"Xəstəni qəbula çağırıb gəlməmək nə deməkdir?" - DƏLİXANADIR, VALLAH...

Gündəm / Cəmiyyət 13-11-2026, 11:30



“Ege Hospital” və “Referans Həyat” klinikalarında qarşılaşdığı münasibətdən narazı qalan vətəndaş Kənan Quluzadə şikayətini sosial şəbəkədə paylaşıb.

Şikayətçinin sözlərinə görə, boynunda olan kiçik şiş böyüyərək (epidermal kist) narahatlıq yaratdığı üçün sığorta vasitəsilə Ege Hospitalda cərrah Edgard Nurməmmədovun qəbuluna yazılıb. Təyin olunan vaxtda klinikaya getsə də, həkimin əməliyyatda olduğunu öyrəndiyini bildirib. Həkimin nə vaxt gələcəyinin məlum olmadığını, hətta həmin gün ümumiyyətlə gəlməyə biləcəyini deyiblər.
Şikayətçinin sözlərinə görə, əvvəlcədən məlumatlandırılmamasının səbəbini soruşduqda klinika əməkdaşları ona “O qədər pasiyent var ki, nə edə bilərik?” məzmununda cavab veriblər. Həkimlə əlaqə saxlamaq cəhdləri də nəticəsiz qalıb.
Şikayətçi qeyd edib ki, həkim mesajına yalnız iki saat sonra cavab verib, şikayətini bildirdikdə isə mesajını oxusa da, cavab yazmayıb. Daha sonra sığorta vasitəsilə “Referans Həyat” klinikasına, Şükür adlı başqa bir həkimin qəbuluna yönləndirildiyini deyən vətəndaş burada da oxşar vəziyyətlə üzləşdiyini iddia edib.
Onun sözlərinə görə, həkim USM müayinəsindən keçməsini və bundan sonra problemin həll olunacağını bildirib. Lakin pasiyent üç saat USM növbəsində gözləyib nəticəni əldə etdikdən sonra həkimin klinikadan getdiyini öyrənib.
Kənan Quluzadə həkimlə əlaqə saxladıqda isə ondan “O əməliyyatdan mənə cəmi 8 manat pul qalır, ona görə mən niyə əziyyət çəkim?!” cavabını aldığını bildirib. Şikayətçi bildirib ki, hər iki həkimin davranışı səbəbindən sadə bir prosedur üçün bütün günü vaxt itirib. O, “Ege Hospital” və “Referans Həyat” klinikalarının rəhbərliyinə müraciət edərək həkimlərin sığorta ilə işləmək istəmədiyi halda bunun pasiyentlərə əvvəlcədən bildirilməli olduğunu vurğulayıb.
“Xəstəni qəbula çağırıb gəlməmək nə deməkdir? Xəstəni əməliyyat etməyəcəksə, saatlarla gözlətmək nə deməkdir?” – deyə Kənan Quluzadə narazılığını ifadə edib. Adı çəkilən klinikaların mövqeyini dərc etməyə hazırıq.

Bizimesr.info

Xəbər lenti

Elçin Babayevin işdən çıxarılmasının detalları - Oteldə imiş...
18:26
Ata və oğlunu öldürmək üçün 6 ay gözləyib: “Adıma əxlaqsız mahnılar yazırdılar” - TƏFƏRRÜAT
17:57
Dövlət komitəsi və nazirliklə iki şübhəli müqavilə - "TVM İnşaat"ın vergi borcu 13,6 milyonu ötdü
17:31
Yevlax sakini ACINACAQLI DURUMDA... - MÜRACİƏT
16:52
Ölüm, şübhəli əməliyyat və ailəyə təzyiq iddiası! - İTTİHAM VAR...
16:14
“Azəriqaz”da “Kolanı klanı”: Qohum təyinatları, kütləvi ixtisarlar və təhlükə yaradan kadr siyasəti!
15:53
Mahir Əliyev passiv vergi ödəyicisi ilə müqavilələr bağlayır – Antiinhisar Agentliyi də seyr edir
12:23
Səfikürd nasos stansiyasında boru xəttinin təmirinə ayrılan milyonlar həm də kimlərinsə həzm-rabesindən keçir
11:46
Binəqədi-Novxanı şosesində müəmmalı tikinti: İcazə varmı, yoxsa?.. - VİDEO
11:21
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib
10:42
Azərbaycandan oğurlanan MİLYONLARIN İZİ İLƏ - DAHA BİR FAKT!
10:19
"EGE Hospital"dan şikayət: edilməyən əməliyyat üçün alınan 6500 manatı qaytarmırlar
09:49
BAŞIBƏLALI MƏKTƏBƏ MÜƏMMALI TƏYİNATIN SƏBƏBİ NƏDİR?
09:17
Ağdaşda Heydər Əliyev prospekti bərbad vəziyyətdədir - FOTOLAR
16:21
Vüsal Nəsirli "işə başladı" - Asfalt qırıntıları sərnişinlərin üzərinə töküldü - VİDEO
15:41
Səhiyyə Nazirliyində rəhbərlik dəyişdi, “partnyor”la isə yox
14:50
Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT
13:11
Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...
11:56