Bakı təhsil idarəsi MƏXFİ sistemə keçib?


Bakıda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin rəsmi internet səhifələrində son günlər diqqət çəkən dəyişiklik müşahidə olunur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi portalından məktəblərin fərdi saytlarına keçid edildikdə əvvəl mövcud olan məzmunun bir hissəsinin, xüsusilə məktəb rəhbərliyi və pedaqoji heyətin foto məlumatlarının artıq əks olunmadığı görünür.
Əvvəllər bu səhifələrdə direktorlar, müavinlər və müəllim heyətinin fotoşəkilləri ilə birlikdə təqdim olunan məlumatlar ictimaiyyət üçün məktəblərin tanınması və informasiya şəffaflığı baxımından mühüm hesab edilirdi.
Hazırda isə Bakı şəhərində fəaliyyət göstərən məktəblərin rəsmi saytlarında bu vizual məlumatlar tamamilə çıxarılıb.
Dəyişikliyin səbəbi ilə bağlı hələlik ictimaiyyətə rəsmi məlumat açıqlanmayıb.
Ancaq bu istiqamətdə müxtəlif ehtimallar irəli sürülür. Onların arasında texniki yenilənmə və ya saytların vahid formatda yenidən qurulması ilə bağlı proseslər, həmçinin şəxsi məlumatların qorunması və vizual məlumatların istifadəsinə dair daxili qaydalarda dəyişikliklər ehtimalları yer alır.
Eyni zamanda bəzi ekspertlər tərəfindən başqa bir ehtimal da gündəmə gətirilir.
İddialara görə, ayrı-ayrı təhsil müəssisələrinin fəaliyyətindəki nöqsanlarla bağlı mediada yayılan tənqidi materiallar zamanı direktor və pedaqoji heyətin foto məlumatlarının xəbər saytlarında və sosial şəbəkələrdə yayılmasının qarşısının alınması da mümkün səbəblər sırasındadır.
Lakin bu iddialar hələlik rəsmi şəkildə təsdiqlənməyib və hazırda yalnız ehtimal xarakteri daşıyır.
Editor.az
Facebook-da paylaş

Fərid Əhmədov “Tubzon”u Əhəd Abdiyevə həvalə etdi - Nə dəyişəcək?


Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə müvəqqəti rəis təyin olunub


Bizimesr.com bildirir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsinin rəisi vəzifəsinə müvəqqəti təyinat həyata keçirilib.


Məlumata görə, sözügedən vəzifə müvəqqəti olaraq Əhəd Abdiyevə həvalə olunub. Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov tərəfindən müvafiq əmr imzalanıb.


Qeyd edək ki, Əhəd Abdiyev bundan əvvəl Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında rəis müavini vəzifəsində çalışıb.


Penitensiar Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsi məhkumlar arasında “Tubzon” adı ilə tanınır. Uzun illərdir müəssisədə idarəetmə və məhkumların müalicəsi ilə bağlı müxtəlif problemlərin olduğu barədə iddialar səsləndirilir.


Keçmiş məhkumların və yaxınlarının səsləndirdiyi iddialarda müəssisədə bəzi xidmətlərin qeyri-rəsmi ödənişlər müqabilində həyata keçirildiyi, maddi imkanı olmayan şəxslərin müalicə ilə bağlı çətinlik yaşadığı bildirilir. Həmçinin xəstə olmayan bəzi şəxslərin uzun müddət müəssisədə saxlanıldığı barədə də fikirlər yer alır. Lakin bu iddialarla bağlı rəsmi qurumların mövqeyi açıqlanmayıb.


Diqqət çəkən məqamlardan biri isə müəssisəyə yenidən müvəqqəti rəhbər təyin edilməsidir. Bu hal penitensiar sistemdə sözügedən müəssisə ilə bağlı problemlərin tam həll olunmaması barədə müzakirələri dayandırmır.


Bizimesr.com

QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı


QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqəsinin nəticələri martın 12-də elan olundu. Adətən nəticələrin açıqlanmasından sonra təşkilatlar müqavilə prosedurlarını tamamlayır, bildirişlərini əldə edir və layihələrin icrasına başlayırlar. Lakin bu dəfə vəziyyət fərqlidir. Üzərindən iki ay keçməsinə baxmayaraq, çoxsaylı QHT-lər hələ də qrant bildirişlərini ala bilmirlər.

