“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər


“Protez-Ortopedik İstehsalat Və Reabilitasiya Mərkəzi” publik hüquqi şəxsi əlillərin reabilitasiyası üçün malların satınalınması üzrə başladığı açıq tender müsabiqəsinə yekun vurub və “ZN TRADE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 16.523.872,05 manat məbləğində satınaılma müqaviləsi bağladığını 20.04.2026-cü ildə dövlət satınalmalarının vahid internet portalında dərc edib. Müqavilənin icrasına 16.04.2026-ci ildən başlanılıb 30.12.2027-ci ildə bitiriləcək.

Qeyd edək ki, bunlar “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” ilə “ZN TRADE” MMC arasında bağlanan ilk müqavilələr deyil. Belə ki, Reabilitasiya Mərkəzi ilə şirkət artıq bir neçə ildir işbirliyindədir.

Əlillərin reabilitasiyası üçün malların satın alınması üzrə 6.110.690,69 manat məbləğində bir müqavilə 23.09.2025-ci ildə, 449.728,72 manat dəyərində bir müqavilə isə 19.03.2025-ci ildə bağlanılıb.

“Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” ilə “ZN TRADE” MMC arasında 2024-cü ildə isə ümumi dəyəri 35 253078 manat olan 3 satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, bunlar “ZN TRADE” MMC ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumlar arasında bağlanılan müqavilələrin bir hissəsidir. Onlara keçməzdən əvvəl MMC-nin qısa tarixini diqqətinizə çatdırmaq istərdik.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda “ZN TRADE” (VÖEN 2007592551) Məhdud Məsuliyyətli Cəmiyyəti 09.09.2022-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, OKSİGEN, ev 3/8, qanuni təmsilçisinin isə Kərimov Nüsrəddin Yolçu oğlu olduğu göstərilir.

Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi MMC 09.09.2022-ci il tarixdə dövlət qeydiyyatına alınıb. MMC dövlət qeydiyyatına alındığı tarixdən cəmi 11 gün sonra “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi”nin keçirdiyi qapalı (otaqda) və açıq məkanlarda istifadə üçün mexaniki təkərli və mühərrikli təkərli oturacaqların satınalması üzrə 3.758.808,58 dəyəri olan tenderin qalibi olub. Sonra isə, daha dəqiqi 09.03.2023-cü ildə MMC sözügedən mərkəzə 214.417,87 manat məbləğində təsərrüfat və dəftərxana malları alıb.

Qeyd edək ki, “ZN TRADE” MMC dövlət qeydiyyatına alındıqdan sonra yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumların keçirdiyi satınalmasının qalibi olub. Həm də hansısa konkret bir pretmetin təchicaçısı kimi yox, müxtəlif növ malların satınalamaları üzrə.

Məsələn, Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi 29.01.2026-ci ildə “ZN TRADE” MMC ilə dəftərxana mallarının satın alınmas üzrə 148.618,45 manat dəyərində müqavilə bağlayıb.

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi isə 16.09.2025-ci ildə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində, DOST Evi filialında müxtəlif mal, material və avadanlıqların satınalınması üzrə sözügedən MMC ilə 261.302,48 manat dəyərində müqavilə bağlayıb.

Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə Ümumilli Lider Heydər Əliyevə həsr ediləcək xatirə guşəsinin satınalınması üzrə “ZN TRADE” MMC ilə 13.838,27 manat dəyərində müqaviləni 11.08.2025ci ildə, dəftərxana mallarının satın alınması üzrə 73.380,83 manat dəyərində müqaviləni isə 24.06.2025-ci ildə bağlayıb.

Qeyd edək ki, MMC bunlarla yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumların həm təmizlik vasitələrinin və təsərrüfat mallarının, həm peşə hazırlığı ilə bağlı ləvazimatların, həm də çiçəkçilik və ağacəkmə mallarının təchizatçısı olub.

Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumların milyonlarla manat dəyərində tenderlərini “udan” bir MMC-nin barəsində mediada yayılan məlumatlardan donra rəsmi saytı yaradılıb. Saytda MMC-nin müxtəlif sahələr üçün keyfiyyətli məhsul və aavadanlıqların təchizatı üzrə ixtisaslaşmış şirkət olduğu gostərirlir. Bu sayın isə formal yaradıldığı elə ana səhifədən bəlli olur. “ZN TRADE” MMC-nin rəsmi saytında https://zntrade.az/contact.html göstərilən əlaqə nömrəsi tel: 090-080-0760, email:info@company.com, ünvan: 1020 New Mountain Street Forest Park, FP 11220 kimi göstərilib. MMC-nin qanuni təmsilçisi Nüsrəddin Kərimov haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Araşdırmalarımız zamanı məlum olub ki, adıçəkilən şəxs şirkəti təmsil etsə də, sahibi deyil.

