Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Cəmiyyət 4-05-2026, 10:50


Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin sabiq müdiri – baş memar Toğrul Şadlinskiyə hökm oxunub.
Bizimesr.az bildirir ki, 1987-ci il təvəllüdlü Toğrul Şadlinskiyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət işi açılıb.
Məlum olub ki, Toğrul Şadlinski Bərdə Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayevin əmri ilə aparıcı məsləhətçi vəzifəsindən azad olunaraq, 2023-cü ilə qədər Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işlədiyi dövrdə bir sıra qanun pozuntularına yol verib. Belə ki, o, vəzifədə olduğu müddətdə İcra Hakimiyyətinin inzibati binasında yerləşən xidməti otağında R.O. adlı şəxsi Bərdədə DOST Mərkəzinə işə düzəldəcəyini vəd edərək 10 000 manat pul alıb və dələduzluq edib.
Bundan başqa, Toğrul Şadlinski öz qulluq mövqeyindən təkrar istifadə edərək sahibkar Cavid Şükürova məxsus Əliyanlı kəndində yerləşən 0,15 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatını dəyişdirərək qeyri-yaşayış sahəsi kimi çıxarış alınmasına köməklik göstərəcəyini bildirib və bu yolla 12 500 manat pul ələ keçirib.
Məhkəmədə ifadə verən Toğrul Şadlinski əməlindən peşman olduğunu bildirib. O, hazırda Şamaxıda fəaliyyət göstərən şirkətlərdən birinin filialında sahə mühəndisi işlədiyini və aylıq 2500 manat əmək haqqı aldığını deyib. Təqsirləndirilən şəxs həmçinin zərərçəkmişlərə dəymiş ziyanı hər ay hissə-hissə ödədiyini qeyd edib və bir daha qanunsuz əməl törətməyəcəyinə söz verib. O, məhkəmədən ona qarşı rəhmli olunmasını xahiş edib.
Məhkəmənin hökmü ilə Toğrul Şadlinskiyə 1 il 6 ay müddətinə dövlət, yerli özünüidarəetmə orqanlarında və kommersiya təşkilatlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Cəza müddətindən onun 2 gün həbsdə saxlanıldığı vaxt çıxılıb.
Hökmə əsasən, təqsirləndirilən şəxsin üzərinə bir sıra məhdudiyyətlər qoyulub: hər gün saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsi daşımaq və onun işlək vəziyyətdə saxlanılmasını təmin etmək, Bərdə rayonunun inzibati ərazisini tərk etməmək, məhkəmənin icazəsi olmadan yaşayış yerini dəyişməmək, iş yerini dəyişdiyi halda nəzarət orqanını əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək.
Qeyd edək ki, iki il əvvəl Toğrul Şadlinskinin yaxın qohumu, Bərdə Məşğulluq Mərkəzinin sabiq direktoru Bilman Şadlinski barəsində də Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə cinayət işi açılmış və hökm çıxarılmışdı.
Həmçinin onun qohumlarından Fəxrəddin Şadlinski Bərdə Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, Fəqət Şadlinski isə YAP Bərdə rayon təşkilatının sədridir. Digər yaxınları da rayonda müxtəlif vəzifələrdə çalışıblar.(Bizimesr.az)

Xəbər lenti

Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23