Qubanın Qəçrəş kəndində meşəlik ərazidə ağacların kütləvi kəsildiyi iddia olunur (Video)


Qubanın Qəçrəş kəndində meşəlik ərazidə ağacların kəsilməsi ilə bağlı qaynar xəttimizə məlumat daxil olub.

Ərazidə apardığımız çəkiliş zamanı həqiqətən də çoxsaylı ağacların kəsildiyi, bəzi yerlərdə isə meşə örtüyünün seyrəldiyini müşahidə etdik.

Xəzər TV bildirir ki, skinlər deyirlər ki, əvvəllər sıx meşəlik olan ərazidə indi ağacların kəsilməsi nəticəsində mənzərə tamamilə dəyişib.

İddiaya görə, ərazidə meyvə ağacları da olub.

Ərazinin sahibi olan Kamil Güləliyevi də tapdıq.

O, bildirdi ki, adıgedən ərazi onun şəxsi mülkiyyətidir və çıxarışı var. Onun sözlərinə görə, ərazidə meyvə ağacları olub və ev tikmək üçün kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Quba-Qəçrəş yolunun Qudyalçay sahilində ağacların kəsilməsi faktı nazirliyin regional qurumlarının əməkdaşları tərəfindən aşkar edilib, sözügüdən ərazinin meşə fonduna aid olmayan seyrək ərazi olduğu müəyyənləşdirilib.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan isə bildirilib ki, Qəçreş kəndi ərazisində ağackəsmə faktı ilə bağlı rayon polis şöbəsində prosessual araşdırmalara başlanılıb.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

VİDEO LİNKDƏ: https://aktualinfo.net/2026/08/13/qubanin-q%c9%99cr%c9%99s-k%c9%99ndind%c9%99-mes%c9%99lik-%c9%99razid%c9%99-agaclarin-kutl%c9%99vi-k%c9%99sildiyi-iddia-olunur-video/

Putin Kuril adalarına getdi - Yaponiyadan etiraz


Rusiya Prezidenti Vladimir Putin ilk dəfə olaraq dövlət başçısı kimi Kuril adalarına səfər edib.

Səfər çərçivəsində Putin arxipelaqın ən böyük adası olan İturup adasında olub.

Bildirilib ki, bu, Rusiya Federasiyası tarixində prezidentin Kuril adalarına ikinci gəlişidir. Daha əvvəl Dmitri Medvedyev 2010-cu ildə prezident olarkən Kuril adalarına yollanıb.

Yaponiya Xarici İşlər Nazirliyi (XİN) Rusiya liderinin Cənubi Kuril adaları qrupuna daxil olan İturupa səfəri ilə bağlı bəyanat yayıb.

“Bu gün biz Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri barədə xəbər aldıq. Yaponiya bu səfərlə bağlı qətiyyətli etirazını bildirir”, - bəyanatda deyilir.

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Yaponiya və Sovet İttifaqı arasında mübahisəli Cənubi Kuril adaları ilə bağlı sülh müqaviləsi imzalanmayıb. Rusiya 2022-ci ildə Yaponiyanın Ukrayna müharibəsi səbəbindən sanksiyalar tətbiq etməsi ilə əlaqədar olaraq bu məsələ üzrə danışıqları davam etdirməkdən imtina edib. Moskva həmçinin Cənubi Kuril adalarında birgə iqtisadi fəaliyyətin qurulmasına dair dialoqdan da çıxdığını elan edib. Yaponiya Cənubi Kuril adaları qrupuna daxil olan 4 adanı özünün “şimal əraziləri” adlandırır.

Saleh Məmmədovun kadrları Vüsal Nəsirli ilə birləşdi – ARAŞDIRMA


Məlum olduğu kimi, bir müddət əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişikliyi həyata keçirilib.

Uzun müddət qurumda kök salmış Saleh Məmmədov işdən çıxarılaraq, Vüsal Nəsirli ilə əvəzlənib. Bu təyinatdan sonra belə bir rəy yaranmışdı ki, Nəsirli qurumda illərdir yığılıb qalmış problemləri həll etməyə çalışacaq. Çünki Saleh Məmmədov öz adamlarını Agentliyin ən kiçik postlarından tutmuş, ən yüksəyinə qədər hər yerə yerləşdirmişdi. Hətta iş o yerə çatmışdı ki, AAYDA-nın tabeliyində olan Yol İstismarı İdarələrinin rəhbərləri ya vergi borcuna görə, ya da törətdikləri qanunsuz əməllərə görə, ölkədən çıxışlarına yasaq qoyulmuşdu.

