Neftçinin sağlamlığı qara qəpiyə də dəymirsə... - AXI NİYƏ?..

Gündəm / Cəmiyyət 15-04-2026, 15:12


"Aşağıda qeyd olunan məsələnin kökündə dayanan əsas problem sadəcə bir qida məhsulunun təminatı deyil, neftçinin həm maddi, həm də mənəvi haqlarına olan yanaşmanın göstəricisidir..." Bu barədə SOCAR rəhbərliyinə işçiləri adından ünvanlanmış müraciətdə deyilir. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə daha sonra bildirilir:
"Hörmətli Baş Ofis, dəniz obyektlərində çalışan sıravi işçilər üçün də aid oluna bilən peşəkarlığı yalnız öz adınıza çıxıb, maaş məsələsində sıravi işçini görməzdən gəlməyiniz bəs deyilmiş kimi, indi də son ümid yerimiz olan, sağlamlığımız üçün nəzərdə tutulan o bir qurtum südü kəsirsiniz. SAP kimi dünya səviyyəli, nəhəng bir sistemi idarə etməklə öyünənlər üçün dənizdə zəhərli qazlar udan işçinin süd sifarişini yerinə yetirmək nə qədər qlobal bir problemə çevrilib ki, aylardır bu məsələ həll olunmur? Nazirlər Kabinetinin qərarını kobud şəkildə pozaraq sıravi neftçinin haqqına girmək, əslində işçinin sağlamlığına və əməyinə verilən "dəyərin" acınacaqlı mənzərəsidir. Yerli rəhbərliyin bütün fədakarlığına rəğmən, mərkəzi idarəetmədə yaranan bu laqeydlik birbaşa dənizdəki ağır zəhməti ciddiyə almamaqdır.
​İndi sual olunur: bu müraciətdən sonra südlər paylansa belə, ötən 4 ayın zərərini necə kompensasiya edəcəksiniz? Qanunla nəzərdə tutulan gündəlik 0.5 litr südü dörd ay sonra toplu şəkildə vermək hansı tibbi məntiqlə izah oluna bilər? Zərərli maddələrin orqanizmdən çıxarılması gündəlik prosesdir; dörd ayın zəhərini bir neçə günə "normadan artıq" süd içməklə təmizləmək mümkün deyil. Üstəlik, öz halal haqqımız olan məhsulun evə aparılmasına qoyulan 5 litrlik gülünc limit nəyə xidmət edir? Əgər siz bir süd sifarişini aylarla gecikdirirsinizsə, peşəkarlıqdan danışmağa nə dərəcədə haqqınız çatır? Əgər SAP sistemi və ya təchizat zənciriniz bu qədər acizdirsə, o zaman idarələrdə inək-keçi təsərrüfatı yaratmağı nəzərdən keçirəsiniz bəlkə, ola bilər o zaman neftçinin sağlamlığını qorumaq mümkün oldu. Çünki bu yanaşma ilə siz sadəcə südü deyil, işçinin quruma olan son inamını da kəsirsiniz..."("DİA-AZ")

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56