Azərbaycandan oğurlanan MİLYONLARIN İZİ İLƏ - DAHA BİR FAKT!

Gündəm / Cəmiyyət Сегодня, 10:19


"Deputat Səttar Mehbalıyevin oğlu İsfəndiyar Mehbalıyev hazırda Dubayda gördüyünüz bu binada - Marsa Dubay kompleksində yaşayır. Həm də boşandığı iddia edilən həyat yoldaşı Safiyə Mehbalıyeva (Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun qızı) və iki oğlu ilə.." Bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında tanınmış jurnalist Cavanşir Həsənli qeyd edib.

Jurnalist daha sonra bildirir: "Safiya Mehbalıyeva Dubayda bahalı aksessuar, qızıl zinət əşyaları və "Rolex" saatlarının satışı mağazası açıb.
Deputatın oğlu 2022-ci ildən BƏƏ-də minimum 2 milyon dirhəm (1 milyon manata yaxın) əmlak investisiyası dəyərində verilən 10 illik "Golden Visa" ilə yaşayır. Amma bu onun Dubayda 2022-ci ildən yaşadığı demək deyil.

İsfəndiyar Mehbalıyev 2017-ci ildə - hələ polis orqanlarında xidmət etdiyi vaxtlarda xidmət haqda qanunvericiliyi cidfi şəkildə pozaraq Dubayda TASKEEN lisenziyası əsasında müvəqqəti yaşayış icazəsi alıb və bu icazə "Golden Viza" alanadən, yəni 2022-ci ilədək qüvvədə olub. O yalnız 2021-ci ildə xidməti vəzifəsini tərk edib.

TASKEEN Lisenziyası Nədir?

Dubay Torpaq Departamentinin (Dubai Land Department) təqdim etdiyi TASKEEN (Investor Residence Application) proqramı Dubayda daşınmaz əmlak alan xarici investorlara verilən rezidentlik vizası və lisenziyasıdır. Bu status şəxsə Birləşmiş Ərəb Əmirliklərində uzunmüddətli yaşamaq, bank hesabı açmaq və ailə üzvlərinə sponsorluq etmək hüququ verir.

Qanun nə deyir?

• Xarici dövlətdə daimi yaşamaq hüququ qadağası: "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə və "Dövlət qulluğu haqqında" Qanuna əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş və ya xarici dövlətdə daimi yaşamaq hüququ (rezidentlik) əldə etmiş şəxslər daxili işlər orqanlarında xidmətə qəbul edilə bilməzlər. Xidmətdə olan əməkdaş belə bir hüquq əldə etdikdə bu, onun daxili işlər orqanlarından xaric edilməsi üçün birbaşa hüquqi əsas yaradır.
• Dövlət sirri və xüsusi yoxlama: Polis əməkdaşları xidməti vəzifələrinə görə dövlət sirri təşkil edən məlumatlara çıxış əldə edirlər. Xarici ölkədə rezidentlik (yaşayış icazəsi) almaq həmin şəxsin xarici dövlətin yurisdiksiyası və miqrasiya nəzarəti altına düşməsi deməkdir ki, bu da milli təhlükəsizlik və daxili xidmət qaydaları ilə ziddiyyət təşkil edir. Həmçinin polis əməkdaşlarının ölkə xaricinə çıxışı xüsusi icazə (raport) əsasında tənzimlənir.
• Maliyyə bəyannaməsi və korrupsiyaya qarşı tələblər: TASKEEN proqramı birbaşa Dubayda daşınmaz əmlak mülkiyyətinə bağlıdır. "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanuna görə, vəzifəli şəxslər xaricdəki əmlakları və gəlir mənbələri barədə məlumat təqdim etməlidirlər. Əmlakın dəyəri əməkdaşın rəsmi gəlirləri ilə uyğun gəlmədikdə, bu, qanunsuz varlanma və korrupsiya hüquqpozması kimi araşdırıla bilər.

Xatırladım ki, İsfəndiyar Mehbalıyev bu binada hər birinin sahəsi 80,49 m² olan iki mənzil (156986391 və 156989399 kadastr nömrəli,
1001 və 1401 saylı) alıb..."(Dia-az)




Xəbər lenti

Elçin Babayevin işdən çıxarılmasının detalları - Oteldə imiş...
18:26
Ata və oğlunu öldürmək üçün 6 ay gözləyib: “Adıma əxlaqsız mahnılar yazırdılar” - TƏFƏRRÜAT
17:57
Dövlət komitəsi və nazirliklə iki şübhəli müqavilə - "TVM İnşaat"ın vergi borcu 13,6 milyonu ötdü
17:31
Yevlax sakini ACINACAQLI DURUMDA... - MÜRACİƏT
16:52
Ölüm, şübhəli əməliyyat və ailəyə təzyiq iddiası! - İTTİHAM VAR...
16:14
“Azəriqaz”da “Kolanı klanı”: Qohum təyinatları, kütləvi ixtisarlar və təhlükə yaradan kadr siyasəti!
15:53
Mahir Əliyev passiv vergi ödəyicisi ilə müqavilələr bağlayır – Antiinhisar Agentliyi də seyr edir
12:23
Səfikürd nasos stansiyasında boru xəttinin təmirinə ayrılan milyonlar həm də kimlərinsə həzm-rabesindən keçir
11:46
Binəqədi-Novxanı şosesində müəmmalı tikinti: İcazə varmı, yoxsa?.. - VİDEO
11:21
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib
10:42
Azərbaycandan oğurlanan MİLYONLARIN İZİ İLƏ - DAHA BİR FAKT!
10:19
"EGE Hospital"dan şikayət: edilməyən əməliyyat üçün alınan 6500 manatı qaytarmırlar
09:49
BAŞIBƏLALI MƏKTƏBƏ MÜƏMMALI TƏYİNATIN SƏBƏBİ NƏDİR?
09:17
Ağdaşda Heydər Əliyev prospekti bərbad vəziyyətdədir - FOTOLAR
16:21
Vüsal Nəsirli "işə başladı" - Asfalt qırıntıları sərnişinlərin üzərinə töküldü - VİDEO
15:41
Səhiyyə Nazirliyində rəhbərlik dəyişdi, “partnyor”la isə yox
14:50
Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT
13:11
Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...
11:56