zakir Quliyevdir. O, bu vəzifəyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 26.06.2024-cü ildə təyin edilib.

Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi isə Murad Zeynalovdur. O, bu vəzifəyə 2024-cü ilin sentyabrında təyin edilib.

Qeyd edək ki, son günlər Hesablama Palatası tərəfindən bir çox dövlət qurumlarında aparılmış yoxlamaların nəticələri barədə məlumatlar yayılır. Bəzi dövlət qurumları tərəfindən dövlət satınalmalarında yol verilən qanunsuzluqlar əsasən bir mənbədən satınalma metodunda aşkar edilib. Satınalmalarda bir mənbədən satınalma metodunu daha çox tətbiq edən qurumlar arasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə tabeli müəssisələr başda durur. Elə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Satınalma Komissiyasının üzvünün açıqlamasından da göründüyü kimi, Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinə tabeli idarələr dövlət satınalmasından daha çox yuxarıların sifarişi əsasında işləyir. Yüksək vəzifəli şəxslərin yaxınlarına məxsus, adı olub, özü olmayan şirkətləri qalib seçirlər. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə ölkədə satınalmaların şəffaf keçirildiyini açıqlayır.

Aktualinfo.net

Xəbər lenti

Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31
Peşə mətkbələrində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi, görə bilmir?
17:55
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
16:43
Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi - Nazirliyin məlum susqunluğu
15:52
Nazirlik təmir işlərinə 2.5 milyon manat xərcləyəcək
14:57
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI... - VİDEO
13:54
Zabratda BUDAMA adı altında yaşıl soyqırım... - FOTOFAKT
13:07
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
12:17
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
11:38
Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik
11:31
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
11:05
Ceyhun Bayramovun ailəsinin biznes xəritəsi:OMNİ-dən SABAH-s, LANDAU-dan Şuşaya
10:10
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır - VİDEO
09:29
“Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” - GİLEY
16:39
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
16:08
Abortdan ölən qadın əvvəlcə bu hospitalda olub – Həkimi ŞOK DETALLAR açıqladı
15:21
Generalın adı “Aqro Park” qalmaqalında - Təsərrüfatların suyu kəsilib
14:43