NDU-da Tender "Ehtiyatı": 8 minlik yanacaq + Qalib şirkətdəki Talıbov izləri və keçmişi

Gündəm / Cəmiyyət 20-03-2026, 10:59


Naxçıvan Dövlət Universiteti (NDU) növbəti satınalma müqaviləsini reallaşdırıb.

32gun.az xəbər verir ki, Ali təhsil müəssisəsi Aİ-95 markalı benzin yanacağının satın alınması məqsədilə "NP Petrol" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 8.832 AZN məbləğində müqavilə bağlayıb.
Zahirən sadə görünən bu satınalma, şirkətin idarəçilik tarixinə nəzər saldıqda maraqlı məqamları üzə çıxarır.
Şirkətin Rebrendinq Tarixi:"Nəxşicahan"dan "NP Petrol"a

Dövlət Vergi Xidmətinin reyestr məlumatları göstərir ki, "NP Petrol" MMC uzun illər Naxçıvanın ən böyük holdinqlərindən birinin tərkibində fəaliyyət göstərib. Şirkətin ad dəyişikliyi xronologiyası aşağıdakı kimidir:

01.03.2007: Şirkət fəaliyyətinə "N.P.-2" MMC adı ilə başlayıb.
19.09.2008 – 07.06.2023: Uzun müddət Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun "N.P.-2" MMC-si kimi tanınıb.
13.06.2023: Adı dəyişdirilərək "N.P.PETROL" MMC edilib.
14.06.2023 – Hazırda: Şirkət rəsmi olaraq "NP Petrol" MMC adı altında fəaliyyətini davam etdirir.
İdarəçilərin Dəyişməsi və "Talıbov" Soyadlı Rəhbərlər
Şirkətin qanuni təmsilçilərinin siyahısında Naxçıvanın keçmiş rəhbərliyi ilə yaxın qohumluq əlaqələri olduğu bildirilən şəxslərin adları diqqət çəkir. Xüsusilə Vasif Talıbovun hakimiyyəti illərində şirkətin rəhbərliyində bu soyadı daşıyan şəxslər yer alıb:

2007-03-01: Əliyev Nəriman Meydan oğlu (İlk təmsilçi).
2008-09-19: Talıbov Vüqar İlqar oğlu (Vasif Talıbovun yaxın qohumu olduğu bildirilir).
2009-06-30: Həsənov Mehman İman oğlu.
2013-08-29: Əliyev Aslan Heydər oğlu.
2015-07-10: Talıbov Abbas Fərəc oğlu (Vasif Talıbovun yaxın qohumu olduğu bildirilir).
2019-06-28: İmamquliyev Adəm Zellabdın oğlu.
2023-03-17: Həsənov Mehman İman oğlu (Yenidən rəhbərliyə qayıdış).
2023-06-13: Parlar Necmi.
2023-06-20: Əliyev Vaqif Əli oğlu.
2023-08-25: Surkit Aziz Hasan.
2025-04-07 - Hazırda: İmamquliyev Adəm Zellabdın oğlu.
Şirkətin nizamnamə kapitalı da illər ərzində kəskin dəyişikliklərə məruz qalıb. 2009-cu ildə cəmi 5 manat olan kapital, 2023-cü ilin mayında 14.284.000 manata yüksəldilsə də, sonradan yenidən 60.000 manat həcmində stabilləşib.

Unudulmayan "Karantin Skandalı"
NDU və Naxçıvan rəhbərliyi arasındakı əlaqələr təkcə tenderlərlə məhdudlaşmır.

Xatırladaq ki, 2020-ci ilin iyul ayında Naxçıvanda əcnəbi tələbələrə maddi yardım göstərilməsi məqsədilə keçirilən tədbirdə Naxçıvan MR Ali Məclisinin o dövrdəki Sədri Vasif Talıbovun köməkçisi olan oğlu Seymur Talıbov, Əmək və əhalinin sosial müdafiəsi o dövrdəki naziri Nicat Babayev və NDU-nun rektoru Elbrus İsayevin iştirakı ilə karantin qaydaları kobud şəkildə pozulub.

