Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək


Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi 2026 ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin və uçuş intensivliyinin artacağı gözlənilir.

Bu barədə "Report"a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Bildirilib ki, artan sərnişin axınının çevik idarə olunması, əməliyyat proseslərinin fasiləsizliyi və xidmətlərin operativ təşkili məqsədilə aeroport 19–27 sentyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu dövrdə sərnişinlərin rahatlığı və xidmətlərin davamlılığının təmin edilməsi üçün müvafiq struktur bölmələrin fəaliyyəti gücləndiriləcək.

Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarış proqramı 24–26 sentyabr tarixlərində keçiriləcək. Yarış həftəsi ərzində paytaxtda nəqliyyat axınının intensivləşməsi və mümkün hərəkət məhdudiyyətləri nəzərə alınaraq, sərnişinlərə hava limanına səfərlərini əvvəlcədən planlaşdırmaq və uçuş üçün kifayət qədər əlavə vaxt nəzərdə tutmaq tövsiyə olunur.

Səfərin daha rahat və maneəsiz təşkili üçün sərnişinlərə aşağıdakı tövsiyələr verilir:

• Hava limanına əvvəlcədən gəlmək: qeydiyyat, baqaj təhvili və təhlükəsizlik prosedurlarının vaxtında tamamlanması üçün səfərinizi əlavə vaxt nəzərə alaraq planlaşdırın.

• Onlayn qeydiyyat və özünəxidmət imkanlarından istifadə etmək: aviaşirkət tərəfindən təqdim olunduğu halda, onlayn qeydiyyat, self check-in və baggage drop-off xidmətlərindən istifadə etməklə qeydiyyat prosesini daha sürətli tamamlaya bilərsiniz.

• Uçuş məlumatlarını öncədən yoxlamaq: uçuş statusunu və hansı terminaldan həyata keçiriləcəyini elektron bilet, aviaşirkətin rəsmi saytı və digər rəsmi kanallar vasitəsilə dəqiqləşdirin.

• İctimai nəqliyyatdan istifadə etmək: şəxsi avtomobilə alternativ olaraq "28 May" metro stansiyası ilə hava limanı arasında fəaliyyət göstərən Aeroexpress ictimai nəqliyyat xidmətindən yararlana bilərsiniz.

• Parklanma qaydalarına riayət etmək: nəqliyyat vasitələrini yalnız müəyyən edilmiş parklanma ərazilərində saxlayın, sərnişinlərin düşürülməsi və götürülməsi üçün isə xüsusi drop-off/pick-up zonalarından istifadə edin. Parkinqdən istifadənin ilk 15 dəqiqəsi ödənişsizdir. Parkinq ödənişlərini "Tezödə", "AzParkinq" və "Birbank" platformaları vasitəsilə onlayn həyata keçirmək mümkündür.

• Xüsusi dəstəyə ehtiyac olduqda əvvəlcədən müraciət etmək: xüsusi qayğıya ehtiyacı olan sərnişinlərə zəruri xidmətlərin vaxtında təşkili üçün uçuşdan ən azı 48 saat əvvəl aviaşirkətlə əlaqə saxlamaq tövsiyə olunur.

Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 dövründə artan sərnişin və uçuş intensivliyinin təhlükəsiz və operativ idarə olunması, xidmətlərin fasiləsiz göstərilməsi və sərnişinlər üçün rahat səyahət təcrübəsinin təmin edilməsi istiqamətində zəruri tədbirləri həyata keçirəcək.

Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM

Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM


Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

Reklamınızı SmartBee ilə effektiv edin.


