Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbində ŞOK DETALLAR!!!

Gündəm / Cəmiyyət 2-05-2026, 14:35


Tehsilmedia.info saytı olaraq, keçən yazımızda ​Salyan rayonu, Çadırlı kənd ümumi orta məktəbinin direktoru Arzu Əliyevanın Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyinə direktor təyin edilməsi haqqında şayiələrin yayılmasını sizlərlə paylaşmışdıq.
Sayt olaraq, sual ünvanladıq ki, İlqar Bayramlı, hansı nəticələrinə əsasən Arzu Əliyevanı rəhbər vəzifəyə keçirmək istəyirsiniz?
Tehsilmedia.info olaraq indi isə Arzu Əliyevanın direktorluq fəaliyyətini sizlər üçün araşdırdıq.
​Salyan rayonu, Çadırlı kənd ümumi orta məktəbinə 13 iyun 2025-ci il tarixində direktor təyin olunan Arzu Əliyevanın fəaliyyəti qısa müddət ərzində həm valideynlərin, həm də yerli ictimaiyyətin ciddi narazılığına səbəb olmuşdur. Ortaya çıxan faktlar və şikayətlər məktəbdə təhsilin keyfiyyətinin kəskin şəkildə aşağı düşdüyünü və idarəetmənin iflic vəziyyətində olduğunu göstərir.
Biz sizlər üçün Arzu Əliyeva dövründə baş verən problemləri sistemləşdirdik:
​1. Tədrisin Keyfiyyəti və İmtahan Nəticələri
​Məktəbdə təhsilin səviyyəsi rəsmi göstəricilərdə də öz mənfi əksini tapır.
​Aşağı Monitoring Nəticələri: 4 və 6-cı siniflərin monitorinq nəticələri olduqca zəifdir.
​Buraxılış İmtahanları: Keçən tədris ilində 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarında göstərdiyi nəticələr məktəbdəki real tədris vəziyyətinin göstəricisidir.
​Repetitor Asılılığı: Siniflərdə yaxşı oxuyan şagirdlərin sayı cəmi 1-2 nəfər təşkil edir ki, bu şagirdlərin də uğurları məktəb tədrisi deyil, kənar repetitor hazırlığı ilə bağlıdır. Hər sinifdə 1-2 yaxşı oxuyan uşağın olması təhsilin keyfiyyətinin olmadığını açıq-aşkar göstərir.
​2. Qiymətləndirmədə Şəffaflığın Olmaması (KSQ və BSQ)
​Məktəbdə summativ qiymətləndirmələrin (KSQ və BSQ) keçirilməsində ciddi qanun pozuntuları müşahidə olunur:
​Şagirdlərin bir-birindən köçürməsinə şərait yaradılır.​
Bəzi hallarda sualların cavabları şagirdlərə öncədən verilir ki, bu da real bilik səviyyəsini gizlətməyə xidmət edir. Qiymətlər şagirdlərin real
potensialını əks etdirmir.
​3. Kadr Siyasəti və İxtisas Uyğunsuzluğu
​Arzu Əliyevanın idarəçiliyi dövründə dərslərin bölüşdürülməsində qeyri-peşəkarlıq hökm sürür:
​Qeyri-ixtisas müəllimləri: Bir çox dərslər, o cümlədən informatika və fizika kimi fənlər bülleten zamanı ixtisası uyğun olmayan müəllimlər tərəfindən tədris olunur. Məsələn, fizika müəlliminin dərsini informatika müəllimi keçir, təsviri incəsənət müəllimi bülletendə olanda fənnini fizika müəllimə verib. Fizika müəllimini Hicran Rzayeva əvəz edib.
Riyaziyyatdan sertifikasiyada yüksək nəticə əldə edən müəllimi qoyub kənara yeni müəllim götürüb və yuxarı sinirləri həmin müəllimə verib. Bəzi müəllimlər isə sertifikasiyadan keçmədikləri halda müvafiq fənləri tədris edirlər.
Dərsdən kənar məşğələlər isə birbaşa dərsdən sonra fasilə verilmədən keçirilir.
Seçkidə iştirak edən bədən tərbiyə müəlliminin əvəzinə isə Azərbaycan dili müəllimini yönəltmişdir.
Nəzərə alın ki, bunları ictimai əsaslarla əmrini verir.
​Dərs Cədvəli: Məktəbdə dərs cədvəlinin tərtibində tələblər pozulur, məşğələlər fasiləsiz və nizamsız şəkildə keçirilir.
​4. İdarəetmədə Maraqsızlıq və "Reklam" Meyilləri
​Direktor Arzu Əliyeva məktəbin daxili problemlərini həll etmək əvəzinə, fərdi piar fəaliyyəti ilə məşğul olmaqda ittiham edilir:
​Məktəbdə işçi və şagird davamiyyətinə nəzarət zəifdir.
​Sağlamlıq imkanları məhdud şagirdlərin evdə təhsilinə bütün ixtisas müəllimləri cəlb edilmir.
​Kiçik kurs sertifikatlarının belə böyük nailiyyət kimi reklam edilməsi, lakin məktəbin ümumi reytinqinin Salyan sektorunda ən aşağı pillələrdə olması idarəetmədəki boşluqların bariz nümunəsidir.
​5. Olimpiada və Nailiyyət Yoxluğu
​Son iki il ərzində məktəbin heç bir şagirdi fənn olimpiadalarında və ya digər bilik yarışmalarında yer tutmamışdır. Bu, məktəbdə istedadlı uşaqlarla işin və ümumi tədris stimullaşdırılmasının sıfır səviyyəsində olduğunu sübut edir.
​Çadırlı kənd ümumi orta məktəbində yaranmış bu acınacaqlı vəziyyət Elm və Təhsil Nazirliyinin, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təcili müdaxiləsini tələb edir. Direktor Arzu Əliyevanın fəaliyyəti məktəbin təhsil keyfiyyətini yüksəltmək deyil, mövcud potensialı da məhv etmək istiqamətindədir.
Tehsilmedia.info

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56