Rəsmi fotolardan aydın görünür ki, Operativ Qərargahın qüvvədə olan qadağalarına rəğmən, 50-dən çox şəxs bir yerə toplaşmış və bir çox iştirakçı tibbi maskadan istifadə etməmişdir. Tədbir zamanı çıxış edən rəsmi şəxslər muxtar respublikada pandemiyaya qarşı görülən qabaqlayıcı tədbirlərdən danışsalar da, reallıqda 5 nəfərdən artıq qruplarda cəmləşmə qadağasına əməl olunmayıb. Beləliklə, cəmiyyətə nümunə olmalı olan vəzifəli şəxslər ölkə üzrə tətbiq edilən xüsusi rejim qaydalarına zidd davranaraq kütləvi yığıncaq təşkil ediblər.

Elbrus İsayev və Seymur Talıbov arasındakı münasibətlər Naxçıvanda "Talıbovlar dövrü"ndə həm rəsmi, həm də qeyri-rəsmi müstəvidə kifayət qədər yaxın hesab olunurdu.

Bu yaxınlığı göstərən əsas məqamlar bunlardır:

Vəzifə iyerarxiyası: Elbrus İsayev 2019-cu ildə rektor təyin edildikdən sonra Seymur Talıbov onun ən yaxın köməkçisi və beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərib. Həmin dövrün yerli idarəetmə mühitində rektorun "xan sarayı"nın üzvü olan bir şəxslə yalnız işgüzar deyil, həm də xüsusi loyal münasibətdə olması qaçılmaz idi.

Talıbovlara sədaqət nümayişi: Vasif Talıbovun istefasından dərhal sonra Seymur Talıbovun işdən çıxarılması xəbərləri yayılanda, Elbrus İsayev mediaya açıqlama verərək bu xəbərləri qətiyyətlə təkzib etmiş və Seymur Talıbovu müdafiə etmişdi. O, "Seymur müəllim hazırda iş başındadır" deyərək ailəyə olan sadiqliyini son ana qədər nümayiş etdirməyə çalışmışdı.

Elmi əməkdaşlıq: Hər iki şəxs Naxçıvan Dövlət Universitetinin (NDU) elmi mühitində birlikdə böyüyüblər. Seymur Talıbovun NDU-da sürətli elmi yüksəlişi və doktorluq dərəcəsi alması məhz universitet rəhbərliyinin (o cümlədən Elbrus İsayevin rektorluğu dövründə) tam dəstəyi ilə reallaşıb.

İctimai tədbirlər: Universitetin daxili tədbirlərində və xarici səfərlərdə onlar tez-tez yan-yana görüntülənib, Seymur Talıbov rektordan daha nüfuzlu fiqur kimi qəbul edilib.

Lakin 2022-ci ilin sonundakı siyasi dəyişikliklərdən sonra bu "dostluq" rəsmi olaraq bitdi; Seymur Talıbov vəzifədən uzaqlaşdırıldı, Elbrus İsayev isə ...

Onu da xatırladaq ki, ötən ilin iyununda “NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ” Publik Hüquqi Şəxs tərəfindən keçirilən təmir-tikinti materiallarının satınalınmasında 70169,89 AZN dəyərindəki tenderində qalib “GÜVƏN LUX” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Satınalınan avadanlıqlar arasında krantlar (qab yuyan üçün, aftafalı), uzadıcı (traynik 5 metr) və su krantı üçün qoşa şlank yer alırdı. (32gun.az)

Ayaz Musaköylü

Xəbər lenti

“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
19:03
Yasamalda 98 saylı dövlət bağçası ilə bağlı şok iddia: uşağın qanında psixotrop maddə aşkarlandığı bildirilir
18:29
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
17:33
Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
17:14
Elnur Əliyevin layihə imperiyası: Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
16:32
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
15:53
22 minlik rüşvət QALMAQALI - İcra hakimiyyətinin rəsmiləri aldıqları pulu sənədlə təsdiqləyiblər
15:37
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
14:55
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
14:18
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
14:00
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
13:29
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant imperiyası ifşa olunur! -Dövlətin milyonları necə yoxa çıxır?
13:03
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
12:09
İran tənqidçilərinə qarşı əcnəbi cinayətkarlardan istifadə edir - Aralarında azərbaycanlılar da var
11:53
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
11:11
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
10:38
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
09:55
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
09:14