3-cü dərəcəli “Əmək” ordeni ilə

Bağırova Ülviyə Adil qızı

Bayatlı Tamam Fərman qızı

Cəfərov Teymur Vaqif oğlu

Əhmədov Zakir Xuduş oğlu

Quliyev Cahid Allahverdi oğlu

Quliyev Mübariz Maşallah oğlu

Quliyev Rəfael Həsənxan oğlu

Rüstəmov Nağı Bəxtiyar oğlu

Rüstəmov Rauf İsmət oğlu

Vəliyev Rasim Vəli oğlu

“Tərəqqi” medalı ilə

Abbasov Zavur Ağaxan oğlu

Abdullayev Murad Çingiz oğlu

Aslanov Raiq Fəhrad oğlu

Cəfərov Xəyal Vilayət oğlu

Eyvazov Teymur Əlisultan oğlu

Haxıyev Güləhməd Camal oğlu

Həşimov Zakir Əlikram oğlu

Mahmudlu Rauf Malik oğlu

Məhərrəmli Turxan Mətləb oğlu

Məmməd-Həsənov Elşad Aslan oğlu

Mərdanov Nuru Odlar oğlu

Mirzəyev Kənan Eldar oğlu

Mqebrişvili Zaza

Mustafayev Elton Kərəm oğlu

Mustafayev Nurlan Zakir oğlu

Nuriyev Nahid Maşalla oğlu

Sulhan Ebru Tevfik

Yusifov Vidadi İbrahim oğlu.

İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək milli arzumuzdur


Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin ərazi bütövlüyünün dinc yolla bərpasının milli arzu olduğunu bildirib.

İ.Kobaxidze məcburi köçkün ailələrinə mənzillərin verilməsi tədbirində çıxışı zamanı deyib ki, hökumət ərazi bütövlüyünün bərpasını əsas vəzifələrindən biri hesab edir.

"Əsas vəzifəmizi, yəni ərazi bütövlüyümüzün bərpasını bir saniyə belə unutmuruq. Ölkəmizin ərazi bütövlüyünü dinc yolla bərpa etmək bizim milli arzumuzdur. Səbirli, ardıcıl və düzgün praqmatik siyasətlə biz bu məqsədə mütləq nail olacağıq", – deyə Baş nazir bildirib.

Onun sözlərinə görə, məcburi köçkünlərin doğma yerlərinə qayıdaraq layiqli yaşayış şəraitinə malik olması hökumətin əsas qayğılarından biri olaraq qalacaq.

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Qarabağda aparılan və separatizmə son qoyan lokal xarakterli antiterror tədbirlərinin başlamasından üç il ötür.

Vətən müharibəsindən sonra bölgədə cərəyan edən separatizm hərəkətləri Azərbaycana öz ərazilərində suverenliyini bütünlüklə təmin etmək üçün başqa seçim yolu qoymadı və lokal xarakterli antiterror əməliyyatının keçirilməsi qaçılmaz zərurət oldu.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular.

Antiterror tədbirlərinə 2023-cü il sentyabrın 19-da, təxminən saat 13:00-da start verilib. Müdafiə Nazirliyinin məlumatında bildirilirib ki, həyata keçirilən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqliklə icra edilən əməliyyat nəticəsində sıradan çıxarılıb.

Həmin vaxt Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Azərbaycan bölmələrinin nəzarətinə keçib, 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan çox artilleriya qurğusu, 30-dan artıq minaatan, iki ədəd zenit-raket qurğusu, altıdan çox "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib. Xeyli sayda canlı qüvvə məhv edilib.

Gecə saatlarında Müdafiə Nazirliyi antiterror tədbirlərinin aparıldığı rayonda silahın yerə qoyulması ilə bağlı çağırış edib. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi və Qarabağdakı separatçılar həmin çağırışa əhəmiyyət verməyiblər və sentyabrın 20-də döyüş əməliyyatları yenidən davam etdirilib.

Həmin gün qanunsuz silahlı birləşmələrə məxsus minaatan mərmisi ilə dolu altı "Ural" markalı hərbi avtomobil və dörd minaatan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən qənimət götürülüb. Döyüşlərin gedişində 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik, yeddi hərbi nəqliyyat vasitəsi, dörd minaatan, bir tank, iki piyada döyüş maşını və xeyli sayda silah-sursat ələ keçirilib.

