"Tovuzun zil səsli müğənnisi, kəllə-paça bişirən aşpaz, yoxsa topçu?" – İş adamından Ruhi Əliyevaya ŞOK İTTİHAMLAR!

Gündəm / Cəmiyyət 10-06-2026, 18:36


Ruhi Əliyevaya Qarşı Ağır İttihamlar: Cəlal Qurbanovun Sosial Şəbəkədəki Şok Şərhi Gündəmi Sarsıtdı
Sosial şəbəkələrdə keçmiş müğənni, hazırda isə tanınan iş qadını Ruhi Əliyeva (Əliyeva Ruhiyyə Nəsrəddin qızı) barəsində yazılmış statuslardan birinə tanınmış iş adamı, xeyriyyəçi və nəğməkar-şair Cəlal Qurbanov tərəfindən yazılan kəskin rəy böyük maraq doğurub.
32gun.az yazır ki, Cəlal Qurbanov öz şərhində ad çəkməsə də, birbaşa iş qadını Ruhi Əliyevanın keçmişinə, fəaliyyətinə və televiziyadakı müsahibələrinə eyham vuraraq, ona qarşı çox ağır ittihamlar irəli sürüb və onun haqqında "aşpaz", "topçu" kimi ifadələr işlədib.
"Əvvəl aşpaz, sonra topçu..."
İş adamı sosial şəbəkədəki şərhinə müraciət etdiyi şəxsin kimliyini sorğulayaraq çox sərt bir giriş edib. O, hədəfdəki şəxsi eyhamlarla belə təsvir edib:
"Bu, indi jurnalistdən çox süni intellekt üslubunda danışan və suallar verən, əvvəllər Tovuzun ən zil səsli 'məşhur' müğənnisi, sonlar isə yaxşı kəllə-paça, xaş və bozbaş bişirməyi ilə tanınan 'aşpazdan' gedir söhbət? Yoxsa Baku TV-yə müsahibəsində özünün dediyi kimi Tərtər hadisələrində '12-ci topu mən atdım' deyən 'Topçudan'?"
Cəlal Qurbanov eyni zamanda həmin şəxsin başqaları ilə şərik olaraq rəhbərlik etdiyi internet resurslarında və saytlarda onun ünvanına təhqiramiz şərhlər yazdırdığını və qarayaxma kampaniyaları apardığını iddia edib.
Atasının ağır xəstəliyi dövründə sifarişli yazılar yazılıb
Cəlal Qurbanov qeyd edib ki, rəhmətlik atası Hacı Cavanşirin dünyasını dəyişməsindən əvvəlki son üç il ərzində həm atasının ağır xəstəliyi ilə mübarizə aparmalı olub, həm də özünə və ailəsinə qarşı aparılan sifarişli qarayaxma kampaniyalarına cavab vermək məcburiyyətində qalıb. O, qarşı tərəfin bəzi şəxsi görüntüləri və yazışmaları pul və ya bahalı hədiyyələr müqabilində sildirməklə həqiqətlərin üstünü örtdüyünü düşündüyünü, lakin həqiqətin mütləq üzə çıxacağını və bu təhqirləri, xüsusilə də xəstə yatağında olan atasına qarşı edilənləri heç vaxt bağışlamayacağını vurğulayıb. Həmçinin bildirib ki, həmin şəxsin rəhbərlik etdiyi saytlar onu ictimaiyyətə hüquqi əsas olmadan "xuliqan" və "zorakılıqda adı hallanan şəxs" kimi təqdim etməyə çalışıblar.
"Şəhid ailələrinin yanında olmaq bizim üçün vəzifə vasitəsi deyil"
Onun şəhid ailələrinin yanında olmasının arxasında millət vəkili olmaq və ya vəzifə qazanmaq niyyətinin dayandığı barədə yazılanlara da toxunan iş adamı, bu ittihamları kəskin şəkildə rədd edib. O, şəhid anasının göz yaşından və şəhid ailəsinin ağrısından şəxsi maraqlar üçün istifadə edilməsini ən ağır şərəfsizlik və mənəvi yoxsulluq adlandırıb. Cəlal Qurbanov "Mənim Oğlum Qəhrəmandır!" və "Mənim Atam Qəhrəmandır!" layihələrində sadəcə bir könüllü olduğunu, bu yolun atası Hacı Cavanşirdən gələn bir mənəvi borc və vicdan məsələsi olduğunu qeyd edib.
Məhkəmə mübarizəsi və hakimlərə təşəkkür
Dörd ilə yaxındır ki, bu növ böhtan xarakterli xəbərlər yayan saytlarla hüquqi mübarizə apardığını deyən Cəlal Qurbanov, ailəsinin şərəfi üçün geri çəkilməyəcəyini və Azərbaycan məhkəmələrinin ədalətinə güvəndiyini bildirib. O, bu prosesdə obyektiv qərarlar qəbul etdiklərinə görə Xətai Rayon Məhkəməsinin hakimləri Rəfail Sadıxova, Əminə Abbasovaya, Sahibə Hacıyevaya, Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədova və vəkilləri Xaliq Ağayevə, Dədəkişi müəllimə, eləcə də hazırda hüquqlarını müdafiə edən Aysel Məhərrəmovaya xüsusi minnətdarlığını ifadə edib. İsin Ali Məhkəmədə də ədalətlə nəticələnəcəyinə inandığını yazıb.
Tərtər hadisələri ilə bağlı sərt suallar
Cəlal Qurbanov rəyinin sonunda iş qadınının keçmişdə verdiyi müsahibələrə istinadən Tərtər hadisələri ilə bağlı ciddi suallar qaldırıb. Bir müğənninin top atışında iştirak etməsi iddiasının qazilərdə və şəhid ailələrində suallar doğurduğunu bildirən Qurbanov, bu addımın hansı şəraitdə, kimin qərarı ilə və hansı zərurətdən baş verdiyini soruşub:
"Həmin 'topçu qəhrəmana' da ayrıca bir sualım var. Özünün dediyi kimi, əgər həmin 12-ci topu doğrudan da atıbsa, həmin atış hansı istiqamətə olub və hansı məqsədə xidmət edib?"
Vətən müharibəsində bir çox rayonların, o cümlədən öz ata yurdu Xızının da hücumlara məruz qaldığını xatırladan iş adamı, cəmiyyət qarşısında verilən bu cür açıqlamaların mütləq araşdırılmalı və cavablandırılmalı olduğunu qeyd edib, son qərarı isə zamana və İlahi ədalətə həvalə etdiyini bildirib.


