'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"


"31.08.2026 tarixində saat 09:00-dan 11:30-a qədər — tam 2 saat 30 dəqiqə — klinikanızda heç bir əsaslı səbəb olmadan növbədə gözlədilmişəm..."
Bu barədə Sağlam Ailə klinikasının rəhbərliyinə ünvanlanmış müraciətdə giley olunur.

Narazı vətəndaş daha sonra bildirir: "Baş verənləri ardıcıllıqla qeyd edirəm:
1. Əvvəlcə qeydiyyat üçün 4-cü mərtəbəyə yönləndirildim. Orada Visa kartı üzrə check-up-a aid 50% endirimdən istifadə edəcəyimizi açıq şəkildə bildirdik. Qeydiyyat işçisi telefonu alıb endirimə baxdı, lakin bunu sənədə qeyd etmədi.
2. Bundan xəbərsiz olaraq təxminən 1 saat gözlədik. Kassaya düşdükdə kassir sənədin səhv tərtib olunduğunu bildirdi və bizi yenidən girişdəki qeydiyyata göndərdi.
3. Qapıdakı qeydiyyatda isə vəziyyəy daha pisdi xanım işi bilmir qeydiyyat ilə kassa arasında 4 dəfə get-gəl etmək məcburiyyətində qaldım. Hər dəfə yeni bir səhv üzə çıxdı: bir dəfə ümumi qan analizi sənədə salınmamışdı, digər dəfə D vitamini testi yazılmamışdı.
4. Səhv yalnız 2 saat 30 dəqiqədən sonra düzəldildi.
Qeyd etmək istəyirəm ki, analizlərə görə ac-susuz gəlmişdim və iş yerimdən yarım saatlıq icazə götürmüşdüm. İşçilərin səriştəsizliyi və məsuliyyətsizliyi ucbatından həm iş vaxtımı itirdim, həm də ciddi stress və əsəb gərginliyi yaşadım.
Bu, təsadüfi bir nöqsan deyil — qeydiyyat və kassa arasında işin təşkilində sistemli problemin göstəricisidir.
Şikayət etsək də, "menecer" adi ilə uşağı göndəriblər, axırda məlum olur ki, hansısa şöbədə mütəxəssisdir. Çox rəzil bir durum!"("DİA-AZ")

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

Qırğızıstanın paytaxtı Bişkek şəhərində sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

Söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı vurğulanaraq, bütün istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsindən məmnunluq ifadə olundu.

Azərbaycan və Türkiyənin "Bir millət, iki dövlət" prinsipinə uyğun olaraq həm xoş, həm də çətin günlərdə daim bir-birinin yanında olduğu xüsusi qeyd edildi.

Görüşdə regional sülhün və sabitliyin daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlət başçıları müttəfiqlik əlaqələrin perspektivlərini, regional gündəmi və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə etdilər.

09:34

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

Bu barədə "Report"un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir.

Pensiyalarda artım oldu: 594 manat nədir? – DETALLAR


Xəbər verdiyimiz kimi, Azərbaycanda aylıq pensiyaların orta məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594,4 manata çatıb.

Bəs pensiyalardakı bu artım vətəndaşların sosial rifahına nə dərəcədə təsir edir? Mövcud məbləğlər hazırkı yaşayış xərcləri fonunda kifayət edirmi?

Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib ki, bu artım müsbət haldır:

“Lakin nəzərə almaq lazımdır ki, orta pensiya bütün pensiyaçıların məhz bu məbləği aldığı anlamına gəlmir. Hazırda minimum pensiya 320 manatdır və pensiyaların əhəmiyyətli hissəsi orta göstəricidən aşağıdır. Eyni zamanda, müxtəlif dövlət vəzifələrində və yüksək əməkhaqqı olan sahələrdə çalışmış vətəndaşlar daha yüksək pensiya alırlar. Nəticədə yüksək və aşağı pensiyaların ümumi riyazi ortalaması 594 manat 40 qəpik təşkil edir. Hazırda orta aylıq əməkhaqqının 1000 manatdan yüksək olduğunu nəzərə alsaq, orta əməkhaqqı ilə orta pensiya arasındakı fərqin azalması məqsədəuyğun olardı. Bu, pensiyaçıların sosial vəziyyətinin yaxşılaşmasına da müsbət təsir göstərə bilər”.

İqtisadçı bildirib ki, pensiyaların artımını qiymətləndirərkən yalnız nominal artıma deyil, ərzaq, dərman, qeyri-ərzaq məhsulları, yanacaq və digər zəruri xərclərin qiymətlərindəki dəyişikliklərə də diqqət yetirmək lazımdır:

“Əgər qiymət artımı pensiyaların artım tempini üstələyirsə, nominal artımı əhalinin real rifahının yüksəlməsi kimi qiymətləndirmək mümkün deyil. Bu baxımdan sosial rifahın yaxşılaşdırılması üçün bir sıra addımların atılmasına ehtiyac var. İlk növbədə minimum əməkhaqqının 400 manatdan 660 manata, yəni orta aylıq əməkhaqqının təxminən 60 faizinə qədər artırılması məqsədəuyğun olardı. Eyni zamanda, pensiya yaşında olan vətəndaşların pensiyalarının minimum əməkhaqqı səviyyəsinə yaxınlaşdırılması vacibdir”.

Ekspertin sözlərinə görə, hazırda aylıq istehlak səbətinin təxminən 300 manat səviyyəsində müəyyənləşdirilməsi real xərcləri tam əks etdirmir:

“Mövcud qiymətləri nəzərə alsaq, bir nəfərin minimum səviyyədə yaşaması üçün zəruri xərclərin təxminən 600 manat civarında qiymətləndirilməsi daha real görünür. Buna görə də həm minimum pensiyanın, həm də minimum əməkhaqqının artırılmasına ehtiyac var. Digər tərəfdən, minimum əməkhaqqı ilə çalışan bəzi vətəndaşlar özəl müəssisələrdə əmək müqaviləsində göstəriləndən əlavə gəlir əldə edir və bu vəsait müəyyən hallarda nağd şəkildə ödənilir. Bu isə vergidən yayınma hallarına səbəb ola bilər.

