Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ilə bağlı sakinlərdən ciddi iddialar: TƏBİB-dən araşdırma tələb olunur

Səhiyyə / Cəmiyyət Сегодня, 10:36

Xaçmaz rayonundan bir qrup sakinin redaksiyamıza ünvanladığı müraciətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə bağlı araşdırılması tələb olunan bir sıra ciddi iddialar səsləndirilir.

Müraciət müəllifləri bildirirlər ki, xəstəxananın direktoru Səyyaf Tağıyevin rəhbərliyi dövründə tibb müəssisəsində uzun müddətdir həllini tapmayan problemlər mövcuddur. Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə TƏBİB-ə və digər aidiyyəti qurumlara müraciətlər edilsə də, narahatlıqların aradan qaldırılması istiqamətində nəticə əldə olunmayıb.

Sakinlərin iddiasına əsasən, xəstəxanada tibbi heyət çatışmazlığı, bəzi şöbələrdə antisanitar vəziyyət, təmirə ehtiyac duyan palatalar və köhnəlmiş avadanlıqların mövcudluğu pasiyentlərin narazılığına səbəb olur.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ilə bağlı sakinlərdən ciddi iddialar: TƏBİB-dən araşdırma tələb olunur

Müraciətdə, həmçinin, işə qəbul zamanı qeyri-rəsmi ödənişlərin tələb edildiyi, xəstəxana daxilində fəaliyyət göstərən aptekdə dövlət hesabına təmin edilməli olduğu iddia edilən bəzi dərman vasitələrinin ödəniş qarşılığında satıldığı, təcili tibbi yardım xidmətində çalışan sürücülərin işə qəbulunda və xidməti avtomobillərin texniki vəziyyətində problemlərin olduğu iddia edilir.

Şikayət müəllifləri bildirirlər ki, təcili tibbi yardım avtomobillərinin bəzən texniki nasazlıq və ya digər səbəblərdən çağırışlara vaxtında gedə bilməməsi xüsusilə ucqar kəndlərdə yaşayan əhalinin narazılığına səbəb olur. Bu iddiaların rəsmi araşdırmaya ehtiyacı olduğu vurğulanır.

Müraciətdə daha bir iddia kimi qeyd olunur ki, 2025-ci ilin sonlarında xəstəxanada dezinfeksiya, dezinseksiya, deratizasiya və su anbarlarının təmizlənməsi xidmətləri üçün dövlət vəsaiti ayrılmasına baxmayaraq, həmin işlərin lazımi səviyyədə həyata keçirilib-keçirilmədiyi ilə bağlı suallar yaranıb. Müraciət müəllifləri bu istiqamətdə ayrılmış vəsaitin xərclənməsinin müvafiq dövlət qurumları tərəfindən yoxlanılmasını xahiş edirlər.

Redaksiya qeyd edir ki, yuxarıda yer alan məlumatlar müraciət müəlliflərinin iddialarını əks etdirir və hazırda bu iddiaların müstəqil şəkildə təsdiqləndiyini söyləmək mümkün deyil.

Məsələ ilə bağlı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinin və TƏBİB-in mövqeyini dərc etməyə hazırıq. Aidiyyəti qurumların cavabı daxil olduqdan sonra əlavə material təqdim ediləcək.

Qeyd: Qarşı tərəfin mövqeyi daxil olduqda olduğu kimi dərc ediləcək.

Xəbər lenti

ABB problemlər davam edir
14:21
Tahir Budaqov mətbuatı saymır - Sorğular cavabsız qalır...
13:09
“Alliance Logistics” hesabatları gizlədib - Cərimələndi
12:15
Xətai rayonunda müəmmalı tikinti - Reyestrdə icazə yoxdur, ağacların məhv edildiyi iddia olunur
11:48
Masallıda “Torpaq Terroru”: Eynulla və Soltan Cütlüyünün Qanunsuzluqlarına Kim Arxa Durur? VİDEO
10:50
Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ilə bağlı sakinlərdən ciddi iddialar: TƏBİB-dən araşdırma tələb olunur
10:36
Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ... - İLGİNC FAKTLAR
10:12
Bərdədə idarəetmə böhranı: Sakinlər və İcra Hakimiyyəti üz-üzə VİDEO
09:35
TƏBİB-də "Kadr İslahatı" Maskası: Anar Bayramlı Kimləri və Niyə Ətrafına Toplayır?
08:57
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
16:28
“Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
15:46
“First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
15:12
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
14:46
Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
12:05
Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
11:41
Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
11:06
Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
10:14
Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? — DGK sədrinə SƏRT ETİRAZ
12:43