Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi...

Gündəm / Cəmiyyət 22-05-2026, 10:50


Azərbaycanda femida ədalətsizlik tərəfə bəzən elə əyilir ki, onun qamətini dikəltmək heç cür mümkün olmur. Çünki məhkəmə və hakim onu şikəst edir və bərpası sağalmaz xəstəliyə çevrilir. Son illərin məhkəmə prosesləri içərisində belə absurd hökmlərdən birini də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyev verdi. Anaxeber.info.az-a verilən məlumata görə, 4 il davam edən məhkəmə istintaqından sonra nəhayət ki, "Sahil-S İnşaat" MTK rəhbəri Taley Alaverdiyevə və şəriki Pənah Kərimova hüququn üzünü tüpürərək hökm oxundu. Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dələduzluqda təqsirləndirilən Taley Alaverdiyev 5 il azadlıqdan məhrum olundu, şəriki Pənah Kərimova isə 1 il şərti cəza verildi. 165 ailəni aldadan, bir mənzili bir neçə nəfərə sataraq dələduzluq etdiyi sübuta yetirilmiş hər iki şəxsə Cinayət Məcəlləsinin tam ziddinə gedilərək yüngül cəza verildi. Hələ bu da ayrı məsələdir ki, belə bir hökmü oxumaq üçün 4 il məhkəmə proseslərini davam etdirməyə ehtiyac yox idi. Lakin illərlə zərər çəkənləri məhkəmələrdə süründürüb sonda MTK rəhbəri 5 il həbs cəzası alır, şərikinə isə 1 il şərti cəza verilir. Hakim Elnur Nuriyev dələduzluğa yol vermiş, 165 ailənin həyatını illərdir cəhənnəmə çevirmiş bu şəxslərə niyə belə yüngül hökm oxumasını heç bir səbəblə izah etməyib. Yəni sözügedən dələduzların nə səhhətində problem var, nə himayəsində azyaşlı. O halda, hansı dələduzluq faktına görə indiyə qədər belə yumşaq hökm oxunub? Əksinə, bu maddə ilə təqsirləndirilən şəxslər ən azı 9-12 il müddətinə azadlıqdan məhrum edilib. Hakim Elnur Nuriyev isə bir "tarixi" və "nümunəvi" qərar verdi, hakimlər arasında "rekorda" imza atdı. Halbuki Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin apardığı istintaqla hər iki şəxsin maddi sübutlar, zərər çəkənlərin ifadələri ilə dələduzluq əməlləri sübuta yetirilib. Amma prokurorluğun apardığı obyektiv istintaqın qarşılığında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyev qeyri-obyektiv, ədalətsiz hökm çıxardı.

İndisə gələk, işin detallarına. Necə oldu ki, hakim Nuriyev Taley Alaverdiyevi və Pənah Kərimovu sözün əsl mənasında böyük dələduzluq işindən xilas etdi, 165 ailəni isə yenə də hüquqi problemlərlə üz-üzə qoydu...
Əvvəlcə, Pənah Kərimovdan başlayaq. Məhz bu şəxs MTK rəhbəri ilə şərik olandan sonra bir mənzilin bir neçə adama satılmasına başlanıb. Ona qədər belə saxtakarlıq halları yox idi və Pənah Kərimov Taley Alaverdiyevi bu "yola" çəkə bilib. İstintaqın sübuta yetirdiyi bu dələduzluq faktına baxmayaraq, hakim Elnur Nuriyev Pənah Kərimovu "təcili tibbi müdaxilə" adı ilə ev dustaqlığına buraxıb. Zərər çəkmiş sakinlərə məlum olub ki, Pənah Kərimovun səhhətində problem yoxdur və hər hansı əməliyyat olunmayıb. Bu, saxtakarlığın bir forması. Ancaq hakim Nuriyev hansısa səbəbdən və ya maraqdan irəli gələrək Pənah Kərimova bu şəraiti yaradıb. Hərçənd ölkədə marketdən ərzaq oğurlayana heç məhkəmə bu qədər yumşaq davranmır. 165 ailəniyə ev problemi yaradan, indiyə qədər dəymiş zərəri ödəməyən Pənah Kərimov bəhanə ilə ev dustaqlığına buraxılıb. Bu da azmış kimi, onun azadlıqda daha bir cinayət işi üzə çıxıb. Hakimin azad etdiyi bu şəxs "səhhətində problem" adı ilə "Sea Breeze"də tikinti işinə girişib. Bu yaxınlarda məlum olub ki, Pənah Kərimov orada da dələduzluq edib və artıq barəsində cinayət işi açılıb. Bəs hakim Elnur Nuriyev buna necə izah verəcək? Cinayətkarı azad etməyin özü belə məsuliyyət deməkdir və həmin şəxsin növbəti cinayəti törətməsinə şərait yaratmaqdır. Amma bu əməllərin sahibi olan Pənah Kərimova cəmi 1 il şərti cəza verir. Yəni hüquqa, Cinayət Məcəlləsinə, Azərbaycan konstitusiyasına böyük hörmətsizlik.

O ki qaldı MTK rəhbəri Taley Alaverdiyevə, bir daha xüsusi vurğulamaq yerinə düşər ki, hakim Elnur Nuriyev bu dələduza ən yüngül hökmü oxumaqla öz peşəsinə qarşı gedib, 165 ailəyə kələk gələn birinin tərəfini saxlayıb. Çünki heç bir halda zərəri ödəməyən şəxsin cəzasını belə yüngülləşdirmək olmaz. Hazırda 165 ailəyə dəymiş zərərin bir qismi ödənilib ki, bu da vaxilə tikinti prosesində iştirak etmiş şəxslərin hesabına ərsəyə gəlib. Ancaq Taley Alaverdiyev və Pənah Kərimov dəymiş ziyanın bir qəpiyini də ödəməyiblər. Bu adamların ucbatından sakinlərə zərər dəyib, amma nə Alaverdiyev, Kərimov tərəfindən kompensasiya olunub. Hakim Elnur Nuriyev dəymiş zərəri ödəyəmənlərin birinə cəmi 5 il həbs verib, digərinə 1 il şərti cəza kəsib. İndi siz deyin, hakim haqlıdır, yoxsa vətəndaşlar...

Anaxeber.info.az
Azər Talıbov

Xəbər lenti

“Bu sistem müdafiəolunmazdır” - Trampdan sərt ittihamlar
09:31
Şabranın mərkəzi zibil poliqonuna çevrildi - Tullantılar daşınmır - VİDEO
09:18
Kütləvi zəhərlənmə olan “Narın Qala” Fəxrəddin Vəliyevindir - Faktlar
08:57
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
17:09
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
15:58
Bakıxanovda "Möcüzəvi Epidemiya"- Eyni anda quruyan ağaclar və daş hasarlar -VİDEO
15:25
“Buta Farm” dərmanları rütubətli yerdə saxlayırmış — RƏSMİ
15:01
BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
13:07
ABŞ Zəngəzur dəhlizini icarəyə götürür
12:43
Rəqabətsiz bazarda bahalı reklam - AZAL nəyi və kimə reklam edir?
11:54
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
11:16
115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!! -TƏFSİLAT
10:40
Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi
09:57
Beyləqanda pambıq "pripiska"sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…
09:37
"Caspian Global Auto"dan şikayət - "Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb"
17:41
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
17:23
14 il şiddət görən qadının əri saxlanıldı
16:46
Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?
15:55