Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... - ƏSLİNDƏ İSƏ...

Gündəm / Cəmiyyət 30-06-2026, 12:51


"«Nefqazintikinti» trestinin müdiri Qağaməli Seyfullayev nəinki trestdə «ailə podratı» yaradıb, eləcə də yeznələrini, kürəkənlərini, bu da bəs etməyib, kürəkəninin qohumlarını da burada işlə təmin edib, qısa vaxtda yerlərini rahat sahələrə dəyişdirib, dərəcələrini artırıb… Lakin uzun illərdir burada çalışan və dərəcəsini, iş yerini, ixtisasını dəyişdirmək istəyənlər qapı arxasında saxlanılır!" Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Budur, Qağaməli Seyfullayevin bacısın həyat yoldaşı Nazim Sadatovu «Qaz İxrac İdarəsi»ndən gətirərək qısa zaman içində trestin İnsan Resursları şöbəsinin rəisi Aqşin Hüseynzadənin saxta sənədləşməsi və gözə kül üfürmə taktikası ilə tez bir zamanda vəzifəyə yüksəldib. SOCAR rəhbərliyi Aqşin Hüseyzadənin müavini Şahin Qürbətovun da fəaliyyətini araşdırsın. SOCAR-da və kənar qurumlarda da Şahin Qürbətovu iş düzəldən, işə götürən… bir sözlə, «bal tutub barmaq yalayan» kimi tanıyırlar, bununla bağlı nə qədər desəniz faktlar var…
***
Beləliklə, “Neftqaztikinti” Trestinin rəisi Qağaməli Seyfullayevin dəstəklədiyi fəaliyyətə diqqət edək: məsələn, bir müddət əvvəl yerli KİV-də ictimailəşdirilmiş 20.02.2025-ci ilə aid olan bir sənəd «Namizədlərin sahə üzrə qiymətləndirilməsi» adlanır. Bu xüsusi blankdır və siyahı üzrə təqdim olunmuş şəxslərin sənədləri imtahan komissiyasına verilir, sonra hər bir işə girmək istəyən şəxs suallara cavab verməlidir. Şəxsən çoxsaylı işçilər var ki, illərdir həyatını həsr etdiyimiz sahə üzrə bütün biliklərə və təcrübəyə malik olsa da, sualların qoyuluşunda çaşdırıcılığı bir kənara atsalar belə, cavablardakı adi bir hal hər şeyi alt-üst edir. Sitat: «Axı, bizim sahə həm də praktika ilə bağlıdır, bu da bizdə var. Bununla belə, daim bu imtahanlara ciddi də hazırlaşmışıq. Amma, atalar demiş, sən saydığını say, gör, trestin İnsan Resursları şöbəsinin rəisi olan Aqşin Hüseynzadə nə sayır. Belə ki, imtahan sənədi rəhbərliyin göstərişi ilə əvvəlcədən işə götürülməli şəxsə verilir, o da bir neçə həmin suala evində hazırlaşır və imtahanda bülbül kimi ötür, komissiya üzvləri isə vərəqə yazır ki, «Suala dolğun cavab verdi» və s. Blankın yuxarı hissəsinə baxsanız, orada vakansiya belədir: «Mühəndis (Komplektləşdirmə üzrə)». Namizədin adının qarşısı isə boşdur. Axı belə olmalı deyil, imtahan götürən komissiya bunu necə qəbul edir? Məqsəd budur ki, burada suallara cavab qələmlə işarələnməlidir (test qaydasında), cavablar təhvil veriləndə isə Aqşin Hüseynzadə Qağaməli Seyfullayevin göstərişi ilə işə kimi götürəcəksə, onun ad və soyadını yazıb «Urraaa» deyir. Belələrinin siyahısını sizə təqdim edirik: Məsələn, Bəkizadə Murad Nəriman oğlu «Veysəloğlu» Şirkətlər Qrupunda ticari işlərlə məşğul olub. Trestinin müdiri Qağaməli Seyfullayevin növbəti əmrində yazılır: «Bəkizadə Murad Nəriman oğlu 18 aprel 2022-ci ildən 13-cü dərəcə ilə Trestin İnsan Resursları şöbəsinə kadrlar üzrə mütəxəssis götürülsün». Müdirin 02 avqust 2023-cü il tarixli əmri ilə isə o, həmin şöbənin rəis müavini vəzifəsinə təyin edilir. Göründüyü kimi, az müddət sonra Bəkizadə ən yüksək ixtisas dərəcəsi və maaşla yeni yüksək vəzifəyə təyin edilir. Bəs görəsən, trestdə uzun illərdir çalışan digər işçilər niyə yada düşmür ki, «Veysəloğlu» kimi ticarət şəbəkəsində işləmiş bir şəxs neft qurğularının təmiri ilə məşğul olan bir trestdə tezliklə irəli çəkilir? Məlumat üçün bildirək ki, Qağaməli Seyfullfayevin müvafiq əmrləri ilə eyni qayda və üsulla yenə də «Veysəloğlu» Şirkətində çalışmış Aygün Qəniyeva, Məhəmməd Babayev də trestdə yüksək vəzifələrə işə götürülüblər, hazırda isə SOCAR-da İnsan Resursları Departamentində yüksək vəzifə tuturlar… Samir Aslan oğlu Qürbətov ilə 15 iyul 2024-cü il tarixdə 6361 saylı müqavilə ilə trestin 6 saylı Tikinti-Quraşdırma Bölməsinin 2 saylı Tikinti-Quraşdırma Sahəsinə 5 dərəcə ilə müvəqqəti statusla rəngsaz vəzifəsinə işə götürülür… Diqqət edin, 9 dekabr 2024-cü ildə isə, yəni cəmi 5 aydan sonra onu trestin İxtisaslaşdırılmış Təmir-Tikinti bölümünün 3 saylı Tikinti-Quraşdırma sahəsinə izoləedici-plyonkaçı vəzifəsinə daimi işə götürürlər. Bəs Samir Qürbətov kimdir ki, uzun illərdir müvəqqəti işləyənlər dura-dura, onu 5 ayın içində daimi işə qəbul edirlər? Məlum olur ki, o, Trestin İnsan Resursları Şöbəsinin rəis müavini Şahin Qürbətovun qardaşıdır. Maraqldır ki, Samir Qürbətov əmrə görə 1 il müddətinə müvəqqəti işə götürülür, bir il tamam olan kimi isə daimi işə qəbul olunub… Halbuki 2019-cu ildən trestdə işə götürülüb çalışan təcrübəli işçilər var ki, onlar hələ də müvəqqəti işə götürülüblər, gözləri yol çəkir. Onlarla hər il yenidən müqavilə bağlanır…".
DAVAMI VAR...


DİA-AZ

Xəbər lenti

ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13