Qaraşovun 1,4 milyonluq “abadlıq”ı 3 ay dözmədi - Üzlüklərin altında sment əvəzinə zir-zibil vurulub - FOTOLAR

Gündəm / Cəmiyyət 25-03-2026, 14:23


Ötən ilin yanvar ayında Lənkəran Şəhər İcra Hakimiyyəti rəsmi portalında rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyi barədə məlumat yaymışdı.

Bizimesr.az bildirir ki, məlumatda qeyd olunurdu ki, rayonun sosial-iqtisadi inkişafına dair tədbirlər planına uyğun olaraq küçə və səkilərdə təmir-bərpa işləri aparılır, yeni tametlər döşənir, köhnə səki daşları yenilənir, bordurlar quraşdırılır və yolboyu hasarlar üzlənir. Görülən işlər ictimaiyyətə yüksək səviyyəli layihə kimi təqdim olunur, fotolar isə xüsusi vurğu ilə paylaşılırdı.

Abadlıq işlərinin Milli Qəhrəman Soltanağa Bayramov, Mirsalayev, Füzuli küçələrində, Şəhidlər Xiyabanı və Kiçik Bazar ərazisində, eləcə də Ələt–Astara magistral yolunun Göyşaban kəndindən keçən hissəsində aparıldığı bildirilirdi.

Lakin ilkin təqdimatlarda “nümunəvi layihə” kimi göstərilən bu işlərin arxasında tamam fərqli mənzərənin gizləndiyi çox keçmədən bəlli oldu.

Bizimesrş.az-ın araşdırmalarına görə, sözügedən layihənin icrası üçün keçirilən tenderin qalibi “M-House Construction” şirkəti olub. Bu məqsədlə dövlət büdcəsindən 1 milyon 430 min 142 manat 56 qəpik vəsait ayrılıb. Məbləğin böyüklüyü layihənin keyfiyyətli və uzunömürlü olacağına dair gözləntiləri artırsa da, reallıq tam əksini göstərib.

Belə ki, işlər başa çatdıqdan cəmi 3–4 ay sonra adı çəkilən ərazilərdə ciddi problemlər üzə çıxıb. Hasarlara vurulan üzlüklər qoparaq yerə tökülüb, bəzi hissələrdə isə divarlar tamamilə dağılmağa başlayıb. Sakinlərin sözlərinə görə, problem qısa müddətdə kütləvi xarakter alıb və bu vəziyyət gündəlik narazılığa səbəb olub.

Məsələ ilə bağlı yerli qurumlara, Lənkəran şəhər İcra Hakimiyyətinə müraciətlər edilsə də, verilən cavablar konkret olmayıb. Bildirilib ki, yaranmış problemlər aradan qaldırılacaq.

Lakin bu, əsas sualı cavabsız qoyur - milyonlarla vəsait xərclənən layihə niyə cəmi bir neçə ay ərzində yararsız hala düşüb?

Fotolar və müşahidələr problemin texniki səbəblərini də açıq şəkildə ortaya qoyur. Məlum olur ki, üzlük materialları divara standartlara uyğun şəkildə bərkidilməyib. Belə ki, istifadə olunmalı olan sement və xüsusi yapışdırıcı qat əvəzinə, divar altına müxtəlif tikinti tullantıları - qırıq plitə parçaları yerləşdirilib. Bu isə həm dayanıqlılığı azaldıb, həm də üzlüklərin qısa müddətdə qopmasına səbəb olub.

Mütəxəssislərin fikrincə, bu cür yanaşma tikinti normalarının kobud şəkildə pozulması ilə yanaşı, material xərclərinə “qənaət” adı altında vəsaitin mənimsənilməsi ehtimalını açıq aydın ortaya qoyub.

“M-House Construction” şirkəti ilə bağlı digər məqamlar da diqqət çəkir. Açıq mənbələrdə yer alan məlumatlara əsasən, şirkət regionda keçirilən bir çox abadlıq və tikinti tenderlərinin qalibi kimi çıxış edir. Eyni zamanda, şirkətin üzərində iri məbləğdə vergi borcunun olduğu və müxtəlif məhkəmə çəkişmələrində iştirak etdiyi barədə iddialar mövcuddur.

Qanunvericiliyə görə isə vergi borcu olan şirkətlərin dövlət tenderlərində iştirakı məhdudlaşdırılmalıdır. Bu baxımdan, belə bir şirkətin iri həcmli dövlət layihələrinin icrasına cəlb olunması əlavə suallar yaradır.

Baş verənlər fonunda böyük suallar hələ də cavabsız qalır - ayrılan vəsaitin xərclənməsinə kim nəzarət edib, işlərin keyfiyyəti niyə qəbul edilib, tender prosesində hansı meyarlar əsas götürülüb və ən əsası- bu vəziyyətə görə kim məsuliyyət daşıyır? Əslində bu sualın cavabı da var - Heç kim...

Lənkəranda baş verən bu hadisə bir daha göstərir ki, bəzi hallarda rəsmi hesabatlarda “uğurlu layihə” kimi təqdim edilən işlər reallıqda ciddi nöqsanlarla müşayiət olunur. Qısa müddətdə yararsız hala düşən milyonluq layihə isə təkcə texniki problem deyil, həm də idarəetmə və nəzarət mexanizmlərindəki boşluqların göstəricisidir. Yəqin ki, Lənkəran RİH başçısı Taleh Qaraşov “M-House Construction” şirkətinin sahibini də tanıyır, görülən işlərin nə qədər keyfiyyətli və keyfiyyətsiz olduğunu da bilir. Sadəcə olaraq həmişəki kimi susur. Sizcə niyə susur?

Bizimesr.az

Xəbər lenti

İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib
13:05
“Salyan Aqro Park”ı fermerlərin ödənişini vermir.. Yalçın Camalov subsidiya vermədiyi əsas gətirilir …. VİDEO
12:42
Başlıbel qətliamından 33 il ötür
11:44
Deputat Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma
11:03
"MAHAL MTK" 8 ildir sakinləri süründürür: Çıxarış yox, lift yox, mansartda qanunsuz mənzillər...
10:26
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
10:00
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
18:16
BŞİH-in Təmizlik İdarəsi 162 minə maşın təmir etdirəcək
17:53
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
17:19
Dövlət Reklam Agentliyi printerlərin icarəsinə 133 xərcləyəcək
16:14
AAYDA-nın İdarə rəisi niyə təşviş içindədir? - Nazim Eynallı dövlətə xidməti reklama çevirib- FOTO
16:00
Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar ...
15:27
Eldar Əzizovla Zaur Mikayılova sərt xəbərdarlıq edilib? - Təfərrüatlar
15:03
Əmlakları ilə Zakir Fərəcovu az qala kölgədə qoyurmuş - Baş memarın mülkləri
14:07
“OMD” xəstəxanasında direktoru Aynur Poluxovanın əməlləri araşdırıllcaq?
13:21
Bağça müdirəsi İlahə Xuduqızı avtomobilini belə idarə edir…
12:37
Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb
11:59
TKTA 255 nəfərin diplomunu niyə tanımadı?
18:36