Yasamalda parkın ərazisini "Şərur" MTK-ya kim satıb? - VİDEO

Gündəm / Cəmiyyət 31-10-2026, 11:18


Yeni Yasamal sakinləri 2018-ci ildə Yasamal Parkının genişləndirilməsi ilə bağlı verilən göstərişin icra olunmadığını, ərazidə çoxmərtəbəli yaşayış kompleksinin tikintisinə hazırlıq görüldüyünü iddia edirlər.

Bizimesr.info xəbər verir ki, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 44 ünvanında yaşayan sakinlərin sözlərinə görə, Prezident İlham Əliyev 2018-ci ildə Mehriban Əliyeva ilə birlikdə Yasamal Parkının açılışında iştirak edərkən parkın ərazisinin “Şuşa məktəbi”nə qədər genişləndirilməsi barədə göstəriş verib.

Sakinlərin sözlərinə görə, həmin vaxt Yasamal Rayon İcra Hakimiyyətinin başçısı da orada olub və göstərişin yerinə yetiriləcəyini vəd edib. Lakin sakinlər artıq yeddi ildir ki, parkın genişləndirilməsini gözlədiklərini deyirlər.

Sakinlərin iddiasına görə, uzun müddət məcburi köçkünlərin məskunlaşdığı köhnə məktəb binası boşaldıldıqdan sonra əraziyə “Şərur MTK”nın nümayəndələri nəzarət etməyə başlayıblar. Sakinlər burada yaşayış kompleksinin tikintisinə hazırlıq işlərinin aparıldığını bildirirlər. Məsələ ilə bağlı “Space” telekanalı süjet hazırlayıb və “Şərur MTK”nın rəhbəri İsfəndiyar Axundovun mövqeyini öyrənib.

VİDEO LİNKDƏ: https://www.bizimesr.info/az/post/yasamalda-parkin-erazisini-serur-mtk-ya-kim-satib---video-24058

İ.Axundov bildirib ki, şirkət parkın genişləndirilməsi üçün nəzərdə tutulan ərazini almayıb. Onun sözlərinə görə, MTK zərərçəkən şəxsləri mənzillərlə təmin edib, dövlət isə bunun qarşılığında şirkətə bina tikintisi üçün torpaq sahəsi ayırmaq öhdəliyi götürüb. Şirkət rəhbəri ərazinin boşaldılmasını gözlədiklərini və torpağın onlara hazır vəziyyətdə verilməli olduğunu qeyd edib.

Axundov, həmçinin bildirib ki, əgər həmin ərazidə park salınması ilə bağlı Prezidentin göstərişi varsa və bu, rəsmi şəkildə şirkətə bildirilsə, MTK parkın tikintisini öz hesabına həyata keçirməyə hazırdır.

Sakinlər isə rayon icra hakimiyyətinə dəfələrlə müraciət etdiklərini, lakin problemlərinin həll olunmadığını deyirlər. Onlar ərazidə parkın genişləndirilməsi məsələsinə aydınlıq gətirilməsini və aidiyyəti qurumların müdaxiləsini istəyirlər.

Hazırda sakinlərin gözləntisi Yasamal Rayon İcra Hakimiyyətinin məsələ ilə bağlı mövqeyini açıqlaması və ərazinin gələcək taleyinə aydınlıq gətirməsidir.



Xəbər lenti

Ağdaşda Heydər Əliyev prospekti bərbad vəziyyətdədir - FOTOLAR
16:21
Vüsal Nəsirli "işə başladı" - Asfalt qırıntıları sərnişinlərin üzərinə töküldü - VİDEO
15:41
Səhiyyə Nazirliyində rəhbərlik dəyişdi, “partnyor”la isə yox
14:50
Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT
13:11
Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...
11:56
«Dantera Klinikası»nda müştərini dişsiz qoydular… - BU NƏDİ BELƏ?
11:18
“İcazəm olmadan digər orqanlarım da götürülüb” - Vitamed Hospitalda əməliyyat olunan xəstə şikayət edir
10:16
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
09:37
Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb
18:01
Nizami rayonunda nə NİZAM VAR... nə də İNTİZAM... - GİLEY
17:43
“Müğənnilərə qoyulan efir qadağası davam etməlidir – Televiziya və cəmiyyətdə çox şey dəyişdi!”
17:11
"SOCAR rəhbərliyi Nüsrət Əliyevi institutumuzu dağıtmaq üçün direktor göndərib?" - "Neftqazelmitədqiqatlayihə"nin ÖZ GÜLÜMSƏROVU VAR İMİŞ...
16:52
“İrşad Electronics” bir nəfərə verdiyi 2-3 kreditə görə MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
16:32
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal: Prokurorluq araşdıracaq
15:51
“Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
14:56
Hökməli bələdiyyəsinin sədri şəhidin qan pulunu alıb? – ŞOK İDDİA!
14:24
Zərgərlik dükanı kimi idarə edilən UNİVERSİTET - Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
12:47
Badamdarda tikinti sahəsində təhlükəsizlik qaydalarına niyə əməl olunmur? -FOTO+VİDEO
12:02