Körpə Xədicəyə qıyan biabırçı səhiyyə - AXI NİYƏ?..

Gündəm / Cəmiyyət 2-10-2026, 09:07


"Balaca Xədicəni bu vəziyyətə salanlar niyə cəzasız qalıb?" Bunu özünün etiraz dolu müraciətində tanınmış jurnalist Aytən Məmmədova qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Diş müalicəsi üçün Bakı Sağlamlıq Mərkəzinə sağ-salamat aparılan 11 yaşlı Xədicənin başına orada nə gətiriblərsə, uşaq 2 il yarımdan çoxdur komadadır.
Xədicənin anası Şahnaz xanımla danışanda adam dəhşətə gəlir...
Valideynlər uşağı müalicə üçün stomatoloqa aparıb. Əvvəldən razılaşıblar ki, uşağı incitməsin deyə, sedasiya üsulu ilə müalicə edəcək. Onlar kabinetdə olanda bir xanım gəlib, sonradan biliblər ki, anestezioloq Fərəh Amanovadır.
Müalicə müddətində valideynləri kabinetdən çıxarıblar. Onlar 4 dişin müalicəsinin bir xeyli çəkəcəyini düşünüb, xəstəxananın kafesində gözləyiblər. Bir qədər sonra kabinetin qarşısına gələndə görüblər ki, gərginlikdir, bir həkim əlində elektroşok aparatı ilə gəlir. Anlayıblar ki, uşağın başına nəsə gəlib...
Şahnaz xanım deyir ki, əvvəldən müayinə aparmadan, analiz götürmədən uşağına narkoz verilib. Narkozun miqdarı artıq olduğuna görə boğulma baş verib və uşağın beyninə uzun müddət oksigen getməyib. Nəticədə beyindəki hüceyrələr məhv olub və 2 il yarımdan çoxdur ki, balaca Xədicə komadadır.
Ən dəhşətlisi budur ki, uşağın bu vəziyyətə düşməsinə görə heç kim cəzalandırılmayıb. Xədicənin atası Zamin Babayev və anası Şahnaz xanım daha haralara şikayət etməyib, amma nəticə yoxdur.
Şahnaz xanım deyir ki, səbəbkarın məsuliyyətdən kənarda saxlanması onların dərdini ikiqat artırır: “Günahkarları qoruyub, məsuliyyətdən kənarda saxladıqca Xədicə kimi qurbanların sayı da çox olacaq. Fərəh Amanova deyib ki, narkozdan əvvəl analizlər götürülüb, orqanizm müayinə olunub. Müstəntiqdə kamera görüntüləri var, orada analiz olub? Orada müayinə olub? Bu qədər yalan olar?”
Adam bilmir ki, nə yazsın, nə desin...
***
Bir neçə gün əvvəl bir xəstə yaxınının həkimin kobud davranışı barədə şikayətindən sonra sosial şəbəkələrdə həkim-xəstə münasibətləri barədə gərgin müzakirələr başladı. Həkimlərin öz həmkarlarını müdafiə etməsi normaldır, xüsusən də söhbət işinin peşəkarı olan mütəxəssisdən gedirsə...
Amma o nə ritorika, o nə təkəbbür idi? Adamlara bir minnət qoyurlar, deyirsən, İlahi, bunlar havayı iş görür. Neçə yerdə gördüm, yazırlar ki, "həkimlər olmasa, ölərlər, ağılları başlarına gələr". Hələ biri pullu və kasıb xəstələrin özlərini necə aparmasıyla bağlı kateqoriyalar müəyyənləşdirmişdi.
İnsanlara bu cür yanaşanlar necə mərhəmətli ola bilər? Bəs xəstələr olmasa, həkimlər necə dolanar?
Pullu və kasıb xəstələrin bölgüsünü aparan “həkim” çox keçmədi ki, öz səviyyəsini daha aydın şəkildə ortaya qoydu. Başqa bir həkim həmkarı ilə birlikdə sosial şəbəkədə Azərbaycandakı futbol klubunun baş məşqçisinin prostatını müzakirəyə çıxarmaqla...
Ağ xalat geyinənlərin hamısı həkim deyil. Biz bu ölkədə nələr görməmişik? Adamın qanqren ayağını qoyub, sağlam ayağını kəsmişdilər...
Hər bir peşə özlüyündə dəyərlidir. Həkimlərin istifadə etdiyi aparatları yaradan mühəndislər də, dərmanları hazırlayan kimyaçılar da, onların hamısını öyrədən müəllim də, saatından asılı olmayaraq, özünü hadisə yerinə çatdıran yanğınsöndürən də, polis də, digərləri də...
Əlbəttə, həm işinin peşəkarı, həm də qanacağı olan həkimlər də bu ölkədə kifayət qədərdir. Onların əksəriyyətinin heç reklamını da görməzsiniz. Çünki buna ehtiyacları yoxdur..."

DİA-AZ

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56