Yenixeberorg.com: Ən ciddi problem isə odur ki, layihələrin icra müddəti artıq faktiki olaraq başlayıb. Bir çox təşkilatlar fəaliyyət planlarını aprel ayına uyğun qurub. Təlimlər, seminarlar, tələbə və şagirdlərlə bağlı tədbirlər məhz yaz-yay aylarına hesablanmışdı. Amma mayın ortalarında belə vəsaitdən istifadə etmək mümkün deyil. Nəticədə QHT-lər ya layihələri kağız üzərində saxlamalı, ya da sonradan qısa müddətə sıxışdırılmış şəkildə həyata keçirməlidirlər.

Məsələ ilə bağlı QHT- lərə Dövlət Dəstəyi Agentliyinə müraciət edən təşkilatlara bildirilib ki, müqavilələr və zəruri sənədlər artıq hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunub. Hətta qeyd olunur ki, bildirişlərin verilməsinə nazirlikdə Güney adlı şəxs cavabdehdir və müraciətlər ona yönləndirilməlidir. Bu isə sualları daha da artırır.

Dövlətin özü tərəfindən ayrılmış qrantlarla bağlı bildirişin verilməsi niyə iki ay çəkir? Hazır sənədlərin hərəkəti niyə bu qədər ləngiyir?

Mövzu ilə bağlı "Yenixeberorg"a danışan ekspert bildirir ki, "ortaya çıxan mənzərə ondan ibarətdir ki, QHT- lərə Dövlət Dəstəyi Agentliyi məsuliyyəti öz üzərindən ataraq prosesi Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin üzərinə yönəldir. Nazirlik tərəfindən isə indiyədək ictimaiyyətə hər hansı əsaslandırılmış açıqlama verilməyib. Dövlət qurumları arasında koordinasiya problemi isə nəticədə vətəndaş cəmiyyətinin fəaliyyətinə zərbə vurur".

Əslində burada söhbət yalnız texniki gecikmədən getmir. Problem həm də planlaşdırmanın və idarəetmənin keyfiyyəti ilə bağlıdır. Bir aydan sonra məktəblər bağlanacaq, tələbə və şagird auditoriyası yay tətilinə çıxacaq. QHT-lər isə fəaliyyətləri ya təxirə salmalı, ya da 10-15 gün ərzində formal şəkildə keçirməyə məcbur qalacaqlar. Belə vəziyyətdə layihələrin keyfiyyətli icrasından danışmaq çətindir.

Digər tərəfdən, təşkilatlar sentyabr ayına tədbir saxlamaq istəmirlər. Çünki yeni qrant müsabiqəsi elan olunanda əvvəlki layihələrin başa çatdırılması tələb olunur. Beləliklə, dövlət qurumlarının yaratdığı bürokratik gecikmə QHT-ləri faktiki olaraq çıxılmaz vəziyyətə salır: ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı.

Material hazırlanarkən QHT- lərə Dövlət Dəstəyi Agentliyindəki mənbədən əldə etdiyimiz məlumata görə, bu gün Ədliyyə Nazirliyi tərəfindən xeyli sayda bildiriş təqdim olunub. Bu, müəyyən irəliləyiş sayıla bilər. Amma problemin tam həll edilmədiyi də etiraf olunur. Deməli, xeyli sayda təşkilat üçün qeyri-müəyyənlik hələ də davam edir.(Yenixeberorg.com)

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı –Həm də qanunu pozmaq yolu ilə


Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi tərəfindən Gömrük balansında olan tərəzilərin quraşdırılması üçün layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satınalınması üzrə 03.11.2025-ci ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “KON-LAY PROJECT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 50.976 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 04.05.2026-cı ildə dərc edilib.

