PVC xərək qalmaqalından sonra daha bir uyğunsuzluq - KTM-in saytı aylardır yenilənmir

Gündəm / Cəmiyyət 24-07-2026, 17:48


Bu günlərdə Kliniki Tibbi Mərkəzdə (KTM) PVC-plastik borulardan tibbi xərək hazırlandığını əks etdirən videogörüntülərin yayılması müəssisə ətrafında müzakirələrə səbəb olmuşdu.
Bizimesr.com bildirir ki, həmin hadisədən sonra Mərkəzin fəaliyyəti ilə bağlı daha bir diqqətçəkən məqam ortaya çıxıb.

Məlum olduğu kimi, hər bir dövlət qurumunun rəsmi internet saytının mütəmadi yenilənməsi, vətəndaşların müraciətlərinin asanlaşdırılması, eləcə də rəhbərlik və fəaliyyət barədə aktual məlumatların ictimaiyyətə təqdim edilməsi vacib məsələlərdən biridir. Kliniki Tibbi Mərkəzin (KTM) də rəsmi internet səhifəsi (https://ktmhospital.az/) fəaliyyət göstərir. Lakin saytın yenilənməsi və idarə olunmasına lazımi diqqətin göstərilmədiyi müşahidə olunur.

Belə ki, saytın "Rəhbərlik" bölməsində hələ də direktor vəzifəsində Könül Ələkbərov göstərilir. Halbuki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Anar Bayramovun əmri ilə 1 may 2026-cı il tarixində Musa Abbasov Kliniki Tibbi Mərkəzin direktoru təyin edilib.
Təyinatdan təxminən üç aya yaxın vaxt keçməsinə baxmayaraq, bu dəyişiklik hələ də Mərkəzin rəsmi internet səhifəsində əksini tapmayıb. Bu isə rəsmi məlumatların operativ şəkildə yenilənmədiyini göstərir və saytın idarə olunması ilə bağlı ciddi suallar yaradır. Üstəlik hansısa məlumatların dəqiqləşdirilməsini çətinləşdirir.

Diqqət çəkən digər məqam isə rəsmi saytın "Xəbərlər" bölməsinin sonuncu dəfə aprel ayında yenilənməsidir. Halbuki, həmin tarixdən sonra müəssisədə rəhbər dəyişikliyi baş verib və ictimai maraq doğuran bir sıra hadisələr yaşanıb. Buna baxmayaraq, rəsmi resursda bu barədə hər hansı məlumat yerləşdirilməyib. Yəni, rəsmi sayt demək olar ki, işlək və etibarlı mənbə funksiyasını itirib.
Qeyd edək ki, dövlət tibb müəssisələrinin rəsmi internet səhifələri vətəndaşların məlumat əldə etməsi baxımından mühüm informasiya mənbəyi hesab olunur. Bu səbəbdən də həmin resurslarda yerləşdirilən məlumatların aktual saxlanılması xüsusi əhəmiyyət daşıyır.
Xatırladaq ki, Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməddir.
Bizimesr.com

Xəbər lenti

“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39