İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ

Gündəm / Cəmiyyət 24-04-2026, 18:30


Ömrünün 45 ilini müəllim peşəsinə həsr etmiş, iki oğlu Qarabağ döyüşlərinin iştirakçısı olan Natella Məmmədovaya Naxçıvanın Şahbuz rayon İcra Hakimiyyəti problem yaratmağa davam edir.

Tribuna.az-a bu barədə məlumat verən şikayətçi bildirib ki, həm özü, həm də mərhum həyat yoldaşı uzun illər dövlətə və xalqa xidmət edib, müəllim kimi yüzlərlə şagird yetişdiriblər. Lakin bu gün onlar ən sadə dolanışıq problemini belə həll edə bilmirlər.
İki oğlu Qarabağ döyüşlərinin iştirakçısı olan N.Məmmədova uzun müddətdir maddi sıxıntı səbəbindən özlərinə məxsus və bütün sənədləri qaydasında olan həyətyanı torpaq sahəsində kiçik dükan tikərək dolanışıqlarını təmin etmək istəyir. Lakin Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev qərəzli şəkildə buna mane olur, müxtəlif bəhanələrlə ailəyə problem yaradır.
Natella Məmmədova bildirir ki, məsələ ilə bağlı Naxçıvan rəhbərliyinə də dəfələrlə müraciət edib və ailənin sosial vəziyyəti, övladlarının müharibə iştirakçısı olması nəzərə alınaraq onlara köməklik göstərilməsi tapşırılıb.
Buna baxmayaraq, Şahbuz rayonunun başçısı Rəfael Babayev müxtəlif səbəblərlə tikintiyə mane olmağa davam edir.
Şikayətçi qeyd edir ki, başqa şəxslərə yolun mühafizə zolağına daha yaxın ərazilərdə obyekt tikintisinə şərait yaradıldığı halda, onların ailəsinə fərqli münasibət göstərilir. Bildirirlər ki, yola yaxın yerdə belə tikinti aparmaq olmaz:

“Bizim yol kənd yoludur. Bu dövlət əhəmiyyətli yol deyil ki, icazə verməsinlər. Biz dövlət əhəmiyyətli yola yaxın dükan tikmirik ki. Qanunlardan da xəbərimiz var. Bizim sadə dolanışığımız üçün tikmək istədiyimi dükan kənd yoluna yaxındır. O yol da dövlət əhəmiyyətli sayılmır. Ancaq icra hakimiyyəti bunu nəzərə almır. Boş və qanunsuz formada bizə icazə vermirlər”.

Mövzu ilə bağlı Tribuna.az-a danışan Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu bildirib ki, şəhid ailələrinə və qazilərə dövlət qayğısı var və hər hansı məmur səlahiyyətlərindən sui-istifadə edərək onları incitməklə, süründürməklə dövlətin maraqlarına zidd addım atmış sayılır.
Hüquq müdafiəçisi hesab edir ki, Şahbuz rayonunda yaranmış problemin aradan qaldırılması üçün Naxçıvanın yeni rəhbərliyi tapşırıq verməlidir:

“Vətənin azadlığı uğrunda döyüşlərdə iştirak etmiş müharibə veteranlarına köməklik göstərmək məmurların borcudur. Onlar bizim təhlükəsiz şəraitdə fəaliyyət göstərməyimiz üçün səngərdə vuruşublar. İndi qazilərin öz mənzil, sadə dolanışıq şəraitini yaxşılaşdırması üçün hər hansı bir addım atırsa, onlara əngəl olmaq yox, kömək göstərmək, dəstək vermək lazımdır”.

X.Teyyublu qeyd edib ki, bəzi yerlərdə kiçik məmurlar özlərini padşah kimi aparır və vətəndaşları dövlətdən narazı salan hərəkətlərə yol verirlər:
“Cənab prezident dəfələrlə xəbərdarlıq edib ki, icra başçıları, vəzifəli şəxslər vətəndaşlarla işləməlidirlər, onların müraciətlərini dinləməlidirlər. Bu günə qədər olarla icra başçısı, vəzifəli şəxs həbs olunub, işdən azad edilib, onların yerinə təyin olunan məmurlara dövlət başçısı tapşırıqlar verib, lakin bi görürük ki, bəzi hallarda bu etimaddan sui-istifadə edənlər olur”.

Xatırladaq ki, məsələ ilə bağlı Şahbuz Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz alınıb.(Tribuna.az)

Qarşı tərətin mövqeyini dinləməyə hazırıq.

Xəbər lenti

“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39