Yenixeberorg.com: Şərtlər toplusuna görə MMC 28.04.2027-ci ilə qədər Sədərək tırpark, Sədərək Gömrük Postun, Şahtaxtı Gömrük Postu, Astara Modul tipli Dövlət Sərhəd Buraxılış məntəqəsi və Qırmızı Körpü Gömrük Postu ərazisində 1. Topoqrafiya 2. Geologiya 3. Memarlıq həlli 4. Konstruksiya 5. Texnologiya 6. Tikintinin təşkili 7. Elektrik təchizatı 8. Video müşahidə 9. Rabitə təchizatı 10. Ekspertiza layihənin müdafiəsi 11. Smeta sənədlərinin hazırlanması işlərini həyata keçirməlidir.

Qeyd edək ki, “Azərterminalkompleks” Birliyi tərəfindən nəzərdə tutulmuş layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satınalmasında ehtimal olunan qiyməti 111.285,39 manat müəyyən edilib.

Dövlət satınalmalarının portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi satınalan təşkilat olaraq “Azərterminalkompleks” Birliyinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “KON-LAY PROJECT” MMC-nin təklif etdiyi qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “Azərterminalkompleks” Birliyi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, hətta 50 faizdən də aşağı qiymət təqdim etmiş “KON-LAY PROJECT” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Burada maraqlı başqa bir durum da var. Yuxarıda qeyd etdiyimiz kimi, bu məlumat satınalmaların portalında 04.05.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, bu müqavilə bağlandıqdan bir neçə gün sonra, daha dəqiq 13.05.2026-ci ildə satınalmaların portalında yeni məlumat dərc edilib. Nəzarət orqanı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliy tərəfindən “KON-LAY PROJECT” MMC sənəd saxtalaşdırdığına görə 12.05.2026-ci il tarixdən etibarsız təchizatçılar siyahısına alınıb.

Nəzarət orqanı tərfindən etibarsız təchizatçılar siyahısına salınmış MMC barədə daha nə kimi məlumatlar var?

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KON-LAY PROJECT” (VÖEN: 1301807111) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 07.11.2008-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, HƏSƏNBƏY ZƏRDABİ PR., ev.78, m.20, qanuni təmsilçisinin isə Həsənov Anar Əzimxan Qasımov Xalid Ağamalı oğlu olduğu qeyd edilib.

MMC-nin instagram sosial şəbəkə hesabında sənaye və mülki binalarının memarlıq və layihələndirilməsi, interyer və eksteryer dizayn, landşaft, smeta, gtəmir-tikinti işləri ilə məşğul olduğu göstərilir.

Medianın 2014-cü ildə yaydığı məlumata görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakıdakı bəzi çoxmərtəbəli binaların qanunsuz tikintisinə etiraz əlaməti olaraq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı meriyasına müraciət edərək bildirib ki, tikintisinə yeni başlanılmış bəzi obyektlərin tikinti layihələrinin tərkibi mövcud norma və standartların tələblərinə cavab verməsə də, həmçinin həmin obyektlərin ərazidə yerləşdirilməsi şəhərsalma baxımından əsaslandırılmasa da, tikinti layihələri şəhər memarlıq xidməti tərəfindən razılaşdırılıb. Komitə göstərilən obyektlərin layihələrində müvafiq dəyişikliklərin aparılmasını və yaxud bu obyektlərdə tikinti işlərinin müvafiq qaydada dayandırılmasını xahiş edib.

Eyni zamanda layihəçilərə “Kon-Lay Project” MMC və digər layihəçi şirkətlərə xəbərdarlıq edilib ki, bir daha şəhərsalma reqlamentinin pozulması ilə sifarişçinin arzusuna uyğun olaraq tikinti obyekti layihələndiriləcəyi təqdirdə onların lisenziyası müvafiq qaydada dayandırılacaq.

Göründüyü kimi, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi həm şəhərsalma reqlamentinin pozulması ilə sifarişçinin arzusuna uyğun olaraq tikinti obyekti layihələndirən, həm də sənəd saxtalaşdıran bir MMC ilə ehtimal qiyməti 50 faizdən də aşağı olan satınalma müqaviləsi bağlamışdır

