Cəlilabadda yararsız ət hansı pulla alınıb? - Vəzifəli şəxs cəzalandırılıb...

Gündəm / Cəmiyyət 22-06-2026, 17:44


Cəlilabad rayonunda Qurban bayramı ilə əlaqədar şəhid ailələrinə istehlaka yararsız qurban ətinin göndərilməsi faktı ilə bağlı rayon icra hakimiyyətinin vəzifəli şəxsi cəzalandırılıb.

Bizimesr.com bildirir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Füzuli Cəfərova töhmət verilib.

Xatırladaq ki, hadisə Qurban bayramı günlərində qeydə alınmışdı. Cəlilabad Rayon İcra Hakimiyyəti şəhid ailələrindən birinə çatdırılan qurban payındakı ətin istehlaka yararsız vəziyyətdə olduğunu təsdiqləmişdi.

Faktı açıqlamasında Füzuli Cəfərov da təsdiqləyib. O bildirib ki, məsələ ilə bağlı icra başçısı ona töhmət elan edib: “Belə bir hadisə olub. Cəlilabad rayonunda 267 şəhid ailəsi var. Onların hər birinə qurban əti göndərmişəm. Ucqar kənddə yaşayan 2-3 şəhid ailəsinə ağırlaşmış ət verilmişdi. O isə qəssabın səhvindən olmuşdu. İsti havada qəssab ətləri sellofan torbalara yığıb, ağzını bağlayıb. Ətlər ucqar kəndə gedib çıxana qədər ağırlaşmışdı. Ətin qurdlaması məsələsi yalandı, amma ət ağırlaşmışdı. Şəhid ailələri şikayət ediblər, icra nümayəndəsi mənə məlumat verdi, dərhal ətləri dəyişdim. Dana ətini qaytarıb, təzə qoç əti göndərdim. Buna görə də icra başçısı tərəfindən töhmət almışam”.

Lakin günlərdir açıq qalan əsas sual təkcə ətin keyfiyyəti ilə bağlı deyil. Rayon icra hakimiyyətlərinin əksəriyyəti Qurban bayramı dövründə şəhid, qazi və aztəminatlı ailələrə qurban sovqatı göndərilməsi üçün tenderlər elan edir. Bu iş adətən tenderin qalib şirkəti tərəfindən icra olunur və məsuliyyət də həmin şirkətin üzərinə düşür.

Bu halda isə Cəlilabadda yararsız və ya keyfiyyətsiz ətin birbaşa icra hakimiyyəti tərəfindən təmin edildiyi iddia olunur. Bu isə bir sıra maliyyə və satınalma suallarını gündəmə gətirir:

Cəlilabad RİH Qurban ətini hansı vəsait hesabına alıb? Əgər tender keçirilməyibsə, bu hansı mexanizmlə həyata keçirilib?
Ətləri kim alıb və hansı əsasla seçilib? Ödənişlər hansı maliyyə mənbəyindən həyata keçirilib?

İddia olunur ki, ətlərin rayonda fəaliyyət göstərən qəssablardan və yerli sahibkarlara aldırılıb. Bu isə prosesin şəffaflığı ilə bağlı əlavə suallar yaradır.

Bizimesr.com olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Bizimesr.com

Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31