Ermənilərin uzun müddət ərzində qurduqları və möhkəmləndirdikləri mövqeləri azərbaycanlı hərbçilərin yüksək peşəkarlığı sayəsində məharətlə məhv edilib. Qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrasında istifadə olunan tanklar, piyadaların döyüş maşınları, zirehli transportyorlar, artilleriya sistemləri, hərbi aviasiya və radioelektron mübarizə vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının səmərəli istifadəsi əməliyyatın uğurla nəticələnməsində böyük rol oynayıb.

Hərbçilərimiz bir neçə saat ərzində Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə doğru irəliləyərək bütün yolları kəsiblər. Xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması tapşırığını uğurla yerinə yetiriblər. Məhz Silahlı Qüvvələrin birgə fəaliyyəti nəticəsində separatçı rejimin rəhbərliyi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığı ağ bayraq qaldırıb. Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki və şəxsi obyekti hədəfə almadan 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur edib. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah olub. Azərbaycan öz dövlət suverenliyini tam şəkildə təmin edib.

Qeyd edək ki, lokal antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun 192 hərbçisi şəhid olub.

Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncam imzalayıb.

Goranboy təhsilində ŞÜBHƏLİ TƏYİNAT - BU NƏDİ BELƏ?



Elm və Təhsil Nazirliyinin yoxlama aktında İsmayılova İlahə İlqar qızının Goranboy rayon Rəhimli kənd tam orta ümumtəhsil məktəbinə direktor təyin olunması ilə bağlı əksini tapan hallar ciddi suallar doğurur.
Aktda qeyd olunan məlumatlara görə, İlahə İsmayılova direktor müsahibəsində uğur qazana bilmədiyi halda, müsahibə protokolunda məksədli dəyişiklik edilməsi nəticəsində direktor vəzifəsinə təyin olunub.
Yoxlama zamanı müəyyən edilmiş hallar yazılı izahatlarla rəsmiləşdirilib və müvafiq aktda əksini tapıb.
Əgər müsahibə nəticəsinin dəyişdirilməsi faktı yoxlama materialları ilə təsdiqlənibsə, burada yalnız bir şəxsin direktor təyinatından söhbət getmir. Belə hal həmin vəzifəyə iddia edən digər namizədlərin hüquqları və müsabiqənin obyektivliyi ilə bağlı da suallar yaradır.
Çünki məktəbin direktoru vəzifəsinə seçim zamanı bütün namizədlər üçün eyni qaydaların və qiymətləndirmə meyarlarının tətbiqi təmin edilməlidir. Namizədlər nəticələrinin obyektiv qiymətləndiriləcəyinə inanaraq müsabiqədə iştirak edirlər.
Bu baxımdan əsas suallar ortaya çıxır.
Müsahibə protokolunda dəyişiklik necə baş verib?
Buna kim məsul olub və həmin dəyişiklik hansı əsasla rəsmiləşdirilib?
Müsahibədə uğur qazanmayan şəxsin direktor vəzifəsinə təyin edilməsinə hansı hüquqi əsas imkan verib?
Lakin məsələnin daha diqqətçəkən tərəfi yoxlamadan sonra yaranmış vəziyyətdir.
Akt tərtib olunub, nöqsan aşkarlanıb, müvafiq izahatlar alınıb. Bununla belə, aylar keçib, hətta yeni tədris ili başlayıb, İlahə İsmayılova isə hələ də həmin məktəbin direktorudur.