Qeyd edək ki, Məmmədovun kadrları gündəmə təkcə bu mövzularla deyil, həmçinin vəzifəli şəxslərin övladlarına bahalı toyları, həmçinin bahalı maşın kolleksiyaları ilə də gəlmişdilər. Mediada yayılan xəbərlərdən də aydın olurdu ki, Agentlikdə çalışan vəzifəlilərin işi heç də tutduqları vəzifənin haqqını vermək yox, sakit şəkidlə büdcədən ayrılan vəsaitləri talamaq olub. Çünki başqa şəkildə belə bahalı toy etmək və ya maşın kolleksiyasına sahib olmaq mümkün deyildi.

Tribuna.az bildirir ki, Saleh Məmmədovun işdən çıxarılmasının əsas səbəblərindən biri Maliyyə Nazirliyinin keçirdiyi yoxlama olub. Həmin yoxlamalar zamanı milyonlarla manatın talan edildiyi və mənimsənildiyi üzə çıxmışdı. Bu, təkcə AAYDA-nın rəhbərliyində təmsil olunanlara deyil, elə yerli Yol İstismarı İdarələrinin rəhbərlərinə də şamil edilmişdi. Qeyri-rəsmi məlumatlarda iddia olunurdu ki, təkcə, Saleh Məmmədovun 700 milyon manat büdcə vəsaitini mənimsədiyi yoxlamalar zamanı üzə çıxıb.

Qayıdaq, Vüsal Nəsirlinin kadr siyasətinə. İlk gün Nəsirli rəhbəri olduğu qurumda optimallaşdırma aparacağını vəd etdi. Belə ki, o, yerli yol istismarı idarələrini birləşdirərək, onları regional idarələr şəklinə saldı. Bundan başqa, Bakı şəhəri üzrə 20-yə yaxın MMC-ni ləğv edərək, onları 5 idarənin tabeliyinə verdi. Bura qədər təbii ki, qulağa xoş gəlir. Lakin sonradan atılan addımlar göstərdi ki, ortada optimallaşdırmadan yox, başqa mətləblərdən söhbət gedir.

Tribuna.az-ın apardığı araşdırma zamanı məlum olub ki, AAYDA-nın təkcə Bakı üzər həyata keçirdiyi birləşdirmədən sonra Araz Bəndəliyev, Fazil Musayev, Vüqar Nuriyev və Zaur Həsənov vəzifə başına keçirilib. Bəs, bu adamlar kimlərdir?

İşin maraqlı tərəfi odur ki, AAYDA-da Maliyyə Nazirliyi yoxlama apardığı zaman bu adamlar vəzifəyə təyinat alıblar. Halbuki onların bir çox evlərində oturub, həbslərini gözləyirmişlər. Çünki yoxlamalarda bu adamların da ciddi şəkildə adları keçirmiş. İkinci maraqlı məqam odur ki, adı yoxlamalardakı əyintilərdə keçənlərdən biri Kamran Əzizov olub.

Məlumata görə, AYYDA-nın Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi olan Əzizov yoxlamalar gedən zaman gözlənilmədən Vüsal Nəsirlinin müavini təyin edilib. Elə bununla da köhnə kadrların tale üzünə gülməyə başlayıb. Çünki cənab Əzizov köhnə dostlarının təqdimatını Nəsirliyə verməklə, onları bəlalardan hifz etməyə nail olub.

Məsələnin üçüncü qəribə tərəfi isə odur ki, Kamran Əzizov 2.5 milyon manat vergi borcu olan və ölkədən çıxışına qadağa qoyulmuş şəxsə vəzifə verib. Hərçənd bu adamın vəzifə başında qalması belə mümkün olmamalıydı. Və o, gedib lazım olan qurumun qarşısında cavab verməliydi.

Görünən və bilinən odur ki, Vüsal Nəsirli də Saleh Məmmədovun yolunu getmək qərarı verib. Əks halda, Saleh Məmmədovun kadrlarını başa çəkib, köhnə qaydaların qalmasına razı olmazdı.

Yazıda adları çəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.

Bizimesr.media

Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31