Abşeronda Su Təsərrüfatı: AİLƏ PODRATI... VƏ... - Burda su yerinə SUALLAR AXIR...

Gündəm / Cəmiyyət 9-09-2026, 15:22



Abşeron yarımadasında su təminatı və suvarma sistemlərinin necə idarə olunması hər zaman strateji mövzu sayılır. Lakin Faktum.az bildirir ki, son vaxtlar bu həyati sahədən strateji idarəçilikdən çox, ailə dramlarını və qohumluq şəbəkələrini xatırladan iddialar sızmaqdadır. Görünür, Abşeronda bəzi idarələr dövlət resurslarını idarə etməyi sadəcə “ailə biznesi” qurmaq kimi başa düşüblər.
​Müzakirələrin mərkəzində uzun illər Abşeron Suvarma Sistemləri İdarəsinə rəhbərlik etmiş, ardınca isə dərhal yeni yaradılmış Su Anbarlarının İstismarı İdarəsinə rəisi gətirilən Yusif Ələsgərovun adı keçir. İddialara görə, cənab Ələsgərov idarəçilik illərində peşəkarlıq meyarlarını kənara qoyaraq olduqca maraqlı bir kadr siyasəti yürüdüb. Onun vasitəçiliyi ilə yaxın qohumu olduğu bildirilən, ixtisasca baytar olan Hidayət Rəcəbov Abşeronda Sudan İstifadəçilər Birliyinə rəhbər təyin olunub. Su təsərrüfatına baytar ixtisaslı kadrın rəhbərlik etməsi özlüyündə bir idarəçilik “şah əsəri” sayıla bilərsə də, məsələ bununla bitmir. Məlumatlara görə, Hidayət Rəcəbov da öz növbəsində “qohumcanlılıq” ənənəsini davam etdirərək iki qızını, kürəkənini, həyat yoldaşını və oğlunu müxtəlif vəzifələrə yerləşdirib. Ortaya çıxan mənzərə dövlət qurumundan çox, bir ailənin toplandığı xüsusi mülkü xatırladır. Deyəsən, Sumqayıtda restoran və iri kommersiya obyektlərinə sahib olduğu deyilən cənab Rəcəbov dövlət idarəsini də öz şəxsi şəbəkəsinin bir filialı hesab edib.
​Təbii ki, bu dərəcədə geniş kadr “islahatları” fonunda əsas xidməti vəzifələrin necə icra olunması da maraq doğurur. İddialara görə, Yusif Ələsgərov rəhbərlik etdiyi dövrdə strateji su anbarlarının faktiki vəziyyətini yerində yoxlamaq əvəzinə, vaxtının böyük hissəsini kabinetdə Hidayət Rəcəbovla söhbətlərə həsr edib. İnsanların su təminatı və strateji obyektlərin təhlükəsizliyi kabinet rahatlığına qurban verildiyi bir vaxtda, bu şəxsin 20 ildən artıq eyni mövqedə qalması və sonra daha cavabdeh bir quruma rəhbər keçməsi idarəçilik möcüzəsindən başqa bir şey deyil.
​Bəs bütün bu baş verənlərin fonunda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov haradadır və nə ilə məşğuldur?
Quruma rəhbərlik etdiyi dövrdə şəffaflıq və müasir idarəçilik vədləri verən Zaur Mikayılovun gözü qarşısında tabeliyindəki idarələrin “qohum-əqrəba birliyinə” çevrilməsi cavabsız suallar yaradır. Zaur müəllimin tabeliyində olan idarələrdə baytarın su idarə etməsinə, bir qurumda tam bir ailə heyətinin məskunlaşmasına və strateji su anbarlarının nəzarətsiz qalmasına seyrçi mövqe tutması, sadəcə idarəçilik zəifliyi deyil, həm də ciddi məsuliyyətsizlikdir.
ASC rəhbərliyinin bu cür mənzərəyə göz yumması və ya xəbərsiz olması idarəetmə sükanının nə dərəcədə boş buraxıldığının bariz göstəricisidir.
​Dövlət vəsaiti hesabına saxlanılan və strateji əhəmiyyət kəsb edən bir sahənin bu cür şəxsi maraqlara təslim edilməsi cavabsız qala bilməz. Zaur Mikayılov və rəhbərlik etdiyi ASC bu iddialara nə vaxtsa aydınlıq gətirəcək, yoxsa su təsərrüfatındakı bu “bulaq” yalnız qohumların bəhrələnməsi üçün axmağa davam edəcək?
​Faktum.az

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56