Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə ofis icarəyə verib - 1 milyon manatlıq

Gündəm / Cəmiyyət 1-07-2026, 15:25


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan Texniki Universiteti (AzTU) “Sabah City” MMC (VÖEN – 1703866631) ilə satınalma müqaviləsi bağlayıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, müqavilələr tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.

Bir il müddətində qüvvədə olacaq müqavilənin ümumi dəyəri 1 milyon 12 min 914 manat 77 qəpik təşkil edir. Bu məbləğin 544 min 779 manat 23 qəpiyini AzTU, 468 min 135 manat 54 qəpiyini isə ADNSU ödəyəcək. Müqavilələrin şərtlərinə görə, “Sabah City” MMC “SABAH.city” innovasiya şəhərciyi layihəsində qurulan infrastrukturdan ADNSU-ya 1 224,46 kv. metr, AzTU-ya isə 1 424,93 kv. metr ofis sahəsini icarəyə verəcək.

Bunlardan başqa, “Sabah City” MMC “SABAH.city” innovasiya şəhərciyi layihəsində qurulan infrastrukturdan ASAN Xidmətin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC-yə də bir il müddətinə 118,65 kv. metr sahə icarəyə verəcək və qarşılığında 47 min 42 manat 36 qəpik alacaq.
Qeyd edək ki, “SABAH.city” innovasiya şəhərciyi layihəsi özəl şirkətlərlə birgə Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının bazasında yaradılıb.

Məlumat üçün bildirək ki, innovasiya şəhərciyinin idarəetməsini həyata keçirən “Sabah City” MMC 2024-cü ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 7 milyon 170 min manat olan MMC-nin qanuni təmsilçisi Tağıyev Rəşad Şakir oğludur. Rəşad Tağıyev eyni zamanda “Landau School” Təhsil Kompleksi QSC-nin də (VÖEN – 1305468751) qanuni təmsilçisidir.

Rəşad Tağıyev sosial şəbəkə hesabında açıqladığı məlumatda eyni zamanda “Sabah.hub” şirkətinin həmtəsisçisi olduğunu qeyd edib. “Sabah.hub” şirkətinin baş icraçı direktoru isə xarici işlər naziri Ceyhun Bayramovun oğlu Rəhim Bayramlıdır. Rəhim Bayramlı eyni zamanda “Push 30” MMC-nin (VÖEN – 1306296231) və “Landau School”un həmtəsisçilərindən biridir.
Məlumat üçün onu da bildirək ki, “Landau School” 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Açıqlanan rəsmi məlumatlarda “Landau School”un həmtəsisçilərindən birinin də Emil Leznik olduğu bildirilir. Emil Leznik eyni zamanda “Landau School”un İdarə Heyətinin üzvüdür.

“Landau School”un təhsil üzrə direktoru olmuş Yefim Leznik isə uzun illər Bakının Xətai rayonu ərazisində fəaliyyət göstərən “Xabad Or-Avner” yəhudi məktəbinin direktoru olub. “Xabad Or-Avner” məktəbi 2003-cü ildən Bakı şəhərində fəaliyyət göstərir. Məktəbdə Azərbaycan vətəndaşları olan yəhudi uşaqları təhsil alırlar. 2016-cı ildə İsrailin Baş naziri Benyamin Netanyahu da Azərbaycana işgüzar səfəri çərçivəsində “Xabad Or-Avner” təhsil mərkəzində olub.

Yeniavaz.com

Xəbər lenti

ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13