Bakıda beşinci, dünyada birinci – Antonelli tarix yazdı

İdman 2-11-2026, 16:07

“Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli “Formula 1” üzrə dünya çempionatının 2026-cı il mövsümünün qalibi olub.

Bu barədə Beynəlxalq Avtomobil Federasiyası (FIA) məlumat yayıb.

20 yaşlı pilot Meksika Qran-prisində üçüncü yeri tutaraq mövsümün başa çatmasına dörd yarış qalmış dünya çempionluğunu təmin edib. Bununla da Antonelli “Formula 1” tarixində ən gənc dünya çempionu adını qazanıb.

Qeyd edək ki, Meksika Qran-prisi noyabrın 1-də Mexikoda keçirilib. Yarışın qalibi “Red Bull” komandasının niderlandlı pilotu, dördqat dünya çempionu Maks Ferstappen olub. “Ferrari”nin britaniyalı pilotu Lüis Hemilton ikinci, Antonelli isə üçüncü yeri tutub.

Antonelli bununla 2010-cu ildə 23 yaş 134 günlük olarkən dünya çempionu olmuş almaniyalı Sebastyan Fettelə məxsus rekordu yeniləyib. İtaliyalı pilot titul qazandığı gün 20 yaş 68 günlük olub.

O, həmçinin “Formula 1” tarixində dünya çempionu olan üçüncü italiyalı pilotdur. Bundan əvvəl Cüzeppe Farina 1950-ci ildə, Alberto Askari isə 1952 və 1953-cü illərdə bu titula sahib çıxıb.

Beləliklə, İtaliya 73 illik fasilədən sonra yenidən “Formula 1” üzrə dünya çempionu yetişdirib.

Kimi Antonelli “Formula 1”də debütünü 2025-ci ildə “Mercedes” komandasının əsas pilotu kimi edib. 2026-cı il mövsümündə isə doqquz Qran-pri qələbəsi qazanaraq ilk dünya çempionluğunu rəsmiləşdirib.

Maks Ferstappen isə Meksika Qran-prisindəki qələbəsi ilə mövsümdə üçüncü dəfə finiş xəttini birinci keçib.

Qeyd edək ki, Kimi Antonelli 2026-cı il mövsümündə Bakıda keçirilən Azərbaycan Qran-prisində beşinci yeri tutub. “Mercedes” pilotu sıralanma turunda qəza etdiyindən yarışa 16-cı mövqedən başlayıb və finişə qədər 11 pillə irəliləyərək beşinci olub.

Azərbaycan Qran-prisinin qalibi onun komanda yoldaşı Corc Rassell olub. Maks Ferstappen ikinci, İsak Hacar isə üçüncü yeri tutub.

Antonelli Bakı yarışından sonra mövsümün qalan mərhələlərində də uğurlu çıxışını davam etdirərək ilk dünya çempionluğunu qazanıb.

Xəbər lenti

Ağdaşda Heydər Əliyev prospekti bərbad vəziyyətdədir - FOTOLAR
16:21
Vüsal Nəsirli "işə başladı" - Asfalt qırıntıları sərnişinlərin üzərinə töküldü - VİDEO
15:41
Səhiyyə Nazirliyində rəhbərlik dəyişdi, “partnyor”la isə yox
14:50
Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT
13:11
Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...
11:56
«Dantera Klinikası»nda müştərini dişsiz qoydular… - BU NƏDİ BELƏ?
11:18
“İcazəm olmadan digər orqanlarım da götürülüb” - Vitamed Hospitalda əməliyyat olunan xəstə şikayət edir
10:16
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
09:37
Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb
18:01
Nizami rayonunda nə NİZAM VAR... nə də İNTİZAM... - GİLEY
17:43
“Müğənnilərə qoyulan efir qadağası davam etməlidir – Televiziya və cəmiyyətdə çox şey dəyişdi!”
17:11
"SOCAR rəhbərliyi Nüsrət Əliyevi institutumuzu dağıtmaq üçün direktor göndərib?" - "Neftqazelmitədqiqatlayihə"nin ÖZ GÜLÜMSƏROVU VAR İMİŞ...
16:52
“İrşad Electronics” bir nəfərə verdiyi 2-3 kreditə görə MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
16:32
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal: Prokurorluq araşdıracaq
15:51
“Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
14:56
Hökməli bələdiyyəsinin sədri şəhidin qan pulunu alıb? – ŞOK İDDİA!
14:24
Zərgərlik dükanı kimi idarə edilən UNİVERSİTET - Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
12:47
Badamdarda tikinti sahəsində təhlükəsizlik qaydalarına niyə əməl olunmur? -FOTO+VİDEO
12:02