Məktəblilər arasında baş verən təhlükəli davranışların səbəbi bu imiş...

Təhsil 5-04-2026, 09:32

“Enerji içkilərinin məktəblilər arasında yayılması narahatlıq doğuran mövzulardan biridir. Çünki bu içkilər qısa müddətli enerji versə də, uzun müddətdə həm qidalanma balansını, həm də ümumi sağlamlığı poza bilər”.

Bunu “Yeni Sabah”a açıqlamasında qida mühəndisi və nutrisioloq Fərid Səfərov bildirib. O, bu içkilərin məktəblilər arasında hansı problemlərə yol açdığını belə izah edib:

“Sinir sistemi və davranışa təsir edir. Enerji içkilərində yüksək miqdarda kofein olur. Bu isə əsəbilik, aqressiya, diqqət dağınıqlığı, yuxu pozuntuları yarada bilər. Məktəblilərdə bu dərs performansına birbaşa təsir edir.

Yuxu rejiminin pozulması gətirib çıxarır. Uşaqlar və yeniyetmələr üçün keyfiyyətli yuxu çox vacibdir. Enerji içkiləri gec yatmağa, tez-tez oyanmağa səbəb olur və nəticədə yorğunluq artır, yaddaş zəifləyir.

Ürək-damar sisteminə də təsir göstərir. Həddindən artıq kofein ürək döyüntüsünün artması, təzyiqin yüksəlməsi kimi risklər yaradır, xüsusilə həssas uşaqlarda”.

Ekspert, həmçinin, bildirib ki, qidalanma balansının da pozulması baş verir:

“Bu içkilər çox vaxt yüksək şəkər, “boş kalori” mənbəyidir. Nəticədə uşaqlar daha az faydalı qida qəbul edir, bu isə artıq çəki, insulin müqaviməti riski yarada bilər. Eyni zamanda asılılıq və vərdiş Tez-tez istifadə edən uşaqlar enerjini təbii qidalardan yox, bu içkilərdən almağa öyrəşir”.

F.Səfərov qeyd edir ki, sözügedən içkiləri daha faydalı və təhlükəsiz alternativlərlə əvəz etmək mümkündür. Onun sözlərinə görə, təbii enerji mənbələri arasında su ən vacib yer tutur, eyni zamanda süd və ya kefir, eləcə də normada qəbul edilən təzə sıxılmış meyvə şirələri də orqanizm üçün faydalıdır:

“Enerji verən qidalar kimi qoz-fındıq və badam, həmçinin təbii enerji və kalium mənbəyi olan banan, eləcə də yulaf və digər tam taxıllar tövsiyə olunur. Bundan əlavə, ev şəraitində hazırlanan bal, limon və su qarışığı, yaxud meyvə, qatıq və yulafdan ibarət smoothie kimi içkilər də yaxşı alternativ hesab edilir. O, həmçinin vurğulayır ki, sağlam həyat tərzi faktorları, ən az 8-9 saat kifayət qədər yuxu, gün ərzində fiziki aktivlik və düzgün, balanslı səhər yeməyi, ümumi enerji səviyyəsinin qorunmasında mühüm rol oynayır.

Enerji içkiləri məktəblilər üçün uyğun deyil və müntəzəm istifadə həm fiziki, həm də zehni sağlamlığa mənfi təsir edir. Enerjini “bankadan” yox, düzgün qidalanma və sağlam həyat tərzindən almaq ən doğru yanaşmadır”.

Aytac Əliyeva

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56