Qeyd edək ki, “Kon-Lay Project” MMC 2025-ci ildə bəzi dövlət qurumları tərəfindən keçirilmiş 25 satınalmanın qalibi olub. Mediada MMC-nin qalibi olduğu satınalmalarda şübhəli məqamların olduğu iddia edilir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti ilə Xocavənd rayonunun Hadrut, Sos, Tağaverd, Qırmızı Bazar qəsəbəsi, Quzey Xırman və Xanoba kəndlərinin fərdi yaşayış evlərinin əsaslı təmir işlərinin layihələndirilməsi üzrə 2.417.831,8, Füzuli rayonu ərazisində yerləşən Dövlətyarlı kəndinin layihəsinə əlavə və dəyişikliklərin edilməsi üzrə 358.838, Dövlətyarlı kəndi ərazisində “Ağıllı kənd”in tikintisinin 1-ci mərhələsi üzrə tikinti işlərinə müəllif nəzarəti xidmətinin aparılması üzrə isə 257.830 manat dəyərində 3 müqavilə bağlayıb.

İndi kim zəmanət verə bilər ki, “Kon-Lay Project” MMC daha əvvəllər də qalibi olduğu satınalmalarda sənəd saxtalaşdırmayıb, tenderləri danışıq yolu ilə əldə etməyib?

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin rəisi Kənan Aşurludur. Kənan Aşurlu uzun illər Fövqəlada Hallar Nazirliyində işləyib. O, 2019-cu ilin sonunadək Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb. 2022-ci ilin avqust ayında “Azərterminalkompleks” Birliyinə rəhbər təyin olunub. 2024-cü ilin yanvarında Prezident İlham Əliyevin Sərəncamına əsasən gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Xatırladaq ki, Kənan Aşurlu 2022-ci ilin iyunun 20-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində saxlanılmış gömrük general-mayoru Ehtiram Xəlilovun yerinə təyin edilib.

2026-ci ilin aprelində Hesablama Palatasının audit hesabatında “Azərterminalkompleks” Birliyində maliyyə və uçot pozuntuları aşkarlandığı bildirilir. Hesabatda yazılıb ki, “2023-cü ildə digər pozuntu isə Komitənin Yasamal rayonu, İnşaatçılar prospekti 2 ünvanında yerləşən yeni inzibati binasının tikintisi ilə bağlı müəyyən edilib.

Belə ki, “Azərterminalkompleks” Birliyi tərəfindən Komitənin yeni inzibati binasının tikintisi çərçivəsində bağlanılmış müqavilələr üzrə aparılmış hesablaşmalarda kapitallaşdırılmalı olan dəyər 17 milyon 988,8 min manat olduğu halda, maliyyə uçotu sənədlərində bu məbləğ 2 milyon 733,9 min manat az əks etdirilib. Binanın tikintisi üzrə əvvəlki təchizatçılarla bağlanmış müqavilələrin icra olunmayan hissəsinə görə sonrakı təchizatçı ilə bağlanılmış müqavilələrin tərkibində iki müqavilə üzrə bəzi işlərin qiymətləri də artırılıb. Nəticə olaraq xərclər şişirdilib”- məlumatda deyilir.(aktualinfo.net)

Xəbər lenti

Burda dustaqlar AYLIĞA OTUZDURULUB… – ödəniş etməyən isə…
10:21
“Hünər-İnşaat”ın fəhlələrinə Zəngilanda maaşları verilmir?
09:49
Başçının yaman günə qoyduğu GORANBOY - BU NƏDİ BELƏ?
09:20
Rusiya Ukraynanı vurdu - Ölənlər var
08:55
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
18:47
 "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
18:10
ATB ilə ABB arasında itən vəsait - Əməliyyat uğurlu, amma pul yoxa çıxıb - Şikayət
17:38
Bakı-Tbilisi qatarı sosial layihədir, yoxsa kommersiya xidməti? - ADY niyə subsidiyalaşma istəmir?
17:06
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
16:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”...:Dövlət tədbiri adı ilə saxtakarlıq?!
15:52
Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib
15:17
Qida təhlükəsizliyində rəzalət - Məhsullar niyə yararlılıq tarixindən əvvəl xarab olur?
14:59
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib
14:29
Xətainin mərkəzində sirli tikinti - General Əliağa Şıxlinski küçəsində nə inşa edilir?
12:54
“Marin Group” şirkətindən şikayət: Mənzillərimizi təhvil vermirlər….
12:27
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb
11:53
Maştağada bu tikintiyə hansı şərtlərlə icazə verilib?
11:29
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
10:59