Maraqlıdır, barəsində olan bir çox şübhəli məlumatlarla diqqət çəkən bu MMC-yə bu şəraiti kimlər yaradır? Təbii ki, bunu ilk olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində axtarmaq lazımdı. Çünki yuxarıda qeyd etdiyimiz kimi MMC ancaq bu nazirliyə tabeli qurumların sifarişlərini həyata keçirir.

Qeyd edək ki, mediada yayılan məlumatlarda şirkətin arxasında 14 aprel 2026-ci ildə TƏBİB-in İcraçı direktoru təyin edilmiş Anar Bayramovun durduğu iddia edilir. Anar Bayramov 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində işləyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri, son təyinata qədər, yəni 17 aprel 2025-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb. “ZN TRADE” MMC-nin yaradılması və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumların tenderlərini udması Anar Bayramovun sözügedən nazirlikdə yüksək vəzifə aldığı illərə təsadüf edir.

Qeyd edək ki, Prezidentin 7 fevral 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə Anar Əliyev təyin olunub. O, 30 oktyabr 2018-ci ilədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri olub. Həmin vaxtdan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çoxdan yüksək vəzifə tutduğunu nəzərə alsaq “ZN TRADE” MMC-nin arxasında kimlərin durduğunu Anar Əliyev daha yaxşı bilmiş olar.

Aktualinfo.net

Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA


Naxçıvanda 2018-ci ildən əvvəl istehsal olunan avtomobillərin taksi fəaliyyəti qadağan edilir. Sürücülərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, onlara avtomobillərinin fəaliyyətinin bloklanması ilə bağlı SMS-lər göndərilib.

Şikayətçilər bu işin arxasında taksi monopolistlərinin dayandığını, AYNA-nın isə buna göz yumduğunu iddia edirlər.

Sürücü Kamil Məhərrəmov deyir ki, bloklanma ilə bağlı aldığı SMS onun həyatını alt-üst edib:

“Evimi girov qoyub, 2015-ci il istehsalı olan maşın almışdım. 6 aydır taksi işləyirdim, həm ailənin dolanışığını təmin edirdim, həm də götürdüyüm kreditin aylığını qaytara bilirdim. İndi isə o qədər borcu necə qaytaracağam, ailəmi necə dolandıracağam?

Eşitdiyimizə görə, hansısa taksi şirkəti yeni maşınlar gətirib, burada kirayəyə verəcək. Bu qadağanı da ona görə qoyurlar ki, məcbur gedib onlardan kirayə götürək.

Kasıbın haradan beş qəpik qazancı var, dərhal əl qoyurlar. Bu monopoliyanın da arxasında yüksək vəzifəli məmurlar dayanır. 10 il əvvəl istehsal olunan avtomobil niyə taksi fəaliyyəti üçün köhnə sayılmalıdır? İndi onların gətirdiyi yeni maşınlar guya keyfiyyətlidirmi? Hamısı monopolistlərin oyunudur. Dövlət də onların tərəfindədir.”

Digər sürücü Ceyhun Qasımov isə iddia edir ki, bu qadağa Naxçıvanda satışa çıxarılan, lakin alıcı tapmayan avtomobillərin satışını təmin etmək üçün tətbiq olunur:

“Bakıdan Naxçıvana yeni maşınlar gətirmək mümkün deyil. Özlərinin gətirdiyi BDY elektrikli avtomobilləri var, bir də Naxçıvan Avtomobil Zavodunda istehsal olunan “Lifan” avtomobilləridir ki, keyfiyyətsiz olduqlarına görə onlara tələbat yoxdur.

Taksilərə qoyulan il qadağasında məqsədlərdən biri də bu avtomobillərin satışını təmin etməkdir. Qiymətlər də 30 mindən başlayır.

Yazıq taksi sürücüsü bu qədər pulu haradan tapıb bu keyfiyyətsiz maşınlara versin? Şəxsən mən 2010-cu il istehsalı olan “Mercedes”imi bu maşınlara dəyişmərəm.

