Hicran Hüseynovadan müəllimlərə şok ittiham: “Niyə oxuyursan, ərə get” — Bəs xanım deputat öz işinə baxırmı? - VİDEO

Gündəm / Cəmiyyət 12-09-2026, 19:20



Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın müəllimlərlə bağlı səsləndirdiyi fikirlər ciddi müzakirə yaradıb.

Komitə sədri bildirib ki, bəzi müəllimlər qız şagirdlərə “niyə oxuyursan, ərə get” deyirlər. O, belə müəllimlərin hələ düşüncəsi tam formalaşmamış uşaqlara təsir göstərməyə çalışdığını deyib.

Əlbəttə, əgər konkret müəllim şagirdə belə yanaşırsa, bu, araşdırılmalıdır. Amma burada başqa bir məsələ də var. Bir müəllimin konkret olaraq belə söz dediyini hansı fakt təsdiqləyir? Adı nədir həmin müəllimin? Hadisə hansı məktəbdə baş verib? Nə vaxt baş verib? Məktəb rəhbərliyinin xəbəri olubmu? Valideyn müraciət edibmi? Elm və Təhsil Nazirliyi araşdırıbmı? Yoxsa söhbət ayrı-ayrı şəxslərin danışdıqlarından gedir?

Çünki bir şəxsin davranışına görə minlərlə müəllimin nüfuzunu sual altına qoymaq da düzgün deyil. Müəllim onsuz da cəmiyyətin ən çox müzakirə olunan peşə sahiblərindən biridir. Bu gün müəllimdən həm yüksək nəticə, həm intizam, həm psixoloji hazırlıq, həm də uşaqlarla düzgün ünsiyyət tələb olunur. Ona görə də müəllimi ittiham etməzdən əvvəl fakt ortaya qoyulmalıdır.

Hicran Hüseynova isə məsələyə daha geniş baxmalıdır. Çünki onun rəhbərlik etdiyi komitənin adı təsadüfi seçilməyib: Ailə, qadın və uşaq məsələləri komitəsi.
Əgər ölkədə qız uşaqlarının təhsildən yayınması, erkən nikah, uşaqların psixoloji müdafiəsi və ailələrin maarifləndirilməsi kimi problemlər varsa, bu məsələlərin qarşısının alınmasında həmin komitənin də məsuliyyəti və rolu var.

O zaman sual yaranır:

Müəllim qıza “ərə get” deyirsə, bunu tənqid etmək asandır. Bəs həmin qızın niyə məktəbdən yayınmaq məcburiyyətində qaldığını, ailəsinin niyə onu erkən nikaha hazırladığını və bu halların qarşısının alınması üçün konkret olaraq hansı işlərin görüldüyünü kim araşdırmalıdır?

Məhz burada məsuliyyət məsələsi ortaya çıxır. Hicran Hüseynova özü də deyir ki, müəllimin psixoloji baxımdan auditoriyaya müsbət təsir edib-etmədiyini yoxlamaq mümkün deyil. Əgər belə bir qiymətləndirmə mexanizmi yoxdursa, onda bu problemin həlli üçün təklif nədir? Sadəcə müəllimi tənqid etmək?
Yoxsa məktəb, ailə, dövlət qurumları və parlament birlikdə işləməlidir?

Biz müəllimi müdafiə edirik deyə onun səhvini müdafiə etmirik. Əksinə, konkret fakt varsa, həmin müəllim müəyyən edilməli, araşdırılmalı və qanunvericiliyə uyğun tədbir görülməlidir. Amma fakt yoxdursa, bütün müəllimləri eyni tərəziyə qoymaq da ədalətli deyil. Çünki müəllim uşağa “oxuma, ərə get” deyən şəxs olmamalıdır. Amma dövlət qurumlarının da müəllimə “sən belə edirsən” deməsi üçün əlində fakt, araşdırma və sübut olmalıdır.

Və nəhayət, ən vacib sual:

Hicran Hüseynova müəllimlərin şagirdlərə təsirindən danışır. Bəs rəhbərlik etdiyi komitənin Azərbaycan uşaqlarının təhsil, erkən nikah və gələcəyi ilə bağlı fəaliyyətinin nəticəsi necə ölçülür?

Müəllimdən nəticə tələb olunur. Bəs nəticəni müəllimdən tələb edənlərdən kim nəticə tələb etməlidir?(Tehsilmedia.com)

Xəbər lenti

İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
12:38
Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
12:21
Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
11:52