Bakıda 165 ailə nazirdən KÖMƏK İSTƏDİ... - MÜRACİƏT

Gündəm Вчера, 12:21


General polkovnik Vilayət Eyvazova “Sahil S-İnşaat” MTK sakinləri tərəfindən müraciət ünvanlanıb. Müraciətdə deyilir:

"Cənab nazir, Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi A-B massivində yerləşən “Sahil-S İnşaat” MTK-nın sakinləri olaraq Sizə müraciət etməyimizdə səbəb 165 ailənin üzləşdiyi problemdir.
İlk növbədə qeyd etmək istəyirik ki, MTK rəhbərliyi tərəfindən mülkiyyət hüquqlarımız pozulub və biz illərlə apardığımız hüquqi mübarizə çərçivəsində və dövlətin dəstəyi ilə bir çox problemlərimizi geridə qoymuşuq.
Belə ki, MTK rəhbəri olmuş Taley Alaverdiyev və şəriki Pənah Kərimovun bir mənzili bir neçə vətəndaşa satması nəticəsində hər iki şəxs dələduzluğa görə həbs olunub. Artıq istintaq və məhkəmə yekunlaşıb, dələduzluğa yol vermiş şəxslərə hökm oxunub. Lakin həmin müddət ərzində biz zərər çəkən sakinlər öz maliyyə resurslarımız, min bir zəhmət və banklardan götürdüyümüz kreditlər hesabına binanın yarımçıq qalan tikintisini yekunlaşdırmışıq ki, illərlə gözlədiyimiz mənzillərimizdə yaşaya bilək.
Bununla bağlı deməliyik ki, tikinti tamamlanıb, liftlər quraşdırılıb, ən əsası isə hörmətli Mehriban xanım Əliyevanın tapşırığı və dəstəyi ilə binada kommunal təchizat təmin edilib. Hazırda binanın daimi qazı, suyu, işığı var. Bu işlərdə Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin uzun müddət bizə göstərdiyi xüsusi diqqəti və dəstəyi vurğulamaq lazımdır.
Cənab nazir, hazırda həllini gözləyən yeganə problemimiz mənzillərə Çıxarış ala bilməməyimizdir. Bunun da səbəbi MTK-da rəhbərliyin həbsdəki Taley Alaverdiyevdən müəmmalı şəkildə Abuzərov Rusif Lətif oğlu ad-soyadlı şəxsə keçməsidir.
Bildirək ki, bu şəxs ortalıqda yoxdur və Suraxanı rayon İcra Şöbəsinin böyük icra məmuru Rəşad Dövlətov tərəfindən onun barəsində borclu hüquqi şəxsin rəhbəri kimi işini yerinə yetirməməsinə görə axtarış elan olunub. Qərarın icra edilməsi üçün Ucar rayon Polis Şöbəsinə göndərilməsi qərara alınıb.
Bu şəxsin tapılıb məsuliyyətə cəlb olunması və mənzillərə Çıxarış verilməsi üçün onun istismar aktına imza atması lazımdır. Barəsində axtarış verilmiş Abuzərov Rusif Lətif oğlunun ucbatından binanın istismara götürülməsi, biz sakinlərin mənzillərimizə Çıxarış alması mümkün olmur. Eyni zamanda, binada mənzilinin alıq-satqısını edə bilməyən sakinlər var. Məhz MTK-nın hazırkı rəhbəri kimi göstərilən şəxsin ortada olmaması bu iki problemi bizə yaradıb.
Cənab Vilayət Eyvazov, bu məsələdə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bizə hər bir köməkliyi göstərir. Yəni FHN tərəfindən binanın istismara götürülməsi və digər texniki məsələlərin həlli üçün müvafiq sənədlər toplanıb, hər hansı problem qalmayıb, sadəcə, Abuzərov Rusif Lətif oğlu yoxdur ki, istismar aktına imza atsın və FHN də işi nəzarətə götürə bilsin. Onun ortada olmaması səbəbindən FHN müvafiq addımlar ata bilmir.
Ona görə biz sakinlərin yeganə ümidi Sizin həmin şəxslə bağlı məsələni nəzarət götürməyinizdir. Cənab nazir, biz illərdir ki, hamı kimi normal mənzil şəraitimizin olmasını, ailələrimizin, uşaqlarımızın sevinməsini istəmişik. Ancaq dələduzların üzündən başımıza gəlməyən iş qalmayıb. Çox şükür ki, indi bu işlərin böyük hissəsi dövlət rəhbərliyinin diqqəti nəticəsində həllini tapıb. Hazırda yeganə problem Abuzərov Rusif Lətif oğlunun yerinin müəyyən edilməsi və tapılıb gətirilməsinin təmin olunmasıdır ki, MTK sədri kimi həmin sənədləri imzalasın, biz də mənzillərimizə Çıxarış əldə edək. Buna görə bizə prokurorluq da, FHN da kömək etməyə hazırdır. Yetər ki, həmin adı çəkilən şəxsin tapılması təmin olunsun.
Ona görə də Sizdən yeganə xahişimiz bu məsələ ilə bağlı polis orqanlarına tapşırıq verməyinizdir. Biz polisimizə inanırıq ki, bu problemin qısa müddətdə həllində köməklik göstərəcək və hamımızı sevindirəcək..."

anaxeber.info.az

Xəbər lenti

"İşgüzar Kredit İttifaqı" MMC-də audit yoxlaması və ləğv - Qanunları pozub
18:13
“Gəncə İlməçi” ilə bağlı qalmaqal – İş adamları nəyi bölə bilmir?
17:55
Elm və Təhsil Naziriliyində "Depot" sualı: 429 mindən 1,67 milyona necə çıxıldı?
17:26
Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? - BU NƏDİ BELƏ?
16:48
“Baku Pay” və “Global İnnovations”un rəhbər şəxsləri cərimələndi
16:14
Sumqayıt Şəhər Xəstəxanasında gərgin anlar – Video
15:30
Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... - GİLEY
14:50
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı — məsələ hüquq-mühafizə orqanlarında araşdırılır
14:14
Təhsil şirkəti necə tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya- FOTOLAR
13:04
"Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." - NARAZILIQ VAR...
12:10
“Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi – Nəyə, yaxud da, kimə görə…
11:22
Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... - "...bizə qarşı çox agır ifadələr işlədirlər"
10:52
Sakinlər piyada yolunu zəbt edən "Möçüzə bazarı"nın sökülməsini istəyir - "Bezmişik..." VİDEO
10:06
“Azərpoçt” kütləvi bağlanmanı inkar edir, redaksiyaya isə 9 poçt şöbəsinin siyahısı daxil olub – “optimallaşdırma” adı altında nə baş verir?
09:40
“X Petrol”da müştəri necə aldadılır? - ARAŞDIRMA
09:09
“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
18:17
Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
17:51
Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
16:58