Füzulidə səhiyyə QALMAQALI - Oksigen xətlərini sökərək satıblar

Səhiyyə / Gündəm 23-03-2026, 14:01

Füzuli Rayon Mərkəzi Xəstəxanasının keçmiş direktoru Natiq Şükürov ölkə səhiyyəsi ilə bağlı ciddi və diqqətçəkən iddialarla çıxış edib.

Füzulidə səhiyyə QALMAQALI -


Natiq Şükürov
NOCOMMENT.az xəbər verir ki, o, xüsusilə Füzuli Diaqnostika Mərkəzinin fəaliyyətinin dayandırılması və infrastrukturunun dağıdıldığını bildirib.

Şükürov qeyd edib ki, mərkəz 2008-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə açılıb və uzun illər ərzində yüksək səviyyəli tibbi xidmət göstərib. Onun sözlərinə görə, deputat və ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi ilə burada bir neçə dəfə ödənişsiz açıq ürək əməliyyatları həyata keçirilib. Ümumilikdə onlarla xəstə, o cümlədən anadangəlmə ürək qüsuru olan uşaqlar uğurla əməliyyat olunub.

Keçmiş direktor vurğulayıb ki, bu cür əməliyyatların aparılması üçün yüksək texniki təchizata malik cərrahi blok və reanimasiya şöbəsi mövcud olub. Həmin infrastrukturun 44 günlük Vətən müharibəsi zamanı da mühüm rol oynadığını deyən Şükürov iddia edir ki, mərkəzdə minə yaxın ağır yaralı hərbçi əməliyyat olunaraq xilas edilib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin tabeliyində olduğu dövrdə bu imkanlar qorunub saxlanılıb. Lakin daha sonra idarəetmə İTS və TƏBİB-ə keçdikdən sonra vəziyyət köklü şəkildə dəyişib.

Şükürov iddia edir ki, hazırda həmin cərrahi blok tamamilə yararsız vəziyyətə salınıb. O, hətta divarlardan oksigen xətləri üçün çəkilmiş mis boruların sökülərək satıldığını, reanimasiya şöbəsinin və əməliyyat blokunun isə anbar kimi istifadə edildiyini bildirib.



Keçmiş direktor bu prosesi “səhiyyəyə vurulan dağıdıcı zərbə” kimi qiymətləndirib və məsul şəxslərin Zaur Əlİyevin, Hikmət İbrahimlinin və Vüqar Qubanovun fəaliyyətini sərt şəkildə tənqid edib.

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı TƏBİB və digər adı çəkilən qurumların mövqeyi hələlik açıqlanmayıb.

Adı çəkilən qurumların da mövqeyini dərc etməyə hazırıq.

Sara

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56