Bütün hallarda orta pensiya məbləğinin artması müsbət göstərici olsa da, onun vətəndaşların gündəlik həyatına real təsirini qiymətləndirmək üçün qiymət artımının səviyyəsi də nəzərə alınmalıdır. Buna görə də həm minimum pensiyanın artırılması, həm də istehlak səbətinin hesablanması mexanizminə yenidən baxılması vacibdir”.

Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...


Nabranda “Palermo” adlı klubda göstərilən xidmət və qiymətlərlə bağlı sosial şəbəkədə narazılıq ifadə olunub.
Bu barədə Nigar Əmirbəyova sosial media hesabında paylaşım edib.
O, paylaşımında obyektin müştərilərə təqdim etdiyi hesabda depozit məbləğinin göstərilməsini və masaya təqdim olunan məhsulların qiymətlərini tənqid edib. Nigar Əmirbəyova xüsusilə qarpızın qiymətinə diqqət çəkərək, onun 35 manata hesablandığını bildirib. Xanım Əmirbəyova təqdim olunan qarpızın vəziyyətinin də qənaətbəxş olmadığını iddia edib.

“Camaatı yoxlamağın məncə son stadiyası...” ifadəsi ilə başlayan paylaşımda hesabın içində depozit məbləğinin göstərilməsi də sual altına alınıb.
Müəllif eyni zamanda Nabranın “Palermo” klubunu və ümumilikdə turizm obyektlərini xidmət səviyyəsinə görə tənqid edərək, restoran, kafe və klublara nəzarət məsələsinin diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. Paylaşımda, həmçinin, turizmin inkişafından danışıldığı halda bəzi obyektlərdə müştəriyə göstərilən xidmət və qiymət siyasətinin narazılıq doğurduğu qeyd olunub.

Bizimesr.media

Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...


Vətəninfo.az-ın redaksiyasına Naxçıvan Muxtar Respublikası Babək rayonunun tanınmış təhsil ocaqlarından olan Sirab kənd tam orta məktəbində son illər baş verən qanunsuzluqlar, özbaşınalıqlar və ciddi hüquqpozmalarla bağlı məlumatlı mənbələrdən şokeedici iddialar daxil olub.
İllərdir yüksək nəticələri və nümunəvi nizam-intizamı ilə seçilən məktəbin bu gün yarıtmaz idarəçilik ucbatından anarxiya və zorakılıq mərkəzinə çevrildiyi bildirilir.
Mənbənin iddiasına görə, məktəb rəhbərliyinin şagirdlərə qarşı tətbiq etdiyi fiziki şiddət artıq idarəolunmaz həddə çatıb və bir çox insidentlər polisin müdaxiləsi ilə nəticələnib.
Daxil olan məlumatda qeyd olunur ki, direktorun təzyiqlərinə dözməyən məktəblilərin etirazları zamanı ciddi vandallıq halları yaşanıb: direktorun döydüyü şagirdlərdən biri qəzəbindən məktəbin həyətindəki şam ağaclarını və elektrik dirəklərini yerindən çıxarıb. Başqa bir halda isə attestat verilməməsi və döyülməsi səbəbindən şagird bir neçə sinif otağının qapısını sındıraraq etirazını bildirib.

Məlumatda həmçinin ötən il dərslər zamanı yuxarı sinif şagirdləri arasında baş verən bıçaqlı dava məsələsinin də ört-basdır edildiyi iddia olunur. İddiaya görə, insidentdə adı keçən şagirdlərdən birinin məhz dərs hissə müdirinin xalası oğlu olması məsələnin tez-tələsik barışıqla bağlanmasına səbəb olub.
Bundan əlavə, məktəbə adı verilən şəhid Nüsrət Məmmədovun xatirəsinə hər il mayın 18-də keçirilən anım tədbirinin son 4 ildə keçirilmədiyi, əvəzində isə anım günündən bir gün sonra direktor və dərs hissə müdirinin özlərinə təntənəli ad günü təşkil etdikləri bildirilir. Müəllimlərdən bu məqsədlə məcburi pul yığıldığı və pulların bölgüsündə narazılıq yarandığı da iddialar arasındadır.
Redaksiyamıza daxil olan son məlumata görə, iyun ayının sonunda direktorun yenə bir şagirdə qarşı tətbiq etdiyi fiziki şiddət böyük insidentlə nəticələnib.
Döyülən şagirdin qəzəbi nəticəsində məktəb daxilində Ulu Öndər Heydər Əliyevin şəklinin olduğu şərəf lövhəsinin dağıdıldığı, sinif qapılarına vurulan şəhid şəkillərinin qoparılaraq yerə atıldığı bildirilir. Hadisə zamanı dərs hissə müdirinin ölkədə olmadığı qeyd olunur.

Mənbə həmçinin məktəbdə əmək hüquqlarının pozulduğunu, gecə nəzarətçilərinin qanunsuz olaraq saat 18:00-dan axşam saat 02:00-dək işlədildiyini, nəticədə saat 02:00-dən səhərə qədər məktəb binasının nəzarətsiz qaldığını vurğulayır.
Valideynlərin və ictimaiyyətin ciddi narahatlığına səbəb olan bu iddialarla bağlı Naxçıvan Təhsil Nazirliyindən münasibət öyrənməyə çalışacağıq. Mövzu diqqətimizdədir.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56