Güllü İbadovaya necə vəzifə həvalə olunur?

Cəmiyyət 25-04-2026, 14:38



Cinayət əməlinə görə vəzifədən uzaqlaşdırılan, barəsində cinayət işi açılan Laçın Mərkəzi Xəstəxanasının sabiq direktoru Güllü İbadova sabiq TƏBİB rəhbəri Vüqar Qurbanov tərəfindən qoruma altına alınaraq Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini vəzifəsinə təyin olunmuşdu. Bu barədə məlumatlar ölkə mətbuatında dəfələrlə yazılıb və səsləndirilib.
Bu günlərdə məlum olub ki, TƏBİB-in yeni icraçı direktoru Anar Bayramov da Güllü İbadovaya Bakı Baş Səhiyyə Mərkəzinin direktoru səlahiyyətlərini verib.
Belə ki, bir neçə il əvvəl Laçın Mərkəzi Xəstəxanasının sabiq direktoru, baş həkimi, 1985-ci il təvəllüdlü Güllü İbadova Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini vəzifəsinə təyin olunub. Məlumata görə, Güllü İbadova Baş Prokurorluq tərəfindən Laçın Rayon Mərkəzi Xəstəxanasına ayrılmış vəsaiti, yəni ona etibar edilmiş özgə əmlakını vəzifə səlahiyyətlərindən istifadə etməklə israf etmə yolu ilə talamaqda ittiham olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.
İddialara əsasən, Güllü İbadova 2017–2020-ci illər ərzində ştat cədvəllərində saxtakarlıqlar edərək 17 575,92 manat məbləğində dövlət vəsaitini mənimsəyib.
Xatırladaq ki, Vüqar Qurbanov bu yaxınlarda vəzifəsindən azad edilib və bu qərar geniş müzakirələrə səbəb olub. Onun ardınca Anar Bayramov quruma rəhbər təyin edilib. Yeni rəhbərliyin ilk günlərində bir sıra tibb müəssisələrində rəhbər şəxslərin vəzifədən uzaqlaşdırıldığı baş verir. Bu proses çərçivəsində Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov də vəzifəsindən kənarlaşdırılıb və idarəetmənin müvəqqəti olaraq müavinlərə həvalə olunub. Lakin burada diqqət çəkən mühüm məqam var. Məlumata görə, hazırda Bakı Baş Səhiyyə Mərkəzinin idarə olunması məhz Güllü İbadovaya həvalə olunub. Bu isə ciddi suallar doğurur. Bir tərəfdən TƏBİB-də “təmizləmə” və islahat siyasətindən danışılır, digər tərəfdən isə barəsində cinayət işi açılmış və sonradan məsuliyyətdən azad edilmiş şəxsin yenidən yüksək vəzifədə saxlanılması müşahidə olunur.
Bu hansı islahatdır? Bu hansı fərqdir?
Baş həkim olduğu dövrdə ciddi qanun pozuntuları ilə ittiham olunan və sonradan Vüqar Qurbanov tərəfindən qorunaraq yüksək vəzifəyə gətirilən şəxslərin yenidən irəli çəkilməsi yeni rəhbərliyin yanaşması ilə nə dərəcədə uyğun gəlir? Əslində, yeni rəhbərliyin “təmizləmə” siyasətinin əsas istiqamətlərindən biri məhz belə hallara qarşı prinsipial mövqe nümayiş etdirmək olmalıdır. Çünki bu kimi şəxslərin sistemdə qalması korrupsiya risklərinin davam etməsi ilə bağlı narahatlıqları artırır.
Ümid etmək olar ki, yeni rəhbərlik bu məsələyə aydınlıq gətirəcək və səhiyyə sistemində daha şəffaf və prinsipial idarəetmə modeli formalaşdıracaq. Əks halda, əvvəlki və indiki yanaşmalar arasında ciddi fərqin olmadığı barədə fikirlər daha da güclənə bilər.(Xalq.online)

Xəbər lenti

ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13