Ananın ürək dağlayan müraciəti: "Qızımın təhsil hüququnun qorunmasına kömək edin"

Cəmiyyət 7-08-2026, 12:19


Ana Azərbaycan Respublikasının Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya humanist məzmunlu müraciət ünvanlayıb.
Müraciətdə bildirilir ki, ananın qızı hazırda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil alır. Lakin o, gənc yaşlarında ağır onkoloji xəstəlik – qan xərçəngi diaqnozu aldığı üçün uzun müddətdir müalicə və reabilitasiya prosesindən keçir.
Səhhətində yaranan ciddi problemlər səbəbindən tələbə əvvəlki tədris ilində akademik məzuniyyət götürmək məcburiyyətində qalıb. Hazırda da müalicəsi davam etdiyindən həkimlərin rəyinə əsasən əyani formada təhsilini davam etdirməsi mümkün deyil. Həkimlər onun sağlamlığının qorunması və ali təhsilini yarımçıq qoymaması üçün təhsilini qiyabi formada davam etdirməsini daha məqsədəuyğun hesab edirlər.
Lakin ailənin qarşılaşdığı əsas problem müraciət müddəti ilə bağlı olub. Müalicə prosesinin intensivliyi və zəruri tibbi sənədlərin hazırlanması səbəbindən təhsil formasının dəyişdirilməsi üçün transfer.edu.az elektron sistemi üzərindən ayrılmış müddətdə müraciəti tamamlamaq mümkün olmayıb.
Valideyn hesab edir ki, yaranmış vəziyyət sıradan bir texniki gecikmə deyil, ağır xəstəliklə mübarizə aparan bir gəncin həyat şəraitindən irəli gələn istisna haldır. O, məhz buna görə aidiyyəti qurumların məsələyə humanist yanaşmasının vacibliyini vurğulayır.
Ana müraciətində qeyd edir ki, Leyla Əliyevanın illərdir həyata keçirdiyi sosial layihələr, xəstə uşaqlara, tələbələrə və xüsusi qayğıya ehtiyacı olan insanlara göstərdiyi dəstək minlərlə ailənin ümid yerinə çevrilib. Məhz bu inamla o, qızının təhsil hüququnun qorunmasına kömək göstərilməsi üçün dəstək istəyir.
Ana ümid edir ki, mövcud vəziyyət istisna hal kimi qiymətləndiriləcək və gənc tələbənin 2026–2027-ci tədris ili üçün əyani təhsil formasından qiyabi təhsil formasına keçirilməsi və ya bunun üçün fərdi müraciət imkanının yaradılması istiqamətində aidiyyəti dövlət qurumlarına müvafiq dəstək göstəriləcək.
Bu müraciət təkcə bir ailənin problemi deyil. Bu, ağır xəstəliklə mübarizə aparan gənclərin təhsil hüququnun qorunması, onların cəmiyyətə qazandırılması və gələcəyə olan ümidlərinin yaşadılması məsələsidir.
Bu gün ölkəmizdə insan amili, sosial həssaslıq və təhsil hüququ dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab olunur. İctimaiyyət də inanır ki, sağlamlıq səbəbindən çətin vəziyyətdə qalan gənclərin təhsil imkanlarının qorunması həm humanizm prinsiplərinə, həm də dövlətimizin həyata keçirdiyi sosial siyasətə tam uyğundur.
Ümid edirik ki, bu səs cavabsız qalmayacaq və ağır xəstəliklə mübarizə aparan UNEC tələbəsinin təhsilini davam etdirməsi üçün zəruri dəstək göstəriləcək. Bəzən bir qərar yalnız bir sənədin deyil, bir insanın gələcəyinin, həyata bağlılığının və sabaha olan inamının qorunması deməkdir.


Əlaqə nömrəsi: 0503427955 / 0777112922


Xəbər lenti

ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13