“Ozon” aptekin sahibi qaydaları durmadan pozur - ƏDV çeki vermir – FOTOFAKT

Gündəm / Cəmiyyət 10-04-2026, 10:55


Bakıda fəaliyyət göstərən bəzi apteklər müştəriyə ƏDV-nin bir hissəsinin geri qaytarılması üçün tələb olunan kassa çekini verməkdən boyun qaçırır. Müştəri çeki tələb etdikdə isə aptekdəki satıcılar müxtəlif səbəblərlə özlərini haqlı çıxarmağa çalışır. Belə bir hal Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Ozon” aptekdə yaşanıb. Belə ki, vətəndaşların bildirdiyinə görə, aptekdə edilən alışlar zamanı bəzi hallarda ƏDV ilə bağlı qaydalara əməl olunmur.

Bizim.Media-ya müraciət edən müştəri bildirib ki, sözügedən aptekdən təxminən 40 manatlıq dərman vasitəsi alıb. Lakin ödənişdən sonra ona təqdim edilən qəbzdə ƏDV məbləği göstərilməyib. Alıcı bunun səbəbini soruşduqda aptek əməkdaşı dərmanlara endirim tətbiq olunduğunu və bu səbəbdən ƏDV-nin verilmədiyini bildirib.

Müştərinin sözlərinə görə bənzər hal sözügedən aptekdə bir neçə dəfə təkrarlanıb.

Məsələnin problemli tərəfi ondan ibarətdir ki, qüvvədə olan qanunvericiliyə görə, endirim tətbiq edilməsi ƏDV-nin hesablanmaması üçün əsas hesab olunmur. Satış hansı məbləğ üzərindən həyata keçirilirsə, həmin məbləğə uyğun olaraq ƏDV mütləq şəkildə hesablanmalı və fiskal qəbzdə əks etdirilməlidir.

Məsələ ilə bağlı “Ozon Aptek” şəbəkəsi ilə əlaqə saxladıq.

Aptek əməkdaşları bütün müştərilərə ƏDV məbləği göstərilmiş qəbz verdiklərini israrla bildirdilər. Lakin redaksiyamıza təqdim olunan qəbzlərdə ƏDV qeyd olunmayıb. Bu fakt özü-özlüyündə sözügedən aptek şəbəkəsinin qanunvericiliyə əməl etmədiyini göstərir.

Məlumat üçün bildirək ki, Azərbaycanda aptek və digər ticarət obyektlərində alıcıya ƏDV (yəni kassa çeki / fiskal qəbz) təqdim etməmək qanun pozuntusu sayılır və bununla bağlı cərimələr İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.

Alıcıya kassa çeki (ƏDV qəbzi) verilmədikdə ilk dəfə pozuntuya görə obyekt sahibinə 1,000 manatdan 2,000 manatadək, təkrar pozuntuya görə (1 il ərzində) 2,000 manatdan 4,000 manatadək, daha ciddi və sistemli pozuntu hallarına görə isə 4,000 manatdan 6,000 manatadək cərimə nəzərdə tutulur.(Bizim.Media)

Xəbər lenti

İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
18:14
Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb - "Pakdad"da nə baş verir?
17:34
"Xadimə və satıcı eyni adamdır" - "Bravo"dan şikayət
16:57
İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
16:02
Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... - sakinlər HARAY ÇƏKİR
15:28
"Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
14:59
Ağacların dibinə beton tökülür? – Nizami rayonundan şok görüntü - VİDEO
14:28
Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı – Bu pullar hara gedir
13:08
Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... - FOTOFAKT
12:40
Yasamalda başçını gör... DÜNYANI DAĞIT... - BU DA FAKT...
12:04
'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
11:24
Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB
10:39
Pensiyalarda artım oldu: 594 manat nədir? – DETALLAR
10:23
Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
09:58
Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
09:27
“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
19:03
Yasamalda 98 saylı dövlət bağçası ilə bağlı şok iddia: uşağın qanında psixotrop maddə aşkarlandığı bildirilir
18:29
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
17:33