Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar ...

Gündəm / Cəmiyyət 17-04-2026, 15:27


Uzun illərdir əsasən keçirdiyi qəbul imtahanlarındakı narazılıqlarla yadda qalan Peşə Təhsili üzrə Dövlət Agentliyində kadr problemi, ştat uyğunsuzluğu və digər hallar artıq nöqtəyə çatıb. Hər il keçirilən müəllim və usta qəbulu imtahanlarından sonra boş ştat yerlərinə yerləşdirmə zamanı böyük haqsızlıqlar edildiyi iddia olunan Agentliyin Mərkəzlərində vəziyyət ildən ilə rüsvayçı hal alır.

Bizimesr.com-a daxil olan məlumata görə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan Mərkəzlərdə və peşə məktəblərində boş qalan ştat və vəzifə yerləri gizlədilir, boş saxlanılır. Əsasən ali təhsilli insanların işsiz qaldığı bir dövrdə bu ştat yerlərinin nədən boş saxlanılması, gizlədilməsi ciddi suallar yaradır. Mərkəz rəhbərləri bunu özbaşınamı edir, yoxsa Peşə Təhsili üzrə Dövlət Agentliyinin bundan xəbəri varmı?

Məlumata görə, Mərkəzlərdə və peşə məktəblərində çoxsaylı texniki vəzifələrdən tutmuş müəllim, usta və hətta rəhbər vəzifələr belə boş saxlanılır. İddialara görə, vəzifə ştatı üzrə nəzərdə tutulan işlər direktorların yaxın adamları arasında bölüşdürülərək dövlət vəsaiti əmək haqqı şəkilində mənimsənilir. Qeyd olunur ki, bəzi Peşə Təhsili Mərkəzlərində direktorlar, direktor müavinləri və onlara yaxın müəllimlər bu imkanlardan istifadə etməklə ayda əmək haqqı olaraq yüksək məbləğdə "maaş" alırlar. Bu rəqəmlər ayda 5-8, hətta 10 min manat civarına qədər çata bilir.

Bizimesr.com-a daxil olan digər məlumata əsasən, Peşə Təhsili Mərkəzlərinin əksəriyyətində boş saxlanılan vəzifələrdən biri də keyfiyyət təminatı üzrə mütəxəssis ştatıdır. Bu vəzifə üzrə imtahan tələb olunmur və təyinat birbaşa direktorlar tərəfindən həyata keçirilir. Maraqlıdır ki, demək olar ki, əksər Peşə Mərkəzlərində bu vəzifə də digər ştatlar kimi boş saxlanılır. Amma araşdırılsa bəlli olar ki, keyfiyyət təminatı üzrə mütəxəssis vəzifəsi kiməsə həvalə olunub və əmək haqqı ayırılır.

Həmçinin qeyd olunur ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbər şəxsləri bu vəzifə ştatlarından, həmin təyinatlardan və Mərkəzlərdə baş verən neqativ hallardan demək olar ki, xəbərsiz görünürlər. Həqiqətənmi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili müəssisələrində baş verənlərdən xəbərsizdir?

Qeyd edək ki, Agentliyin tabeliyində fəaliyyət göstərən Peşə Təhsili Mərkəzlərində və məktəblərində ciddi pozuntuların baş verdiyi iddia olunur və bu faktların araşdırılmadığı bildirilir.

Bizimesr.com

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56