“Məni aldatdılar, ilkin vədlər sonradan öz təsdiqini tapmadı“ - “Mediline” Tədris Mərkəzindən şikayət

Gündəm / Cəmiyyət 9-04-2026, 09:12


“Mediline” Tədris Mərkəzindən şikayət var.

Bu barədə Gununsesi.info-ya zərərçəkmiş vətəndaşdan daxil olan məlumatda deyilir.

“Sosial şəbəkədə “Mediline” Tədris Mərkəzi ilə bağlı reklam qarşıma çıxdı. Mərkəzlə əlaqə saxladıqdan sonra özünü operator kimi təqdim edən Nigar adlı xanım mənimlə danışaraq qeyri-peşəkar və manipulyativ üslubdan istifadə edərək emosional təsir yaratmağa çalışdı və məni kursa cəlb etdi. Kampaniya keçirildiyini, sınaq dərsinin ödənişsiz olduğunu, qısa müddətdə alman dilinin öyrədiləcəyini, müəllimlərin Almaniyada yaşayıb ixtisaslaşdığını və hətta Almaniyada işlə təminat imkanı olduğunu bildirərək məni inandırdılar.

Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi 2 ünvanında, Tibb Universitetinin yaxınlığında yerləşən kursa yaxınlaşdım. Qeyd edirəm ki, ilkin vədlər sonradan öz təsdiqini tapmadı. Alman dili kursu üçün 160 manat ödəniş etsəm də, bu ödənişə dair mənə nə qəbz təqdim olundu, nə də hər hansı rəsmi müqavilə bağlandı.

Qeyd olunan 1 aylıq proqram üzrə nəzərdə tutulan 12 dərsdən cəmi 3-4 dərsdə iştirak etmişəm. Lakin Tədris prosesi zamanı müşahidə etmişəm ki, davamiyyət şəffaf şəkildə aparılmır, dərslərdə iştirakım mənim imzamla təsdiqlənmir, birtərəfli qaydada şübhəli cədvəllər tərtib olunur və faktiki keçirilməyən dərslər mənim adıma “qayıb” kimi qeyd edilir.

Müəllim dərslərdə davamlı iştirak etməyib və əvəzləyici müəllim təmin olunmayıb”.

Vətəndaşın sözlərinə görə, dərs proqramı tam başa çatmadan ona “WhatsApp” tətbiqi vasitəsilə növbəti ödənişi etməyim tələb olunub:

“Həmin yazışmaları sübut kimi saxlayıram. Təqdim olunan məlumatlara görə, ödənişin rəsmi qaydada deyil, fiziki şəxs — Mirzəliyev Abbas Əli oğlunun adına olan bank kartına köçürülməsi tələb edilib. Bu hal qeyri-rəsmi maliyyə dövriyyəsi və vergi qanunvericiliyinin pozulması ehtimalını yaradır.

Bundan əlavə, hesab edirəm ki, tədris mərkəzinin fəaliyyətinin qanuni əsasları – lisenziya və rəsmi qeydiyyat məsələləri araşdırılmalıdır. Apardığım araşdırma zamanı bu fəaliyyətin qanuniliyini təsdiq edən hər hansı rəsmi sənədə rast gəlməmişəm. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Topladığım materialları Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə təqdim etmişəm və fakt üzrə araşdırma aparılmasını tələb etmişəm.

Mən aldandım, amma istəyirəm ki, başqaları belə hallarla üzləşməsin. Tədris mərkəzlərinin vədlərinə inanarkən diqqətli olmaq lazımdır. Müəllimin diplomunu və dərs dediyi ixtisas üzrə lisenziyasını tələb etmədiyim üçün müxtəlif vədlərlə məni inandırdılar.

Bununla yanaşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Dövlət Vergi Xidmətinə və Elm və Təhsil Nazirliyinə elektron qaydada müraciət etmişəm.

Ümid edirəm ki, məsələ obyektiv araşdırılacaq, qanun pozuntularına hüquqi qiymət veriləcək və mənə dəymiş maddi ziyan ödəniləcək”.

Məsələ ilə bağlı Gununsesi.info-ya danışan hüquqşünas Xəyal Məmmədov bildirib ki, bu kimi hallarda vətəndaşlar ilkin mərhələdə bir sıra vacib hüquqi tələbləri yerinə yetirməlidirlər:

“İlk növbədə, kurs və ya tədris mərkəzi ilə mütləq yazılı müqavilə bağlanmalıdır. Müqavilədə xidmətin həcmi, müddəti, ödəniş məbləği və tərəflərin öhdəlikləri açıq şəkildə göstərilməlidir. Edilən hər bir ödəniş üzrə rəsmi qəbz və ya ödəniş sənədi tələb olunmalıdır.

Ödənişlərin yalnız hüquqi şəxsə məxsus rəsmi bank hesabınahəyata keçirilməsi tövsiyə olunur. Fiziki şəxslərin kartlarına yönləndirilən ödənişlər risklidir”.

Hüquqşünas əlavə edib ki, tədris prosesi ilə bağlı bütün yazışmalar, mesajlar və digər sübutlar mütləq saxlanılmalıdır:

“Xidmət keyfiyyətsiz olduqda və ya müqavilə şərtləri pozulduqda, vətəndaşlar əvvəlcə qarşı tərəfə yazılı pretenziyagöndərməli, nəticə əldə olunmadıqda isə müvafiq dövlət qurumlarına və məhkəməyə müraciət etməlidirlər”.

Xəyal Məmmədov qeyd edib ki, bu kimi hallarda vətəndaşlar daha diqqətli olmalı, xüsusilə “sürətli nəticə”, “iş təminatı” kimi vədlərlə təqdim olunan xidmətlərə qarşı ehtiyatlı yanaşmalıdırlar.(Gununsesi.info)

Xəbər lenti

ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14
“Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
10:45
Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
09:53
Burda iynələri xəstələrə satırlar - GİLEY
09:26
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
18:41
Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
18:24
Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
17:57
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
17:23
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
16:06
Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
15:07
“Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
14:39
Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
13:13