Naxçıvanın yollarını bilirsiniz. Yeni maşınlar taksi kimi bu yollarda bir ay belə davam gətirə bilməz. Mən niyə öz “Mercedes”imi qoyub bunları almalıyam? Hamısı monopoliyadır, bizləri sıxışdırıb özləri qazanmaq istəyirlər.”

“Gündəlik Naxçıvan”

AzTV-də 60 min manatlıq qalmaqal - Sədr öz adamını işdən qovdu


Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı, xəbərlər departamentində prodüser vəzifəsində çalışan Vüsal Qaraca tutduğu vəzifədən istefa verib.
İstefa ərizəsi kanalın sədri Rövşən Məmmədovun tələbi ilə yazılıb və dərhal rəhbərlik tərəfindən qəbul edilərək imzalanıb.
V.Qaracanın istefasına səbəb kimi iş yoldaşlarının 60 min manatdan çox vəsaitini mənimsəmə ittihamı göstərilir. İddialara əsasən, o, iş yoldaşlarının adına külli miqdarda kreditlər götürüb və onları ödəməyib, bu da əməkdaşlar arasında ciddi narazılığa və münaqişəyə yol açıb. Məsələdən xəbər tutan sədr Rövşən Məmmədov dərhal V.Qaracanın vəzifəsindən uzaqlaşdırılması barədə göstəriş verib.

Əlavə edək ki, Vüsal Qaracanı AzTV-yə Rövşəm Məmmədov özü gətirib. Onlar hər ikisi əvvəl Lider TV-də işləyiblər. /32gun.az/

Leysan Məmmədovun oğlunun dostları ilə tender oyunu …..


Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən publik hüquqi şəxs tərəfindən elan edilən tender ətrafında ciddi suallar yaranıb. Tenderin qalibi kimi “ERA DESIGN GROUP” MMC-nin seçilməsi – 65 726 manatlıq və Ağdam rayonu ərazisində yerləşən Qərvənd kəndinin və Füzuli rayonu ərazisində yerləşən Qaraxanbəyli kəndinin xarici su suvarma sisteminin tikintisinin layihələndirilməsi müqavilənin-136.880 manatlıq birbaşa bağlanması açıq şəkildə qanunvericiliyin ruhuna və tələblərinə zidd görünür.Məlumata görə, müqavilə Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində yol yatağına düşən elektrik xətlərinin kənarlaşdırılması üzrə layihələndirmə və Ağdam rayonu ərazisində yerləşən Qərvənd kəndinin və Füzuli rayonu ərazisində yerləşən Qaraxanbəyli kəndinin xarici su suvarma sisteminin tikintisinin layihələndirilməsi işlərini əhatə edir. Lakin bu iş üzrə açıq tender prosedurunun keçirilməməsi və bir mənbədən satınalma metoduna əl atılması ciddi şübhələr doğurur. Mediatvaz.com xəbər verir ki,Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, məxfi məlumatlarla bağlı hallar istisna olmaqla, bütün satınalmalar yalnız elektron portal üzərindən həyata keçirilməlidir. Eyni zamanda, 49-cu maddə bir mənbədən satınalmanın yalnız istisna hallarda – alternativin olmadığı, təcili vəziyyət yarandığı və ya fövqəladə hallar baş verdiyi zaman tətbiq oluna biləcəyini açıq şəkildə göstərir. Bu halda isə nə fövqəladə vəziyyət var, nə alternativsiz layihə, nə də izah olunan təcili ehtiyac. Bəs onda bu “birbaşa müqavilə” hansı əsasla bağlanıb? Görünən odur ki, qanunun tələbləri ya məqsədli şəkildə gözardı edilib, ya da ümumiyyətlə nəzərə alınmayıb.Daha diqqətçəkən məqam isə odur ki,Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti Və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin İcraçı direktoru Leysan Məmmədov daha əvvəl də müxtəlif maliyyə pozuntularında gündəmə gəlib.Belə ki, ümumi dəyəri 25 milyon manatı keçən üç böyük dövlət müqaviləsinin “Platin” MMC-yə verilməsi ciddi suallar doğurmuşdu.
Rəsmi sənədlərdə şirkətin rəhbəri kimi İsfəndiyar Məmmədov göstərilsə də, iddialara görə real idarəetmə tamam başqa ünvanı göstərir. Bildirilir ki, bu milyonluq layihələrin arxasında duran əsas fiqur qurum rəhbərinin oğlu – Elnur Məmmədov hesab olunur. Bu isə artıq sadəcə şübhəli tender deyil – açıq şəkildə “ailə podratı” modelinin qurulması deməkdir. Dövlət vəsaitinin eyni çevrədə cəmlənməsi, formal rəhbərlərin arxasında gizlənən real şəxslərin olması isə korrupsiya risklərini daha da artırır.Ortada milyonlarla manatlıq vəsait, eyni adların təkrarlandığı müqavilələr və qapalı şəkildə idarə olunan bir şəbəkə var. Sual isə dəyişmir: bu pullar doğrudanmı dövlət üçün xərclənir, yoxsa müəyyən ailə dairəsinin nəzarətində bölüşdürülür? Bu isə məsələnin təkcə bir müqavilə ilə məhdudlaşmadığını, daha geniş sistemli problemlərin mövcud ola biləcəyini deməyə əsas verir.Əgər dövlət vəsaiti bu cür “seçilmiş” şirkətlər arasında bölüşdürülürsə, bu artıq sadəcə qanun pozuntusu deyil –müvafiq qanunlara meydan oxumaqdır.Aidiyyəti qurumlar susduqca isə suallar daha da artır: bu qərarın arxasında kim dayanır və niyə qanun yalnız kağız üzərində qalır?
Qarşı tərəfin cavab haqını tanıyırıq
Mediatvaz.com

Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir?


Davinçi klinikasında şəxsin həkim olmadan tibbi prosedurlar həyata keçirdiyi iddia olunur.


Xalq xəbər verir ki, bu barədə sosial platformalarda məlumat paylaşılıb.

Belə ki, paylaşılan məlumatda qeyd olunur ki, Cəmalə Rüstəmova adlı şəxs “Cəmilə Paşayeva” adı ilə Davinçi Estetik Klinikasında qeytiyyatçı kimi işə götürlsədə eyni zamanda estetik prosedurlar icra etdiyi iddia olunur. Belə ki ( üzgərmə, qaşqaldırma və s.) prosedurlara həyata keçirilməsi ilə bağlı iddialar var.

Davinçi Estetik Klinikasında çalışaraq safir_luxe_estetic sosial platformalarından isitfadə edərək pasiyent toplayıb qanunsuz estetik prosedurlar icra edir.

Qeyd olunur ki hal hazırda ifşa olunduğu üçün səhifələr deaktiv edilib lakin başqa hesablarla fəaliyyətini davam etdirir.


Məsələ ilə bağlı Davinçi Estetik Klinikasında heç bir açıqlama almaq mümkün olmadı. Aidiyyatı qurumlara sorğu göndərilib.


Mövzu ilə bağlı araşdırmalar davam edir.(Xalq.online)


Aidiyyatı qurumların və yazıda adları keçən şəxslərində fikirlərini dərc etməyə hazırıq.

Xəbər lenti

“Qəbələ” iki futbolçu ilə yollarını ayırdı
12:48
165 ailədən Kəmaləddin Heydərova MÜRACİƏT - "Çıxarış yoxdur deyə..."
12:14
Cənab Nəsirli də YAMAQÇILIQLA məşğuldur... - FOTOFAKT
11:38
Vəzifəli şəxs heç bir vəsait qoymadan “şərik” oldu, 380 min manatımı ələ keçirdi”
11:06
Burda dustaqlar AYLIĞA OTUZDURULUB… – ödəniş etməyən isə…
10:21
“Hünər-İnşaat”ın fəhlələrinə Zəngilanda maaşları verilmir?
09:49
Başçının yaman günə qoyduğu GORANBOY - BU NƏDİ BELƏ?
09:20
Rusiya Ukraynanı vurdu - Ölənlər var
08:55
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
18:47
 "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
18:10
ATB ilə ABB arasında itən vəsait - Əməliyyat uğurlu, amma pul yoxa çıxıb - Şikayət
17:38
Bakı-Tbilisi qatarı sosial layihədir, yoxsa kommersiya xidməti? - ADY niyə subsidiyalaşma istəmir?
17:06
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
16:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”...:Dövlət tədbiri adı ilə saxtakarlıq?!
15:52
Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib
15:17
Qida təhlükəsizliyində rəzalət - Məhsullar niyə yararlılıq tarixindən əvvəl xarab olur?
14:59
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib
14:29
Xətainin mərkəzində sirli tikinti - General Əliağa Şıxlinski küçəsində nə inşa edilir?
12:54