“Mehduqulu xan”ın məktəb səltənəti – Təhsil yoxsa şəxsi imperiya?

Deyirlər, tarix təkrar olunur. Amma bu dəfə bir az fərqli formada – nə Qarabağ xanlığı var, nə xanlıq sistemi. Sadəcə var: 33 saylı Sumqayıt məktəbi və onun “özünü xan hesab edən” direktoru Mehdiqulu Aslanov.

2026-cı ilin fevral ayında aldığı “sonuncu xəbərdarlıq” və “şiddətli töhmət” adi direktor üçün son dayanacaq olmalı idi. Amma görünür, bəzi “xanlıqlar”da qaydalar fərqlidir – töhmət burada sanki fəxri fərman kimi qəbul olunur.

“Təhsil sistemi”nin yeni modeli: davamiyyət yox, abunə sistemi

Ənənəvi məktəbdə şagird dərsə gəlir, öyrənir, qiymət alır.
“Mehduqulu xan akademiyası”nda isə model daha innovativdir:

- 10-11-ci sinif şagirdləri üçün “aylıq paket”
- Dərsə gəlməmək azadlığı
- Bonus olaraq repetitorlara “rahat çıxış”

“Mehduqulu xan”ın məktəb səltənəti – Təhsil yoxsa şəxsi imperiya?

Bu model hələ Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənməsə də, məktəb daxilində uğurla tətbiq olunur.

Kadr islahatları Mehdiqulu Aslanovun nəzərində itaət edən yüksəlir anlayışı ilə qəbul ediləcək olmalıdır ki, elə bu səsbdəndə müavinlərin səlahiyyəti bir ələ cəmləşməsi onun yüksəlişinə təkan hesab edilir. Ən əsası isə yüksək söz sahibi olmasına tam səlahiyyət verilir. Bir növ Mehdiqulu müəllimin səlahiyyətli nümayındəsi timsalında.

Direktor müavini Əliağa Dadaşov vəzifədən uzaqlaşdırılır. Niyə?
Çünki görünür, sistemə “tam uyğunlaşa bilməyib”.

Əvəzində səhnəyə çıxır Pərvanə Cəfərova – məktəbin “universal icra mexanizmi”. Bu müəllimənin həyatında bir gün müəllimə işləmədiyi halda 25 saylı məktəbdən 33 saylıya transfer edilməsi və bunu hətta bankdan götürdüyü kredit sayəsində etdiyin dilə gətirən Pərvanə xanım necə olur ki, 6 saat Biologiya fənnindən dərs saatlarına sahib olur. Kredit sayəsində Mehdiqulu Aslanovun müavini olmaq şərəfinə nail olmsı hələ ağ günə çıxması sayılmadığından funksiyalarda təkamül edilməli versiyalara əl atılıb. Məsələn yuxarıda qeyd etdiyim kimi digər müavinində gücünü özünə toplamaqla cəmdə sıçrayış etməyə nail olmağı bacaran Pərvanə müəllimə bunu elə Mediqulu müəllimə borcludur.
Onun əsas funksiyaları:

- Müəllimlər arasında “panika idarəçiliyi”
- “Sinif toxunulmazlığı” üçün qeyri-rəsmi paketlərin təqdimatı
- Direktorun bütün qərarlarının sürətli icrası


Ən maraqlısı isə budur ki, pedaqoji təcrübəsi demək olar ki, yoxdur. Amma bu, “xanlıq sistemində” maneə sayılmır.

Pedaqoji şura yox, psixoloji təzyiq klubu?... BAX BU MARAQLI MƏQAMLARDAN BİRİDİR DESƏM YANILMARAM.

Məktəbdə pedaqoji şuralar nadir hallarda keçirilir. Keçiriləndə isə əsas gündəm belə olur:

- “Siniflər bağlanacaq”
- “Saatlar azalacaq”
- “Hazır olun...”


Bu isə müəllimlər arasında bir növ “təlatüm sunamisi” yaradır.
Ardınca isə “xilas paketi” təklif olunur – əlbəttə, müəyyən ödəniş qarşılığında.

Təhsildən fermaya: investisiya strategiyası

Deyilənə görə, məktəbdə qurulan bu “maliyyə mexanizmi” nəticəsində direktor İmişlidə fermer təsərrüfatını genişləndirir.

Beləliklə, təhsil sahəsi yeni iqtisadi istiqamət qazanır:
“Şagird → repetitor → ödəniş → fermer təsərrüfatı”

Bu modeli iqtisadçılar hələ araşdırmasa da, praktikada “işlək” olduğu görünür.

Böyük sual: görən yoxdur, ya görmək istəmir?

Abşeron-Xızı Regional İdarəsinə AÇIQ SUAL


Əgər hər şey qaydasındadırsa – bu qədər narazılıq haradan yaranır?
Yox əgər problemlər doğrudursa – niyə tədbir görülmür?

33 saylı məktəbdə baş verənlər klassik təhsil modelindən çox uzaqdır. Burada:

- Direktor “xan”
- Müavin “idarəçi”
- Müəllim “təzyiq altında”
- Şagird isə “müştəri” rolundadır


Belə bir mühitdə yüksək nəticə gözləmək doğrudan da bir az… fantastik janra yaxındır.

Bəlkə də yaxın zamanda bu məktəb yeni ad alar:
“33 saylı tam orta məktəb” yox, “Mehduqulu xan liseyi” 😏

Xəbər lenti

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH
18:45
Jaime Teixeiranın rəhbəri olduğu “Bravo”da çəki oyunu: Müştərilər belə aldadılır…..
18:13
Alibek Kurbanovun qorxu ssenarili oyunları... -İLGİNC İDDİALAR
17:33
Sabunçu İcra Hakimiyyəti: Məlumatımız yoxdur…. Amma Zabratda tikinti işləri aparılır -Videofakt
16:28
“Leyla Medical”da ŞOK – Koordinator HƏKİMLİK ETDİ
15:45
Neftçinin sağlamlığı qara qəpiyə də dəymirsə... - AXI NİYƏ?..
15:12
Türkan onu “əzənlərə” SƏSLƏNDİ - “Ayıbdır!”
14:26
Kamaləddin Qafarovun “Azəri Med”i “tender kralı”na çevrilib - 4 aya 16 milyon manatlıq müqavilə
13:39
Məzahir Qasımov rəsmən ÖZBAŞINA QALIB... - Yaşıllığı qorumaq əvəzinə YAŞILLIĞA QƏNİM KƏSİLİB...
13:02
“Tamstore”da endirim tələsi: İnsanlar BELƏ aldadılır – VİDEO
12:22
Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir –Ancaq Nuridə Məmmədova bilər…
11:36
Zakir Fərəcov Sumqayıtda piyada yollarını da obyektə çevirir? - VİDEO
11:09
Akademik Zərifə Əliyevanın anım günüdür
10:23
İsa Həbibəyli 170 min manat “Coffee break”, nahar və şam yeməklərinə xərcləyəcək
10:09
Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
09:40
 “Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT
09:06
NNS Klinika- Estetik Tibb Mərkəzi bağlandı: Qeydiyyatsız dərman istifadə faktı aşkar olunub
18:29
Əməkdar artistdən teatr cameasına SƏRT SÖZLƏR - “Onlara salam da vermirəm”
17:27