32gun.az

Xəbər lenti

Səxavət Kəlbəcərlidən Prezedentə MÜRACİƏT – Cavid Qurbanovun BƏƏ-dəki mülkləri və Ramiz Mehdiyev işi!
17:03
Satıcı aldatdı, telefon bloklandı... – “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
15:59
“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi - Kosmetoloq qanunsuz işləyib
15:22
“İyundan yanan transformator hələ də düzəlməyib” - Məktəbdə nə işıq var, nə su...
13:22
“İdeal Kredit” və vəzifəli şəxsi ümumilikdə 56 min manat cərimələnib - TƏFƏRRÜAT
12:40
Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi -İTTİHAM VAR...
12:25
Ceyhun Cəlilovdan ƏCAİB TƏDARÜK... - BU NƏDİ BELƏ?
11:04
“Bakı 4 №-li Yol İstismarı” MMC-dən şikayət - “Pulumuzu verməyən adama Vüsal Nəsirli tərəfindən yüksək vəzifə verildi”
10:51
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı: Gözlənilməz hökm - TƏFƏRRÜAT
10:34
Tehrandan Vaşinqtona sərt mesaj
09:35
Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
19:39
Seymur Orucov yarım milyonluq nə iş görəcək?
19:13
Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
18:02
Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
14:56
44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
13:49
Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
12:40
44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
12:21
Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
11:37