“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!

Gündəm / Cəmiyyət Сегодня, 10:45


"Biz, SOCAR-ın “Kompleks Qazma İşləri” Trestinin kollektivi adından Sizə müraciət edərək müəssisədə ciddi narahatlıq doğuran bir sıra məsələlərin obyektiv araşdırılmasına və qanunçuluğun təmin edilməsinə kömək göstərməyinizi xahiş edirik..." "DİA-AZ" xəbər verir ki, bu sözlər SOCAR-ın “Kompleks Qazma İşləri” Trestinin kollektivi adından öllə rəhbərliyinə ünvanlanmış müraciətdə yer alıb.

Müraciətdə daha sonra deyilir: "Son dövrlərdə müəssisədə bəzi vəzifəli şəxslərin təyinatı, əməkhaqqı məsələləri və işə cəlb olunma qaydaları ilə bağlı kollektivdə haqlı suallar və narahatlıqlar yaranmışdır.

Belə ki, Rövşən Bayramovun iki vəzifəni eyni vaxtda tutması, 26 800 manat məbləğində göstərilən əməkhaqqının hüquqi və təşkilati əsasları, eləcə də onun SOCAR Drilling MMC-də vəzifəyə təyinatının qanunauyğunluğu və müvafiq prosedurlara uyğunluğu araşdırılmalıdır. Həmçinin İlham Eminbəylinin müvafiq rəhbərlik əmri olmadan işə cəlb edilməsi ilə bağlı iddialara hüquqi qiymət verilməsini zəruri hesab edirik.

Bununla yanaşı, Kamran Quluzadənin hərbi xidmətdən qanuni əsaslar olmadan yayınması ilə bağlı iddiaların da səlahiyyətli orqanlar tərəfindən yoxlanılmasını xahiş edirik. Əgər belə bir hal təsdiqini taparsa, qanunvericiliyə uyğun tədbirlər görülməlidir.

Hörmətli cənab Prezident!

Siz dəfələrlə çıxışlarınızda qanunun aliliyinin, dövlətə sədaqətli xidmətin, şəffaflığın və hər kəsin qanun qarşısında bərabərliyinin vacibliyini vurğulamısınız. Məhz bu prinsiplərə əsaslanaraq hesab edirik ki, heç bir vəzifə, şəxsi əlaqə və ya xidməti mövqe qanun qarşısında üstünlük yaratmamalıdır.

Dövlətə xidmət yalnız vəzifə tutmaq və yüksək əməkhaqqı almaq deyil, həm də qanunlara riayət etmək, üzərinə düşən məsuliyyəti daşımaq və cəmiyyət qarşısında nümunə olmaqdır. Hərbi xidmətlə bağlı məsələlərdə də qanunvericiliklə müəyyən edilmiş tələblər bütün vətəndaşlara bərabər tətbiq olunmalıdır. Bu baxımdan, irəli sürülən iddiaların obyektiv araşdırılması ictimai etimadın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd olunan məsələlərin cavabsız qalması kollektivdə ədalət prinsipinə inamın zəifləməsinə, sosial-psixoloji gərginliyin artmasına və əmək intizamına mənfi təsir göstərməsinə səbəb ola bilər. Neft sənayesi kimi strateji əhəmiyyətli sahədə çalışan kollektivdə şəffaflığın və sağlam iş mühitinin qorunması həm əməkdaşların rifahı, həm də istehsalatın səmərəliliyi baxımından vacibdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sizdən xahiş edirik:

1. Rövşən Bayramovun eyni vaxtda iki vəzifə tutması, əməkhaqqı və SOCAR Drilling MMC-də vəzifəyə təyinatı ilə bağlı məsələlərin araşdırılmasına göstəriş verəsiniz.
2. İlham Eminbəylinin müvafiq rəhbərlik əmri olmadan işə cəlb edilməsi barədə iddiaların yoxlanılmasını təmin edəsiniz.
3. Kamran Quluzadənin hərbi xidmətdən qanuni əsaslar olmadan yayınması barədə iddiaların səlahiyyətli orqanlar tərəfindən araşdırılmasına kömək göstərəsiniz.
4. Araşdırmaların nəticələrinə uyğun olaraq, hər hansı qanun pozuntusu təsdiqlənərsə, məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməsini təmin edəsiniz.
5. KQİT-də şəffaflığın, əməkdaşlar arasında bərabərliyin, sağlam iş mühitinin və ədalətli idarəetmə prinsiplərinin qorunmasına dəstək göstərəsiniz.

Hörmətli cənab Prezident!

Bizim məqsədimiz hər hansı şəxsi əsassız ittiham etmək deyil. Məqsədimiz dövlət müəssisəsində qanunların hamıya eyni tətbiq olunmasına, vəzifə və səlahiyyətlərdən sui-istifadə hallarının qarşısının alınmasına, zəhməti ilə çalışan insanların hüquq və mənafelərinin qorunmasına nail olmaqdır.

Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən islahatların ruhuna uyğun olaraq, bu müraciətdə göstərilən məsələlərin diqqətlə araşdırılacağına və obyektiv qərar veriləcəyinə ümid edirik.

Ədalətin təmin olunması, qanunun aliliyinin qorunması və dövlətə sədaqətlə xidmət edən insanların haqqının müdafiəsi naminə müraciətimizə həssaslıqla yanaşmağınızı və kömək göstərməyinizi xahiş edirik..."

Xəbər lenti

"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
12:38
Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
12:21
Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
11:52
Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
11:13
“AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
10:43
Xalq artisti xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır
10:09