Bakıda onmərtəbəli binada lift kabusu - "Hər dəfə birimiz liftdə alırıq"

Gündəm / Cəmiyyət 2-11-2026, 17:30


Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, bina 26, blok 5 ünvanındakı onmərtəbəli binada uzun müddətdir lift problemi var. İş o yerə çatıb ki, sakinlər tez-tez liftdə qalır, kömək çağırırlar.

Bu barədə sakinlər Lent.az-a müraciət ediblər.

“Binada tez-tez lift xarab olur. Dəfələrlə qonşularımız və ailə üzvlərimiz liftin içərisində qalıblar. Hər dəfə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və ustalar köməyə çatır, insanları xilas edir, lifti təmir edirlər. Lakin üstündən bir-iki həftə keçməmiş yenidən xarab olub.

İş o yerə çatıb ki, qorxumuzdan liftə minə bilmirik. Hər dəfə düşünürük ki, görəsən, nə vaxtsa, ciddi bir bədbəxt hadisə baş verəcək?

Özhesabımıza yeni lift quraşdırılması üçün isə 20-30 min manatdan çox vəsait lazımdır”.

“Lifttəmir” İstehsalat Birliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, “Lifttəmir” İstehsalat Birliyi kooperativ binalar və Mənzil-Tikinti Kooperativlərində (MTK) xidmət göstərmir:

“Qeyd olunan Binəqədi rayonu Əcəmi Naxçıvani 26 ünvanda yerləşən bina kooperativ binadır. Bu səbəbdən həmin binanın liftlərinə Liftəmir İstehsalat birliyi tərəfindən xidmət göstərilmir. Lift idarəsi yalnız Mənzil-kommunal təsərrüfatı birliyinın balansında olan binaların liftlərinə xidmət göstərir”.

Bir ildən çoxdur lift problemi çəkən sakinlər ya komdendantın ümidinə qalıb, yeni lift gözləyəcəklər, ya da özləri vəsait toplayaraq lift almağa çalışacaqlar.

Qeyd edək ki, ötən günlərdə oxşar problem Bakının Nizami rayonu, Naxçıvanski küçəsi, 76 ünvanındakı doqquzmərtəbəli binada da yaşanıb. Lent.az-a müraciət edən sakinlər liftin tez-tez sıradan çıxdığını, sonuncu dəfə isə 12 gün işləmədiyini bildirmişdilər. Şikayətçilər bunun xüsusilə yuxarı mərtəbələrdə yaşayan yaşlılar və uşaqlı ailələr üçün ciddi çətinlik yaratdığını vurğulayıblar. Sakinlər lift ustasının müraciətlərə laqeyd münasibətindən və rayonun lift idarəsində qarşılaşdıqları kobud rəftardan da şikayətləniblər.

Xəbər lenti

Ağdaşda Heydər Əliyev prospekti bərbad vəziyyətdədir - FOTOLAR
16:21
Vüsal Nəsirli "işə başladı" - Asfalt qırıntıları sərnişinlərin üzərinə töküldü - VİDEO
15:41
Səhiyyə Nazirliyində rəhbərlik dəyişdi, “partnyor”la isə yox
14:50
Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT
13:11
Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...
11:56
«Dantera Klinikası»nda müştərini dişsiz qoydular… - BU NƏDİ BELƏ?
11:18
“İcazəm olmadan digər orqanlarım da götürülüb” - Vitamed Hospitalda əməliyyat olunan xəstə şikayət edir
10:16
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
09:37
Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb
18:01
Nizami rayonunda nə NİZAM VAR... nə də İNTİZAM... - GİLEY
17:43
“Müğənnilərə qoyulan efir qadağası davam etməlidir – Televiziya və cəmiyyətdə çox şey dəyişdi!”
17:11
"SOCAR rəhbərliyi Nüsrət Əliyevi institutumuzu dağıtmaq üçün direktor göndərib?" - "Neftqazelmitədqiqatlayihə"nin ÖZ GÜLÜMSƏROVU VAR İMİŞ...
16:52
“İrşad Electronics” bir nəfərə verdiyi 2-3 kreditə görə MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
16:32
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal: Prokurorluq araşdıracaq
15:51
“Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
14:56
Hökməli bələdiyyəsinin sədri şəhidin qan pulunu alıb? – ŞOK İDDİA!
14:24
Zərgərlik dükanı kimi idarə edilən UNİVERSİTET - Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
12:47
Badamdarda tikinti sahəsində təhlükəsizlik qaydalarına niyə əməl olunmur? -FOTO+VİDEO
12:02