TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ

Gündəm / Cəmiyyət 4-08-2026, 18:01


ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ, Redaksiyamıza daxil olan şikayətlərin ardı-arası kəsilmir. İnsanların saf niyyətindən, halal zəhmətlə qazandığı son qəpiyindən istifadə edib cibini dolduranların sırasına daha bir ad əlavə olunub: Röyal Masıyev!
​Daxil olan məlumatlar sadəcə bir narazılıq deyil, açıq-aşkar vətəndaşları soymaq, aldatmaq, talamaq və eyni zamanda dövləti aldatmaq mənzərəsidir.
Bu şəxs əslində adi bir prarab (iş icraçısı) olduğu halda, utanmadan, çəkinmədən özünü böyük tikinti şirkətinin rəhbəri kimi təqdim edir.
Yalan-palan vədlərlə insanların etibarını qazanır, təkcə mənzillərin deyil, iri obyektlərin də tikintisi və təmiri adı altında vətəndaşlardan astronomik, baha məbləğlərdə pul qopardır!
​Bəs nəticə nədir?
Nəticə rəzalətdir!
Röyal Masıyev baha qiymətə aldığı sifarişləri dəfələrlə ucuz, keyfiyyətsiz, heç bir normativə cavab verməyən bərbad materiallarla "yola verir".
Ortaya çıxardıqları isə təmir deyil, sözün əsl mənasında gözdağıdır! Bəzi hallarda isə külli miqdarda pulu cibinə qoyub heç bir iş görmədən aradan çıxır. İnsanları həm müflis edir, həm də illərlə topladıqları əziyyəti bir anın içində puç edir.
​Qanun tanımayan "biznes": Qara bazar üsulları və vergidən yayınma!
​Məsələ bununla da bitmir. İddialara görə, Röyal Masıyevin fəaliyyəti tamamilə qeyri-rəsmidir. Bu şəxsin hansı VÖEN-lə fəaliyyət göstərdiyi, ümumiyyətlə qanuni bir çərçivədə çalışıb-çalışmadığı məlum deyil!
Vətəndaşlardan nağd şəkildə böyük məbləğdə pullar alır, qarşılığında isə nə rəsmi qəbz verir, nə də müqavilə bağlayır. Dövlətə bir qəpik də vergi ödəməyən, "qara каssа" sistemi ilə cibini dolduran bu şəxs həm vətəndaşların haqqına girir, həm də açıq-aşkar dövlət büdcəsindən yayınır!
​Bu adəti hardan götürdüyü də bizə qaranlıq deyil. Bildirilir ki, bu şəxs əvvəllər "Evin az" şirkətində çalışıb və orada da analoji maliyyə fırıldaqlarına, insanları aldatdığına və pul mənimsədiyinə görə işdən rüsvayçılıqla qovulub.
Amma görünür, bir yerdən qovulmaq, rüsvay olmaq buna dərs olmayıb. Əksinə, özünə yeni "şikar"lar axtararaq insanları tələyə salmağı peşəyə çevirib.
​Artıq canı boğaza yığılan zərərçəkənlər Prokurorluq orqanlarına rəsmi şikayət ediblər. Media olaraq bəyan edirik: bu özbaşınalığa, vətəndaşın haqqının tapdalanmasına və dövlətin vergisindən yayınma hallarına sakit baxa bilmərik!
Məsələ ilə bağlı hüquq-mühafizə və aidiyyəti vergi orqanlarına rəsmi müraciətlər ünvanlanacaq.
Bu cür əməllərlə insanların həyatını qaraldanlar qanun qarşısında mütləq cavab verməlidir və verəcək də!
​Obyektivlik və jurnalist etikası prinsiplərinə uyğun olaraq, haqqında bəhs edilən qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.(Teref)
Sima Babayeva

Xəbər lenti

Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07