Belə olan halda cəmiyyətin haqlı olaraq cavab gözlədiyi sual yaranır.
Aparılmış yoxlamanın nəticəsi nə oldu?
Əgər yoxlama zamanı təyinatın əsasını təşkil edən müsahibə prosesi və ya protokolla bağlı nöqsan müəyyən edilibsə, bu hal üzrə hansı qərar qəbul olunub?
Əgər İlahə İsmayılovanın direktor vəzifəsində qalması qanuni hesab edilirsə, bunun hüquqi əsası nədir?
Məsələ üzrə hər hansı inzibati və ya hüquqi tədbir görülübsə, niyə bunun nəticəsi ictimaiyyətə açıqlanmır?
Dövlət qurumlarında aparılan yoxlamanın məqsədi yalnız nöqsanı sənəddə qeyd etməklə məhdudlaşmamalıdır. Aşkarlanmış hallara hüquqi və inzibati qiymət verilməsi, qəbul edilən qərarın nəticəsinin ortaya qoyulması da vacibdir.
Əks halda ortaya daha ciddi sual çıxır.
YOXLAMA AKTI NƏ ÜÇÜN TƏRTİB OLUNUR?
NÖQSANLARI SADƏCƏ SƏNƏDLƏŞDİRMƏK, YOXSA ONLARIN ARADAN QALDIRILMASI VƏ QANUNAUYĞUN NƏTİCƏNİN TƏMİN EDİLMƏSİ ÜÇÜN?
Əgər rəsmi yoxlama materiallarında hər hansı nöqsan müəyyən edilibsə, həmin nöqsanın hüquqi nəticəsi də aydın olmalıdır. Xüsusilə də söhbət dövlət məktəbinin rəhbər vəzifəsinə təyinatdan gedirsə, məsələ ictimaiyyət üçün açıq və anlaşılan şəkildə izah edilməlidir.
Burada əsas məsələ konkret şəxsin kimliyi deyil. Məsələ dövlət məktəblərinə rəhbər şəxslərin seçilməsi zamanı qanunçuluğun, şəffaflığın və bərabər imkanların təmin olunmasıdır.
Əgər müsabiqə nəticəsində dəyişiklik edilməsi barədə yoxlama aktında məlumat əksini tapıbsa, bunun necə baş verdiyi, kimlərin məsuliyyət daşıdığı və nəticədə hansı qərarın qəbul edildiyi aydınlaşdırılmalıdır.
Ən əsası isə budur.
MÜSAHİBƏ NƏTİCƏSİ İLƏ BAĞLI NÖQSAN AŞKARLANIBSA, NİYƏ AYLAR KEÇMƏSİNƏ BAXMAYARAQ TƏYİNATIN HÜQUQİ TALEYİ BARƏDƏ AÇIQ MƏLUMAT YOXDUR?
Təhsil sistemində qanun və qaydaların bütün iştirakçılara eyni formada tətbiqi dövlət idarəçiliyinə və ictimai etimada mühüm təsir göstərir. Aşkarlanmış nöqsanlara münasibətdə qərarın olması və həmin qərarın əsaslarının aydın şəkildə izah edilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas prinsiplərindən biri qanunun aliliyinin və dövlət idarəçiliyində şəffaflığın təmin edilməsidir. Bu prinsiplərin bütün dövlət qurumlarında və bütün səviyyələrdə eyni qaydada tətbiqi vacibdir.
Olkemedia.az

"№1 Çörək Zavodu"nun sahibi dövlətə külli miqdarda BORCLANDI - FOTOFAKT


Bakıda "№1 Çörək Zavodu" brendi ilə tanınan "PACIFIC BREAD" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə iri məbləğdə vergi borcu yaranıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin hazırda 140.083,86 AZN təşkil edən ödənilməmiş vergi borcu mövcuddur.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 57, mənzil 50 olan MMC-nin nizamnamə kapitalı 200 AZN təşkil edir.
Cəmiyyətin qanuni təmsilçisi Şabanov İlkin İmran oğludur. Qeyd edək ki, İlkin Şabanov eyni zamanda ölkənin iri distributor və istehsalat şirkətlərindən olan "Delta Qrup C.O." MMC-yə də rəhbərlik edir.

Xəbər lenti

Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25