3 il tibbi fəaliyyəti qadağan olsa da... Ülviyyə İlyasova indi də Davinçi Estetik Klinikasında işləyir?

Gündəm / Cəmiyyət 2-04-2026, 18:25


Bakıda estetik əməliyyat zamanı ölümə səbəb olmaqda ittiham edilən “AzE Estetik Mərkəzi”nin direktoru Ülviyyə İlyasova ilə bağlı məhkəmə prosesi yenidən gündəmə gəlib.

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl iş üzrə kassasiya şikayəti və protestinə Ali Məhkəmədə baxılıb. Hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin və dövlət ittihamçısının kassasiya protesti təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunaraq iş yenidən baxılması üçün geri qaytarılıb.

Xatırladaq ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Ülviyyə İlyasova 3 il müddətinə səhiyyə sahəsində xüsusi ixtisas tələb edən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay azadlıqdan məhrum edilmişdi. Həmçinin onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar çıxarılmışdı. Daha sonra Bakı Apellyasiya Məhkəməsi hökmü qismən dəyişsə də, təyin edilmiş cəzanı qüvvədə saxlamışdı.

Cinayət işi ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın ölüm faktı üzrə başlanıb. İstintaqla müəyyən olunub ki, Ülviyyə İlyasova aprelin 15-də qaynı arvadı olan Səbirə Vəliyevaya liposaksiya əməliyyatı edib. Daha sonra pasiyenti tibbi nəzarətdən kənar şəkildə yaşadığı evə aparıb. Nəticədə qadın növbəti gün kəskin qanaxmadan həyatını itirib.

Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan olunub.

Bununla yanaşı, Ülviyyə İlyasovanın adı daha əvvəl də oxşar qalmaqallı hadisədə hallanıb. Belə ki, onun qanunsuz tibbi fəaliyyət göstərməsi nəticəsində vətəndaş Mila Əlibəyovanın səhhətinə zərər vurulması faktı üzrə də cinayət işi başlanaraq məhkəməyə göndərilmişdi. İstintaq zamanı məlum olmuşdu ki, İlyasova tibbi təhsili və müvafiq lisenziyası olmadan müxtəlif ünvanlarda liposaksiya və digər estetik əməliyyatlar həyata keçirib. Bu əməliyyatlar nəticəsində pasiyentin sağlamlığına ciddi ziyan dəyib.

Həmin iş üzrə də Ülviyyə İlyasova Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, lakin onun barəsində həbs qətimkan tədbiri seçilməmiş, məhkəmə tərəfindən başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmişdi.

Diqqət çəkən məqam isə ondan ibarətdir ki, bütün bu məhkəmə qərarlarına və ittihamlara baxmayaraq, Ülviyyə İlyasovanın fəaliyyətini davam etdirdiyi iddia olunur.

Bizimesr.az-a daxil olan məlumata görə, o, hazırda “Sabina” adı qeyd etsə də Lalə adı ilə “Davinçi Estetik Klinika”sında fəaliyyət göstərir. Məsələ ilə bağlı klinikadan münasibət öyrənmək cəhdləri isə nəticəsiz qalıb.

Maraqlıdır ki, məhkəmə qərarları və fəaliyyət qadağaları fonunda belə şəxslər necə fəaliyyətini davam etdirə bilir və buna kim nəzarət edir? Mövzu ilə bağlı araşdırmalar davam edir.

Bizimesr.az

Xəbər lenti

ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13