Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət Сегодня, 09:53


Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 131A ünvanında baş verənlər artıq sadəcə qanunsuz tikinti deyil, Elşad Həsənovun rəhbərlik etdiyi rayon strukturunda qanunların necə “elastik” və seçici işlədiyinin əsl mənzərəsidir.

Təsəvvür edin ki, sentyabrın 8-də redaksiyamız tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə və Şəhərsalma və Arxitektura Komitəsinə rəsmi sorğular göndərilib. Artıq ikinci aydır sorğumuzu cavabsız qoyan İcra Hakimiyyəti və FHN elə bir dərindən sükuta qərq olublar ki, elə bil rayon ərazisində heç nə baş vermir, hər şey “qaydasındadır”.

Lakin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2 oktyabr 2026-cı il tarixli rəsmi cavabı bu rahatlığı dərindən sarsıdır və ortadakı reallığı bütün çılpaqlığı ilə üzə çıxarır.

Baş İdarə rəsmi şəkildə təsdiqləyir ki, “ASAN xidmət” mərkəzinin yaxınlığında təyinatı məlum olmayan, ölçüsü az qala kiçik bir məhəlləyə bərabər olan 300 kvadratmetrlik sahədə açıq-aşkar qanunsuz tikinti işləri aparılır. Üstəlik, Baş İdarə tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova və FHN rəsmilərinə avqust-sentyabr ayları ərzində dəfələrlə rəsmi məktublar ünvanlanaraq tədbir görülməsi tələb edilib. Amma nə baş verir?

Rəsmi qurumun xəbərdarlıqları yerli icra hakimiyyəti üçün sadəcə oxunub atılan kağız parçasından başqa bir şeyə çevrilmir və heç bir tədbir görülmür.

Ərazidən daxil olan son fotolar isə bu səssizliyin arxasında hansı “sürətli tərəqqinin” dayandığını açıq göstərir: rəsmi xəbərdarlıqlara məhəl qoyulmadan tikinti işləri sürətlə davam etdirilib və göz görə-görə obyekt artıq ikinci mərtəbəyə qədər qaldırılıb.

Çox maraqlıdır, görəsən, Elşad Həsənovun rəhbərlik etdiyi Yasamalda qanunlar hansı coğrafi koordinatlarda dincəlir? Çünki bir tərəfdə göz görə-görə qanuna zidd nəhəng tikintilər göydələnsayaq mərtəbə-mərtəbə göyə ucalır, icra strukturları isə bu mənzərəni sanki romantik bir film izləyən kimi sakitcə seyr edirlər. Digər tərəfdən isə, vətəndaşların çörəkpulu, gündəlik sıradan dolanışığı və ya kiçik iaşə obyekti ilə bağlı hər hansı bir addımı dərhal “qanunsuz” damğası vurularaq yerlə-yeksan edilir, yarımçıq qoyulur. İndi adamdan soruşarlar: bu qədər gözlənilməz seçiciliyin, bu açıq-aydın ikili standartların və ayrıseçkiliyin sirli səbəbi nədir?

Paytaxtın mərkəzində kimə olar, kimə olmaz prinsipi ilə idarə olunan bu “özəl” mexanizmin arxasında nələr dayanır?

Faktum.az




Xəbər lenti

"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
12:38
Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
12:21
Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
11:52
Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
11:13
“AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
10:43
Xalq artisti xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır
10:09