“Bu “aferist”lərin əlinə düşməyin” – Tanınmış aktrisa “Kontakt Home”u biabır etdi

Gündəm / Cəmiyyət Сегодня, 17:26


Tanınmış aktrisa Rumiyyə Ağayeva “Kontakt Home” mağazalar şəbəkəsindən şikayətçidir.

O, paylaşdığı videoda mağazadan aldığı robot tozsoranın qısa müddət sonra xarab olduğunu və məhsulu geri qaytarmaq istəyərkən mağaza ilə ciddi problem yaşadığını bildirib.

Onun sözlərinə görə, ötən ilin may ayında “Kontakt Home” mağazalarından birindən “Xiaomi X Pro 20+” robot tozsoranı alıb. O, məhsulu “Qızıl Zəmanət”lə aldığı üçün tozsoranın qiymətindən əlavə 300 manatdan çox pul ödəyib.

Aktrisa bildirib ki, ona 3 il ərzində məhsulda problem yaranacağı halda dəyişdirilmə, pulun geri qaytarılması və digər imkanların təqdim olunacağı deyilib:

“2-3 ay sonra tozsoran xarab oldu. Məhsulu mağazaya apararaq “Qızıl Zəmanət” şərtlərinə uyğun qaytarmaq istədiyimi bildirdim. Məhsul servisə göndərildi. Rasim adlı əməkdaş mənə dedi ki, servis zavod qüsurunu təsdiqləsə, ödənişin 100 faizi kompensasiya ediləcək. Problem müştərinin günahı ucbatından yaranıbsa, 50 faiz kompensasiya veriləcək”.

Rumiyyə Ağayeva iddia edib ki, həmin əməkdaş daha sonra servisin rəyini gözləmədən ona yeni “Xiaomi X Pro 5” robot tozsoranı götürməyi təklif edib:

“Dedi ki, kompensasiya müəyyənləşdikdən sonra yeni məhsulun ödənişini həmin məbləğ hesabına edə bilərəm. Hətta yanımdakı dostum bir neçə dəfə mənə servisin rəyini gözləməyi məsləhət görsə də, mağaza əməkdaşının dediklərinə inanaraq məhsulu götürdüm”.

Aktrisa deyib ki, bir müddət sonra ona məlumat verilməyib və özü servislə əlaqə saxlayıb. Servisdə isə məhsulun təmir edildiyini və zavod qüsurunun olduğunu bildiriblər. Bundan sonra kompensasiya üçün mağazaya müraciət edən aktrisaya köhnə tozsoranın hazır olduğu və onu götürə biləcəyi deyilib.

“Mən məhsulu artıq götürmək istəmədiyimi, Rasim adlı əməkdaşın təklifi ilə yeni tozsoran aldığımı bildirdim. Uğur adlı əməkdaş əvvəlcə belə bir təklifin edilməsinin mümkün olmadığını söylədi. Mən isə zənglərin araşdırılmasını istədim.

Təxminən 2-3 saat sonra mənimlə yenidən əlaqə saxlanıldı. Bildirildi ki, əməkdaşla danışılıb və onun səhv etdiyi məlum olub. Lakin həmin səhvə görə mənə yalnız yeni məhsul alacağım təqdirdə 50 manatlıq kupon verilə biləcəyi, kompensasiyanın isə ödənilməyəcəyi deyildi.
Mən isə yeni məhsulu artıq mağaza əməkdaşının sözlərinə əsasən götürmüşəm. İndi zəng edib Uğur adlı şəxsə deyirəm ki, mağazada araşdırma aparın, işçiniz mənə yalan danışıb. Nəticədə belə çıxır ki, yalançı da, aldadılan və kiminsə səhvinə görə pul verən də mənəm”.

Aktrisa sonda əlavə edib ki, mağazadan yeni götürdüyü “Xiaomi X Pro 5” robot tozsoranda da problem yaranıb.

“Bakupost”

Xəbər lenti

Mirfəyyaz Nağıyevin 22 milyon vergi borcu var - Maraqlı hərrac... «MS OIL» qalır
18:13
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
17:47
“Bu “aferist”lərin əlinə düşməyin” – Tanınmış aktrisa “Kontakt Home”u biabır etdi
17:26
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
16:51
13 minlik Boradigah qəsəbəsinin poçtu bağlanır? - Sakinlər Prezidentə müraciət etdi
16:30
AĞKÖYNƏKDƏ QARA İŞLƏR... - İTTİHAM VAR...
15:57
Müğənni Könül Kərimovanın adı hallanan məhkəmədə YENİLİK - TƏFƏRRÜAT
15:27
Bakıda doğulan erməni kral ailəsinin Tiflisdəki məşhur otelini və bankını satın alır - DETALLAR
13:32
Sürücünün gülüşü,Masallı rayonu icra başçısı Araz Əhmədovun şeiri: Masallının acı həqiqəti! VİDEO
12:53
 Qızıldaş Mədəniyyət Mərkəzindəki “bağça biznesi”... - Şöbə müdiri Elçin Nəcəfovun qanunsuz himayədarlığı
11:44
Onkologiya Mərkəzinin TENDER HOQQASI - Eyni şirkətə axan milyonlar...
10:49
Bu gün Laçın Şəhəri Günüdür
10:01
"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26